Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

        29.12.2016-cı il tarixdə Xocalı rayon Mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İH-nin başçısının müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibitilə tədbir iştirakçılarını təbrik etdi. Lamiyə xanım arzu etdi ki, 2017-ci ildə Qarabağ problemi həll olunsun, didərgin düşmüş məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar.
        Sonra Xocalı rayon İH-nin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev tədbir iştirakçılarını salamlayaraq Xocalı rayon ictimaiyyətini rayonumuzun başçısı Cənab Şahmar Usubov adından təbrik etdi. O, çıxışında bildirdi ki, 2016-cı il Azərbaycan üçün əlamətdar il olmuşdur. Belə ki, bu bir il ərzində respublikamızda mötəbər yarışlər, tədbirlər keçirilmişdir. Rioda keçirilən Olimpiya oyunlarında idmançılarımız uğurlu nəticə əldə etmişdir. Referendum keçirildi. Ordumuzun böyük qələbəsi ilə nəticələnən Aprel döyüşləri oldu. Aprel döyüşləri ilə Azərbaycan ordusu sübut etdi ki, biz işğal olunmuş torpaqlarımızı azad etməyə qadirik. Biz qalib xalq kimi dünyaya özümüzü nümayiş etdirdik.
      Bizi qarşılayan növbəti ildə də həmrəylik nümayiş etdirməli və Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik. İqtisadi yüksəlişimizi, siyasi gücümüzü gözü götürməyənlər çox olsa da onlar öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər.
        Əminəm ki, 2017-ci ildə də Azərbaycan dövləti yeni-yeni uğurlar əldə edəcək. Ölkəmizdə , sabitlik, iqtisadi inkişaf davam edəcəkdir. İnşallah Qarabağımızı da azad edəcəyik. Arzu edirəm ki, növbəti bayramlarımızı doğma torpaqlarımızda qeyd edək.
        Tədbirin sonunda Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları bayram əhval-ruhiyyəli, milli ruhda mahnılar ifa etdilər. Məktəbli şagirdlərin hazırladıqları səhnəciklər, Şaxta babanın Yeni il sərgüzəştləri tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.











Paylaşın:

Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğalından 25 il ötür

        28.12.2016-cı il tarixdə Gəncə şəhərində Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğalının 25-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə Gəncə şəhərindən olan millət vəkili Pərvin Kərimzadə, 122 saylı Xankəndi seçki dairəsindən deputat seçilmiş Flora Qasımova, Xocalı rayon İH-nin başçısının müavini Lamiyə Qarayeva, Gəncə şəhərində müvəqqəti məskunlaşmış Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinləri, Gəncə şəhərinin ziyalı şəxsləri, gənclər iştirak etdilər.
        Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərinin Şəhidlər Xiyabanına baş çəkərək şəhidlərimizin müqəddəs ruhunu yad etdilər. Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə Vətən torpaqları uğrunda şəhid olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış "Yaşam mücadiləsi" adlı videoçarx nümayiş etdirildi.
        Tədbiri giriş sözü ilə Kərkicahan qəsəbə İƏDÜ nümayəndəsi Dərgah Haqverdiyev açaraq Xankəndində və Kərkicahanda baş verən hadisələrdən, ermənilərin yeritdiyi mərhələli işğalçılıq siyasətindən danışdı. Dərgah müəllim bildirdi ki, Xankəndində və Kərkicahanda yaşayan sakinlər düşmənlərə qarşı igidliklə döyüşdülər. Ermənilərin təcavüzü nəticəsində yüzlərlə şəhid verdik, çoxlu sayda insan əlil oldu və doğma el-obasından didərgin düşdülər. Əgər rusların Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi olmasaydı, ermənilər heç bir işğal planını həyata keçirə bilməzdilər. Kərkicahan sakinləri işğaldan sonra da düşmənlə mübarizə apardılar. Heç bir zaman bədbin ruhda olmayıblar. Xankəndi sakinləri respublikanın 38-dən artıq şəhər və rayonlarında doğma el-obalarımıza qayıdacağı günün ümidi və arzu ilə müvəqqəti məskunlaşıb. Onlar hər zaman Cənab Prezidentimiz İlham Əliyevin bir çağırışına müntəzirdirlər.
        Sonra çıxış edən millət vəkili Flora Qasımova Qarabağ mövzusunun daim aktual saxlanılmasının vacibliyini qeyd etdi. O, çıxışında bildirdi ki, ermənilər "Böyük Ermənistan" yaratmaq xülyası ilə ruslardan aldığı dəstəklə tarixi torpaqlarımızı işğal etməyə nail oldular. İndi ermənilər bizim toponimləri dəyişir, təbii sərvətlərimizi talayırlar.
        Kərkicahan camaatı qorxmaz və qoçaq camaatdır. Kərkicahanlılar bir neçə dəfə köçkünlük həyatı yaşamağa məcbur olmuşlar. Xocalıda erməni qəsbkarları tərəfindən  hər iki valideyni qətlə yetirilən 25 nəfər uşaqdan 5-i Xankəndindən Xocalıya köçən sakinlərdəndir.
        Xristian həmrəyliyi, dünyanın ikili standartı işğalçı ölkənin tərəfini saxlayır. Bizim milli birliyə ehtiyacımz var. Aprel döyüşləri bizim ümidimizi daha da artırdı. Azərbaycanın güclü ordusu var. Biz sülh tərəfdarı olsaq da, sülh danşıqları nəticə verməzsə müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik.
        Bu gün bu tədbirin  keçirilməsində həmkarım Pərvin Kərimzadəyə və Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyevə təşəkkürümü bildirirəm.
        Daha sonra çıxış üçün söz Xocalı rayon İH başçısının müavini Lamiyə Qarayevaya verildi. Lamiyə xanım Xocalı soyqırımının canlı şahidlərindən biri kimi, Xocalıda valideynlərindən birini itirmiş 130 uşaqdan biri kimi sizin yaşadığınız kədərə şərikəm. Biz hər birimiz gördüyümüz işlərlə düşmənlərə öz sözümüzü deməliyik.
        Dünya dövlətləri bizim ölkənin uğurlarına şahidlik edir. Bütün dünya dövlətləri etiraf edir ki, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımaması Qarabağ probleminin həllini getdikcə uzadır. Regionun təhlükə mənbəyi kimi qalmasına şərait yaradır. Ancaq biz inanırıq ki, Azərbaycan xalqının güclü iradəsi, ciddi hazırlıq səviyyəsi və hər zaman ədalətli qələbə çalması faktoru biz tezliklə doğma torpaqlarımızı işğaldan azad edək. Gəncə şəhəri əhalisi də Qarabağ müharibəsində şəhidlər verib, məcburi köçkünlərə öz diqqət və qayğılarını əsirgəməyiblər.
        Tədbirin sonunda Xocalı rayon Kərkicahan qəsəbəsi Natiq Şahmuradov adına 6 saylı tam orta məktəbin şagirdləri vətənpərvər ruhda yazılmış şeirlər səsnləndilər.
        Tədbir doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yekunlaşdı.



Paylaşın:

ŞAHNAZ BAXŞƏLİYEVA XEYİRXAH ƏMƏLLƏRİYLƏ XOCALILARIN HÖRMƏTİNİ QAZANMIŞDIR

        Mən sizə ürəyi mərhəmət dolu, mehriban  bir xanım haqqında yazmaq istəyirəm. Bu xanım Azərbaycan Respublikasının Bakı Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Baxşəliyeva Şahnaz Böyükağa qızıdır. O, 1950-ci il aprelin 4-də anadan olub. Şahnaz xanım həmişə xeyirxah işləri ilə biz şəhid ailələrinin, məcburi köçkünlərin hörmətini qazanıb. Ağır xəstələrə maddi və mənəvi cəhətdən dəstək olur. Mən bu xeyirxah işlərin şahidiyəm. Xocalıdan olan məcburi köçkünlərə və şəhid ailələrinə İmam süfrəsi təşkil etmişdir. Orucluq ayında, Xocalı faciəsinin ildönümündə şəhid ailələrini unutmur, onlara öz diqqət və qayğısını göstərir. 
        Şəhid ailələri, məcburi köçkünlər və öz adımdan bu gözəl xeyriyyəçi xanıma minnətdarlığımı bildirirəm. 
Yasəmən TOFİQQIZI,
Bakı şəhəri üzrə bölgə müxbiri








