Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Gəncə şəhərində xocalılar yaşayan qəsəbədə tədbir keçirildi



26.02.2016-cı il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbə-2-də Xocalı soyqırımının 24-cü ildönümündə anım tədbiri keçirildi. Tədbirdə Gəncə şəhər ictimaiyyəti və qəsəbə sakinləri iştirak etdilər.
Tədbiri Xocalı rayon İƏD üzrə nümayəndəsi Şahid Rzayev açıq elan etdi. Bir gecədə 613 nəfər soydaşımızın amansızcasına qətlə yetirildiyi soyqırımdan danışdı.
Vətən torpaqları uğrunda şəhid düşmüş bütün soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra çıxış üçün söz ardıcıl olaraq Xocalı rayon Kosalar kənd ağsaqqalı, müharibə iştirakçısı Məmmədov Kamran Cümşüd oğluna, şəhid ailəsi Quliyeva Validə Əfqan qızına və keçmiş döyüşçü, Qarabağ əlili Əsədov Elmidar Əhəd oğluna verildi. Məmmədov Kamran soyqırımın başvermə səbəbindən və soyqırımdan əvvəlki vəziyyətdən söhbət açdı. Quliyeva Validə "donmuş ilan onu qızdıranı çalar" məsəlini çəkərək erməniləri zəhərli ilana bənzətdi. O, bildirdi ki, ermənilər quyruğunun üstündə durub ona çörək verən millətimizə soyqırım törədiblər. Müharibə iştirakçısı Əsədov Elmidar müharibənin qanlı-qadalı çağlarını xatırlatdı. Ermənilər havadarlarının, rusların 366-motoatıcı alayının köməyi ilə silahsız camaata soyqırım törətdi. Xocalı odlara qalandı.
Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev Xocalı soyqırımının başvermə səbəblərini o vaxtkı hakimiyyətin səriştəsiziliyi ücbatından baş verdiyini bildirdi. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Əgər ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəlməsəydi, bügünkü inkişafdan söz gedə bilməzdi. Bu gün Azərbaycan xalqı əmin-amanlıq içərisində yaşayır. Hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. və öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir.
Xocalı sakinləri ləyaqətli insanlardır. Bu onların nə qədər qürurlu olduğundan xəbər verir. Mən inanıram ki, biz Xocalıya və digər işğal altında qalan torpaqlarımıza qayıdacağıq. Elmar Vəliyev çıxışının sonunda qeyd etdi ki, Xocalı şəhidlərinin ruhuna hörmət əlamati olaraq qəsəbədə abidə ucaldılacaq.
Sonra Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagiridləri  Xocalı soyqırımı haqqında yazılan şeirləri sənləndirdilər. Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Xocalı faciəsinə həsr olunmuş tamaşa göstərdilər.
Sonda Xocalı rayon məktəblilərinin soyqırımın dəhşətlərini əks etdirən rəsm sərgisinə baxış keçirilib.









Paylaşın:

YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüskarlğı ilə rayonda ilk fləşmob keçirildi

      
       25.02.2016-cı il tarixdə Goranboy rayonunda məcburi köçkünlər üçün salınmış Yeni yaşayış massivində Xocalı soyqrımının 24-cü ildönümü münasibətilə YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə qəsəbədə Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsinin qarşısında fləşmob keçirildi.
       Əvvəlcə abidənin üstündə gül dəstələri düzüldü. Sonra Vətən torpaqları uğrunda şəhid olmuş bütün soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən Yap Xocalı rayon Gənclər Birliyinin sədri Aynurə Abışova  erməni quldurları tərəfindın  Azərbaycan xalqına qarşı törədilmiş soyqırımdan danışdı. Aynurə xanım qeyd etdi ki, Xocalı faciəsini törədənlərin cəzaları mütləq verilməlidir. Sonra məktəbli şagirdlərin iştirakı ilə fləşmob nümayiş etdirildi. Fləşmob diqqət və maraqla izlənildi. Fləşmobu Xocalı rayon Kosalar kənd sakini Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Məmmədli Şamil Kamil oğlu yüksək səviyyədə hazırlamışdır. O, öz çıxışında qeyd etdi ki, Xocalı faciəsini heç bir rejissor olduğu kimi canlandıra bilməz. Ancaq Çingiz Mustafayevin sayəsində faciə olduğu kimi çəkilib və bu gün dünyaya çatdırılmaqdadır.
       Tədbirin sonunda çıxış edən Xocalı rayon İH-nin Başçısının müavini Vahid Əliyev Xocalı faciəsi şəhidlərinə Allahdan rəhmət dilədi. Fləşmobun hazırlanmasında xidməti olan hər kəsə təşəkkürünü çatdırdı.

