Xocalı faciəsi – erməni xisləti

     
              Tarix boyu dünya bir çox soyqırımların şahidi olmuşdur. Bu soyqırımı hər kəs tanıyır və öz adı ilə - “genosid” deyə qeyd edirlər. Ancaq nədənsə dünyanın ən müasir genosidi - Xocalı genosidi öz adı ilə çağırılmır. Bəlkə bizik haqsız, Xocalıda baş verənlər adi bir hadisə idi, ermənilər Xocalı sakinlərini istəməyərəkdən məhv etmişdilər?
            Erməni şovinistləri bizdən nə istəyir, torpaq? Əgər belədirsə onlar mühasirədə olan Xocalını tərk etmək məcburiyyətində olan dinc əhalini nə üçün qırdılar? Axı onlar ermənilərin şəhəri işğalına heç cürə mane ola bilməzdilər. Demək məsələnin arxasında başqa mətləblər yatır – genosid.
            Başqa bir misal deyirlər, Azərbaycanda minlərlə erməni yaşayır, ancaq Ermənistanda bir nəfər olsun azərbaycanlı yaşamır. Qarabağda bir nəfər soydaşımız qalmamışdır. Əslində bu fikirlər yanlışdır, bəs harda “yaşayır” bizim əsirlər? ...Orası da düzdür, əgər yaşayırlarsa.  Xocalı və digər işğal edilmiş ərazilərimizdən minlərlə insan əsir götürülmüşdür, hardadır onlar? Dərdlərinin torpaq olduğunu dünyaya sırıyan bu vandallar bizim əsirləri bəs nə üçün qaytarmırlar? Bunun da bir cavabı var mümkün qədər daha çox türk öldürmək, yəni genosid.
            Bizi erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər təccübləndirməməlidir. Məqsədləri naminə öz qız-gəlinlərini “fəda etməyi bacaran” bu qövmdən axı nə gözləmək olar. Bizi maraqlandıran dünya ictimaiyyətidir. Bəlkə onlar da erməni kimi düşünür? Mənə elə gəlir ki, dünya ictimaiyyəti bizə gün ağlamayacaq. Bunu ATƏT nümayəndələrinin tutduğu mövqedən də bilirik. Torpaqlarımızı ancaq özümüz azad etməliyik.
                                                                                                        Qalib BƏYMƏMMƏDOĞLU

Yorum Gönder

Daha yeni Daha eski