Paylaşın:

Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi ərazisində tut ağacı tingləri əkilmişdir

        Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyidiqqət və qayğı sayəsində kənd təsərrüfatı gündən-günə daha da inkişaf edir.
        2007-ci ildən bəri ölkəmizdə ilk dəfə olaraq 70 tondan çox barama istehsal edilib. Bu sahənin  inkişafını sürətləndirmək, ipəkqurdunun yem bazasını gücləndirmək üçün tədrlər planı davam etdirilir. Baramaçılıq sahəsini inkişaf etdirmək üçün Çindən 1 milyona yaxın tut ağacı tingləri gətirilib. Çindən gətirilən bu ikiillik tinglər fermerlərə pulsuz verilir.
        Kənd Təsərrüfatı Nazirliyi tinglərin alınması ilə bağlı açıq tender elan edib. Tenderdə bir neçə ölkə iştirak edib. Bunlardan ən müvafiqi tinglərin keyfiyyətinin yüksəkliyi, iqlim şəraitinə uyğunluğu, qiymətinin ucuzluğu ilə Çin Xalq Respublikasının kompaniyası qalib gəlib.
Bu tinglərin üstünlüyü yarpaqlarının yumşaq olması və yüksək yarpaq veriminə malik olması ilə bağlıdır.
        Tut tingləri hava limanından operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və daha sonra bölgəyə uyğun bu rayonlardan ətraf 37 rayona paylanılıb. Barama istehsalçıları üçün yerli icra orqanları tərəfindən bu plantasiyaların əkilməsi təmin olunur.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığı və Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyevin rəhbərliyi ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi ərazisində tinglərin əkini üçün əvvəlcədən ən uyğun yer seçilib, şumlanmış suvarılması üçün əvvəlcədən arx yerləri düzəldilmişdir.
        Xocalı rayonu bütün tərkibi ilə - icra hakimiyyəti nümayəndələri, təhsil, mədəniyyət, səhiyyə işçiləri və başqaları tinglərin əkilməsində həvəslə iştirak etdilər.
        Ümid edirik ki, görülən tədbirlər planı nəticəsində baramaçılıq sahəsi daha da inkişaf edib güclənəcək və gələcəkdə dövlət büdcəsinə öz töhfəsini verəcək.
             Cahid ƏLƏKBƏROV,
Bölgə müxbiri





Paylaşın:

Ulu Öndər Heydər Əliyev Xocalı rayon ictimaiyyəti tərəfindən yad edildi

        Xocalı rayonunun bütün müəssisə və idarələrində, ümumtəhsil məktəblərində Ulu Öndərimiz Heydər Əliyevin anım günü münasibətilə anım tədbirləri keçirilmişdir.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov,  müəssisə, idarə rəhbərləri və rayon ziyalıları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən "Heydər" parkında Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək yad etdilər.
        Sonra rayonumuzun başçısının adından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrəsi açılılmışdır.



Paylaşın:

Xocalı şəhər 2 saylı tam orta məktəbdə Ulu Öndərimiz Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir

          "Azərbaycanın Milli Qəhrəmanı" Tofiq Hüseynov adına Xocalı şəhər 2 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Fiqurə Rüstəmova, təlim tərbiyə işləri üzrə müavin Camal Mirzəyev, dərs hissə müdiri İmani Məhbub, məktəbin pedaqoji kollektivi və məktəb şagirdləri iştirak etmişdir.
       Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərimizin əziz ruhunu bir dəqiqəlik sükutla yad edərək ona Allahdan rəhmət dilədilər. Çıxış edən natiqlər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıblar. Sonra məktəb şagirdləri Azərbaycan xalqının dahi şəxsiyyətinə həsr edilən şeirlər səsləndirmişlər.