Paylaşın:

Aşağı Ağcakənd qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə "XOCALIYA GEDƏN YOL" adlı soyqırım qurbanlarının anım tədbiri keçirildi

   
      1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə bəşəriyyətdə ən dəhşətli soyqırım - Xocalı sıyqırımı baş verdi. Bu faciə torpaqlarımıza göz dikən nankor qonşularımız ermənilər tərəfindən törədildi. Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayından aldığı dəstək ilə köməksiz, silahsız əhaliyə ac canavar kimi hücum çəkdilər. Erməni faşistlərinin tək məqsədi yalnız Azərbaycan torpaqlarının işğal etməklə "Böyük Ermənistan" yaratmaq deyil, həm də Azərbaycan xalqına qarşı soyqırım törətmək idi. Bir gecənin içində 613 nəfər soydaşımz amansızca qətlə yetirildi. Onlardan 83 nəfəri uşaq, 70-i qoca, 106-sı qadın idi. 8 ailə yer üzündən silindi. 1275 nəfər əsir düşdü, Erməni quldurları günahsız körpələri süngüyə keçirir, hamilə qadınların qarnını cırır, qocalara aman vermədilər. Əsir düşənlərə ağlasığmaz işgəncələr verilmiş və öldürülmüşdür.
      Artıq illər di ki, Xocalı soyqırımı ilə bağlı həm Azərbaycanımızın bütün bölgələrində, həm də ki dünyanın müxtəlif ölkələrində anım mərasimləri keçirilir, faciə qurbanları yad edilir. Xocalı soyqırımı Xocalı rayonunda da ürək ağrısı, düşmənə nifrət, qisas almaq hissi ilə qeyd edilir. Müdafiə Nazirliyinin, Goranboy rayon və Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24.02.2016-cı il tarixdə Aşağı Ağcakənd qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə "XOCALIYA GEDƏN YOL" adı ilə Xocalı faciəsinin 24 illiyi qeyd edildi. Tədbirdə müəssisə, idarə rəhbərləri, rayon sakinləri və məktəblilər iştirak etdilər.
      Bu gün düşmənin bağırını yaran güclü mübariz ordumuz, hərbi sürsatlarımız var. Azərbaycan dövləti həm siyasi tərəfdən, həm də ki, ordumuzun gücünə görə düşməndən dəfələrlə üstündür. Ali Baş Komandanımız İlham Əliyevin əmri Azərbaycan Ordusu torpaqlarımızı düşəm tapdağı altından azad etməyə hazırdır.
                                                                                                                       Qalib Bəyməmmədoğlu




Paylaşın:

YARIMÇIQ QALAN DƏRSİN DAVAMI - "DÜNYAYA XOCALI SOYQIRIMINI TANITMAQ" DƏRSİ




     Xocalı soyqırımının 24-cü ildönümünə artıq bir neçə gün qalır. Bu faciə bütün Xocalı sakinlərinin ürəyində ağır dərdir. Xocalıda dünyaya göz açan bir qız kim bilər di ki illər sonra  el-obasından didərgin düşər və erməni quldurları tərəfindən törədilən Xocalı soyqırımını dünyaya çatdırmaq vəzifəsini bu gün özünə borc bilər. Novruzova Ayna  Allahyar qızı doğma məktəbində yarımçıq qalan dərsi  indi XOCALI SOYQIRIMI ADI İLƏ "Xocalı soyqırımını tanıtma" ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri kimi dünyanın diqqətinə çatdırır. Ayna xanımla  apardığım telefon danışığımızı yaddaş kartına da qeyd etdim. 
                                                                                                                     Qalib Bəyməmmədoğlu
Paylaşın:

Gəncədə məcburi köçkünlərə TİBBİ profilaktik müayinələr keçirildi

     20.02.2016-cı il tarixdə Xocalı xoyqırımının 24-cü ildönümü ərəfəsində yeni salınan Yeni qəsəbə-2-də yaşayan Xocalı rayonundan olan məcburi köçkünlərə və qəsəbənin əhalisinə tibbi profilaktik müayinələr keçirildi. Əhaliyə sanitariya maarifi vasitələri də paylanıldı.
     Yeni qəsəbədə 1037 nəfərdən çox sakinə baxış, müayinə, məsləhət və konsiliumlar edilmişdir. Səyyar rentgenoflüoroqrafik müayinələrin sayı 107, elektrokardioqarafik 81, ultrasəslə müayinələrin sayı 68, laborator analizlərin sayı 88 olmuşdur.
     41 şəxsə ambulator müalicə təyin edilmişdir. 12 şəxs dərinləşdirilmiş stasionar tibbi xidmət üçün Gəncə şəhərinə dəvət olunmuşdur.
     Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə başçısı cənab Prezidentimiz İlham Əliyev olmaqla, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Səhiyyə idarəsinin tibb işçilərinə minnətdarlıq bildirdilər.
Paylaşın:

Xocalı rayon İH-nin başçısı Ş.Ş. Usubovun HESABATI

     18.02.2016-cı il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin akt zalında 2015-ci ilin sosial - iqtisadi inkişafın yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Ş.Ş. Usubovun HESABATI keçirildi.
     Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin büstünə gül dəstələri düzüldü.
     Hesabatda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağali Əhmədov, Millət vəkilləri Elman Məmmədov, Flora Qasımova, Xocalı rayon müəssisə, idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər. 
     Hesabatın keçirilməsi üçün sədr və katib seçildikdən sonra, hesabat məruzəsini Xocalı rayon İH-nın başçısı cənab Şahmar Usubov məruzə etdi.
     Cənab başçı 2015-ci ildə ölkəmizdəki hərtərəfli inkişafdan söz açdı. Ötən ildə bütün bölgələrdə quruculuq və abadlıq işləri aparılmış, yeni iş yerləri açılmış, xalqın həyat şəriaiti daha yaxşılaşdırılmışdır. Ölkədə gedən sürətli inkişaf Xocalı rayon əhalisinin də güzaranına təsir etmişdir. Səhiyyə, İdman, Təhsil və başqa sahələrdə işlər düzgün aparılmış, bir çox uğurlar qazanılmışdır. Bütün sahələrə diqqət yetirilmiş, baş vermiş nöqsanlar vaxtında aradan qaldırılmışdır.
     2015-ci ildə ölkədə V çağırış seçkilərində rayon əhalisi fəal iştirak etmiş, layiqli namizədə səs vermişdir. Cinayətkarlıq hallarının qarşısını almaq məqsədilə rayon hüquq-mühafizə orqanlarına köməklik göstərilmişdir. İƏD üzrə Nümayəndəliklərin hesabatları dinlənilmiş, qaldırılan müzakirələrin həlli yolunda işlər görülmüşdür.Vətəndaşların müraciətləri 2015-ci ildə azalmışdır. Bunun da səbəbi vətəndaşları yerlərdə qəbulundan və müraciətlərə baxılmasından irəli gəlir. 
          Sonra çıxış üçün söz Xocalı rayon Maliyyə şöbəsinin müdiri İlqar Əliyevə, Xocalı RTŞ-nin müdiri Şakir Əliyevə, Xocalı şəhər İƏD üzrə nümayəndəsi Sovet Allahverdiyevə, "Milli qəhrəmanları tanıtma" ictimai birliyinin sədri Ülviyyə Rüstəmovaya verildi. Çıxış edənlər ölkə başçısının vətəndaşlara diqqət və qayğısından söz açdılar. Xocalı rayon İH-nin başçısı rayon bütün sahələrin fəaliyyətini daim nəzarətdə saxladığını bildirlər. 2015-ci ildə görülən işlər haqqın məruzələr etdilər. 2016-cı ildə də öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yericəklərinə söz verdilər.
     Hesabat iştirakçıları Xocalı rayon əhalisinin bir qisminin məskunlaşdığı Goranboydakı Yeni yaşayış massivində və  Gəncə şəhəri ərazində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbə-2-də xeyir-şər evinin tikilməsi, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələri arasında marşrut xəttinin açılması,  Börü qəsəbəsinə içməli su xəttinin çəkilməsini və Aşağı Ağcakənd qəsəbəsində Gənclər evinin tikilməsi təkliflərini verdilər.
     Çıxış üçün söz verilən Milli Məclisin deputatları Elman Məmmədov və Flora Qasımova hesabatı diqqətlə dinlədiyini və qənaətbəxş hesab etdiyini bildirdilər. 2015-ci ildə ölkədə gedən yüksək inkişafdan söz açdılar.
     Biz hamımız bir millətin, bir dövlətin övladıyıq. Özünü xalqın bir nömrəli xidmətçisi sayan cənab Prezidentimiz İlham Əliyev həmişə xalqının qeydinə qalmış, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, həyat səviyyəsinin yüksək olmasını dövlətin əsas məqsədi saymışdır. Xocalı rayon müəssisə, idarə işçiləri də vətəndaşlara layiqli xidmət göstərməlidirlər.
     Azərbaycanda ən böyük problem Dağlıq Qarabağ problemidir. Bu problemin aradan qaldırılması üçün hər birimiz cənab Prezidentimiz verdiyi tapşırıqları yerinə yetirməli, mübariz olmalıyıq.
     Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağali Əhmədova söz verildi. Hesabatı qənaətbəxş hesab etdi.
     Hesabatın qərar layihəsi təqdim edildi, səsə qoyuldu. Qərar layihəsi yekdilliklə qəbul olundu.
     Hesabat iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət məktubu məruzə edildi.
     Xocalı faciəsinin 24 illiyi ilə əlaqdar beynəlxalq təşkilatlara göndəriləcək müraciət hesabat iştirakçıları qarşısında müzakirəyə çıxarıldı.
     Hesabatın sonun Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov ona göstərilən etimada görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon əhalisinə dərin minnətdarlığını bildirdi.