Paylaşın:

YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən "Gənclik onun imzasıdır" adlı tədbir keçirildi.

        08.12.2016-cı il tarixdə YAP Xocalı rayon Təşkilatı Gənclər Birliyinin təşlikatçılığı ilə
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Gənclik onun imzasıdır" adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev,  YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynurə Abışova, rayon idarə, təşkilat nümayəndələri və gənclər iştirak etmişdir.
        Tədbiri giriş sözü ilə açan YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynurə Abışova ulu öndərmiz Heydər Əliyevin keçdiyi həyat yolu haqqında geniş məlumat verdi və Allahdan ulu öndərə rəhmət dilədi.
        Sonda gənclər ulu öndərin imzasının şamlarla ərsəyə gətirilmiş formasını şamlarla yandırdılar.

Paylaşın:

ERMƏNİ GÜLƏŞÇİSİNİ MƏĞLUB EDƏN XOCALI BALASI

        Hüseynquliyev Nihad Ələkbər oğlu 2001-ci il noyabr ayının 2-də Gəncədə anadan olmuşdur. Valideynləri düşmən tapdağında qalan Xocalı rayon Kərkicahan qəsəbə sakinləridir. Güləşə olan marağını görən atası onun adını güləş məktəbinə yazdırmışdır. Nihad Gəncə şəhər birinciliyində, eləcə də rayonlararası turnirlərdə uğurlu yarışlar keçirərək Fəxri fərman və diplomlara layiq görülmüşdür. 02.12.2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə III yer uğrunda mübarizədə erməni güləşçisini məğlub edərək kuboka sahib olmuşdur.
        Nihaddan qazandığı uğurun təəssüratlarını alarkən o, bildirdi ki, erməni ilə güləşərkən ancaq fikirləşirdim ki, qələbə qazanmalıyam.
        Müəllimi “Əməkdar məşqçi”  Elçin Zeynalovun əməyini yüksək dəyərləndirən Nihadın 13.03.2017-ci il tarixdə təşkil ediləcək Respublika çempionatında uğurlu nəticəsini gözləyirik. Onun qazandığı uğurlara təhsil aldığı Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbin müəllim kollektivi və şagirdləri, həmçinin Xocalı rayon ictimaiyyəti sevinir, nailiyyətlərinin daha da yüksək olmasını arzulayırlar.

Paylaşın:

YAŞA, ƏRDOĞAN! (Meşəli kənd sakini Nemət CƏBİYEVİN Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr etdiyi şeiri)

Atatürkün nəvəsisən, Ərdoğan!                                           
Türk dünya sərkərdəsisən, Ərdoğan!
Terror kökün kəsəsisən, Ərdoğan!
Sülhü cahanda vur başa, Ərdoğan!
Sizi görüm yüz il yaşa, Ərdoğan!

Qoymayın ki, İlham bir an tək qalsın,
Qarabağı yağı düşməndən alsın.
Orda bayrağımız birgə ucalsın,
Çəkilsin adımız qoşa, Ərdoğan!
Sizi görüm yüz il yaşa, Ərdoğan!

Şəhid anaları, türkün qadını,
Ucaldır göylərə şəhid adını.
Türk içinə qoyma türkün yadını,
Doğru yolun gəlir xoşa, Ərdoğan!
Sizi görüm yüz il yaşa, Ərdoğan!

Türk qadını oğlun verir ölümə,
Deyirlər Vətən sağ olsun bir kəlmə.
Basılmaz Vətənə, ay düşmən gəlmə,
Basdırın düşməni daşa, Ərdoğan!
Sizi görüm yüz il yaşa, Ərdoğan!

Müsəlman soyqırımları dayanmır,
Türk ölkələr yatıb niyə oyanmır?
Birləşibən çil-çırağa boyanmır,
Ölkələr gəlsin barışa, Ərdoğan!
Sizi görüm yüz il yaşa, Ərdoğan!

Allah sizi hər qəzadan qorusun,
İstəyənlər ətrafında var olsun.
İstəməyən kimsələrə ar olsun,
Düşmən məkrin çıxart boşa, Ərdoğan!
Sizi görüm yüz il yaşa, Ərdoğan!

Qarabağı gözləyirik alınmır,
Düşmən alqana boyana, boyanmır.
Türk güclənir, düşmən ona dayanmır,
Nemət hazır bu savaşa, Ərdoğan!
Sizi görüm yüz il yaşa, Ərdoğan!
Nemət CƏBİYEV,
Meşəli kənd sakini
25.05.2016, (Hacıkənd)
Paylaşın:

"Xocalının səsi" qəzeti / NOYABR - 2016

Paylaşın:

Orxan Vahidoğlunun ssenarisi ilə hazırlanan "Sadəcə gülək" adlı tamaşalar məktəb şagirdlərinə xoş ovqat bəxş etdi

        Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə noyabrın 21-də Aşağı Ağcakənd qəsəbəsində, 22-də Goranboy rayon Yeni yaşayış massivində, 23-də Gəncə şəhəri Yeni qəsəbə-2-də  “Sadəcə gülək” adlı tamaşalar təşkil olundu. Xocalı rayon Mədəniyyət evinin direktoru quluşçu-rejissor Orxan Vahidoğlunun rəhbərliyi ilə baş tutan tamaşalar yüksək səviyyədə hazırlanmışdı.            
        Ümumiyyətlə, keçirilən tamaşalarda 300-dən artıq məktəb şagirdləri və qəsəbə sakinləri toplaşmışdı. Xocalı rayon MKS-nin Oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi Zahirə Usubovanın aparıcılığı ilə keçirilən tamaşalarda Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Vahidoğlu, Xocalı rayon 4 saylı tam orta məktəbin 10 sinif şagirdləri Yusif Məmmədov və Nihad Qəribov, Abşeron rayon Musiqili Dram Teatrı trupbasının aktyoru Adil Səfərov hazırladıqları səhnəciklərdə öz bacarıqlarını məharətlə göstərdilər. Səhnəciklərarası fasilələrdə Xocalı rayon 4 saylı tam orta məktəbin şagirdlərinin rəqsləri alqışlarla qarşılandı. Bir-birindən əyləncəli keçən “Kirayə ev”, “Telli və Vəli”, “Qırmızı papağın nağılı”, “Nənə və nəvə” və “Gecənin həzzi” səhnəcikləri tamaşaçılarda xoş ovqat yaratdı.
        Məktəbli şagirdlərin gülüşünə səbəb olan bu tamaşalar onların xatirində uzun müddət qalacaqdır. Şagirdlər xahiş etdilər ki, belə tamaşalar tez-tez təşkil edilsin.
        Çəkdiyin əziyyətin qarşılığında sağ ol kəlməsini eşitmək insanı sevindirməyə, ona gələcəkdə yeni işlər görməyə sövq edir. İstedadlı Orxan Vahidoğlunun rəhbərliyi ilə Xocalı rayon Mədəniyyət evinin tədbirlərində müsbət irəliləyişlər nəzərə çarpacaq dərəcədə özünü büruzə verir.
        Qarşımızda duran əsas məqsədlərdən biri belə tamaşaların mütəmadi olaraq sakinlərimizin yaşadıqları ərazilərdə keçirmək və rayonumuzun istedadlı insanlarını və aktyorluq qabiliyyətinə malik şagirdləri qrupumuza cəlb etməkdir.
Təranə Qasımova,
Xocalı rayon Mədəniyyət Şöbəsinin bədii rəhbəri





















Paylaşın:

Ən çox oxunan

Blog Arşivi