     
Paylaşın:

"Xocalının səsi" qəzeti şeir müsabiqəsi elan edir

          Əziz məktəblilər!
"Xocalının səsi" qəzeti Xocalı rayon məktəbliləri arasında şeir müsabiqəsi keçirir. Şeirlər orta məktəb şagirdləri tərəfindən yazılmalı, misradaxili bölgüyə fikir verilməli, məzmunlu olmalı, qələbəyə səsləyən, qisas  və intiqam hissi aşılayan mövzuda yazılmalıdır. Göndərilən şeirlər münsiflər tərəfindən qiymətləndiriləcək və müsabiqədə yer tutan şagirdlər redaksiyamız tərəfindən hədiyyə və Fəxri Fərmanla təltif ediləcək. Şeirlərinizi xocalininsesi@gmail.com e-mail ünvanımıza göndərin.  Müsabiqə 10.03.2016-cı il tarixində bitəcək.
"XOCALININ SƏSİ"


Paylaşın:

Xocalı rayon gəncləri öz üzərinə düşən məsuliyyəti dərk edir

 
   Hər il 2 fevral  Gənclər günü ölkəmizdə yüksək əhval-ruhiyyə ilə keçirilir. Ulu öndərimiz Heydər Əliyevin gənclərə miras qoyduğu Gənclər günü MDB məkanında və Şərq ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında qeyd edilib. Bu gün ümummilli liderimizin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev gənc nəslin inkişafına xüsusi diqqət və qayğı göstərir. Dövlətimiz gənclər siyasətinə çox böyük önəm verir. 2 fevral günü hər il böyük coşqu ilə qeyd edilir.
     02.02.2016-cı il tarixdə Xocalı rayon əhalisinin müvəqqəti məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi və Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Gənclər günü" münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. 
     Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov rayonumuzun ictmai həyatında gənclərin fəaliyyətini çox yüksək dəyərləndirir. Gənclər günü ilə bağlı keçirilən tədbirdə rayon başçısı gənclərimizin ölkəmizin həyatında tutduğu mövqedən geniş söhbət açdı. 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa oyunlarında gənclərimizin göstərdiyi nəticə ilə həmişə qürur duyuruq. Xocalı rayon gəncləri də həm ölkəməmizin, həm də rayonumuzun ictimai-siyasi həyatında çox mühüm yer tutur. Azərbaycanımızın uğurlu gələcəyi məhz gənclərin məqsədyönlü fəaliyyətindən asılıdır. Cənab başçı Şahmar Usubov Azərbaycan gənclərinə sağlam düşüncə, vətənpərvərlik, mənalı gənclik, müvəffəqiyyətlər arzuladı. 
     Tədbirdə Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən idman yarışlarında və təhsil müsabiqələrində fərqlənən, həmçinin ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərə Fəxri Fərmanlar  təltif edildi, hədiyyələr paylandı. YAP Xocalı rayon Gənclər Birliyi kollektivi də təltif edilənlər sırasında idi. 
     Əminliklə demək olar ki, Azərbaycanımızın uğurlu gələcəyi olan gənclərimiz zamanlarını səmərəsiz keçirmir. Hər bir Azərbaycan gənci ölkə başçısının, dövlətimizin gənclərə olan diqqət və qayğısını görür və öz üzərinə düşən məsuliyyəti dərk edir. İşğal altında qalan torpaqlarımızın düşmən tapdağı altından azad olunması gənclərimizin Vətənimiz qarşısında olan borcunu layiqli yerinə yetirməsindən asılıdır.
     Azərbaycan gənclərinə uğurlar olsun!
     




     



Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi