Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

MƏNİM ŞƏHİD ƏMİM

       Mənim əmim - Hümbətov Araz Rəsul oğlu 1998-ci ildə əsgər olub, 2000-ci ildə isə Murovdağ yüksəkliyində şəhid  olub. Ordudan tərxis olunmasına 8 gün qalmış düşmən gülləsinə tuş gələn əmim şərəfli ölümlə Vətən torpağınnın bir parçasına çevrildi. O zamanlar  valdeyinlərimizin çox acılı günləri olub. Mən onun şəkillərdəki məğrur baxışına hər zaman heyrətlə baxıram. Şəhidlik zirvəsinə ucalmış əmim ən müqəddəs insan kimi gözlərimdə canlanır. Hər kəs Araz əmimin bacarığından, mehribanlığından, vətənpərvərliyindən danışır. Mən öyrənmişəm ki, şəhidlər ölmür. Araz əmim onu tanıyanların qəlbində əbədi yaşayır. Əmim şəhidlik zirvəsinə ucaldığı üçün onunla fəxr edirəm, qürur duyuram. Vətənə sevgim, düşmənə nifrətim əmimin mənəvi ucalığa yüksəlməsi ilə daha da artıb.
       Biz Hacıkənddə 22 il yaşadıqdan sonra Gəncə şəhərində  məcburi  köçkünlər üçün salınmış yeni gözəl qəsəbədə müvəqqəti məskunlaşmışıq. Mən inanıram ki, Cənab Prezidentimiz İlham Əliyevin komandanlığı ilə və qüdrətli ordumuzun gücü nəticəsində doğma yurdumuza geri qayıdacağıq.
       Biz  uşaqlar da vaxtı çatanda Araz əmim kimi əsgər olacağıq və yeri  gələrsə canımızı, qanımızı Vətənimiz uğrunda fəda edəcəyik. İnşallah üçrəngli şanlı bayrağımızı Qarabağda-Xankəndində, Xocalıda və digər işğal altında  qalan torpaqlarımızda dalğalandıracağıq.
       Allah bütün şəhidlərimizin ruhunu şad etsin!
Rəsul HÜMBƏTOV,
Xocalı rayon Başəkənd kənd tam orta məktəbin VI sinif şagirdi
Paylaşın:

VƏTƏNPƏRVƏR GƏNC - İSTEDADLI TƏLƏBƏ

   

       Quliyeva Könül Tofiq qızı 1997-ci il avqust 20 Gəncə şəhər Hacıkənd qəsəbəsində anadan olub.
2004-cü il Xocalı rayon Kosalar kənd tam orta məktəbinə daxil olmuş 2015-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il 528 balla BDU-nin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin po-litologiya ixtisasina qəbul olub. Tələbəlik həyatının ilk vaxtlarından ictimai tədbirlərdə iştirak edir və fikirləri, təklifləri ilə hər kəsin hörmətini qazanır. Milli Məclisə seçkilərdə Respublika üzrə müşahi-dəçi seçilmişdir. Azərbaycan Gənc Diplomatlar Birliyinin fəal üzvü kimi birliyin tədbirlərində iştirak edir. Debat təlimlərdə mövzu müzakirə edərək sertifikat qazanmışdır. AZTV-də yayımlanan "Mən Azərbaycanlıyam" - milli bilik yarışmasının iştirakçısı olub, sualları düzgün bilərək seçim final turlarından adlayıb verilişin qalibi olmuşdur. Könül eyni zamanda YAP Xocalı rayon Gənclər Birliyinin üzvüdür. Könülə uğurlu tələbəlik illəri və müvəffəqiyyətlərinin daha da çox olmasını arzu edirik.
Paylaşın:

Novruz bayramına həsr edilmiş "Yurdumuza Bahar Gəlir" adlı ümumrayon tədbiri


  18.03.2016-cı il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evinin qarşısında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalıdan olan məcburi köçkünlər, müsəssisə, idarə rəhbərləri və işçiləri iştirak etdilər.
  Əvvəlcə xalqımızın qədim adət-ənələrini özündə əks etdirən sərgilərə, milli oyunumuz olan dirədöyməyə, xoruz döyüşünə,  ip üstündə məharətini göstərən kəndirbazlara baxıldı. Yumurta döyüşdürüldü. Süvarilər at üstündə şanlı bayrağımızı qaldıraraq dövrə vurdular. Bayram süfrəsi açıldı.
  Tədbir iştirakçılarına, elimizə xeyir-dua vermək və təbrik etmək üçün söz rayonumuzun İcra Hakimiyyətinin başçısı cənab şahmar Usubova verildi. Rayonumuzun İcra başçısı  xalqımızın qədim adət-ənənəsindən söhbət açdı. Novruz bayramı Azərbaycan xalqının mədəniyyətini, qonaqpərvərliyini bütün dünyaya göstərməkdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı qədim tarixə və yüksək mədəniyyətə malik xalqdır. Novruz bayramında milli ruhumuzu nümayiş etdirir. Azərbaycan xalqının qonaqpərvərliyini, insanlarımızın süfrəsinin hər zaman açıq olduğunu, qədim el adətlərini özündə cəmləşdirir.
  Bu gün dünya baş verən proseslər onu göstərir ki, bir çox ölkələr iqtisadi problemlər içindədir. Azərbaycan dövlətində isə insanların rifahı yaxşılaşmağa doğru gedir. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz günü-gündən çiçəklənir,  inkişaf edir, xalqın həyat şəraiti daha yüksək səviyyəyə çatır. Hərbi qüdrətimiz, iqtisadi gücümüz artır və buna görə də biz əmin-amanlıq içərisində yaşayırıq. Cənab Prezdentimizin sayəsində ölkəmizin adı dünya ölkələri içərisində xüsusi hörmətlə çəkilir.
      Novruz bayramı yazın gəlişi, torpağın oyanışıdır, milli barışıqdır, qonşunun qonşuya pay aparmasıdır. Azərbaycan xalqının ən gözəl adət-ənənələrini təzahürünü bu bayramda görürük. Cənab başçı arzu etdi ki, bundan sonra da Azərbaycan xalqı əmin-amanlıq içərisində yaşasın, gözəl həyat sürsünlər və işğal altında qalan torpaqlarımızı düşmən tapdağı altından azad edək, növbəti bayramlarımızı öz doğma torpaqlarımızda qeyd olunsun. Rayon başçısı qeyd etdi ki, mən əminəm ki, ölkəmizdə aparılan məqsədyönlü siyasət və milli birliyimiz yaxın zamanda bizi Xocalıya və digər işğal olunmuş torpaqlarımıza aparacaq. Bir daha bütün tədbir işirakçılarını, xalqımızı bu milli bayram münasibətilə təbrik edirəm, hamınıza xoşbəxtlik və can sağlığı arzu edirəm.
  Cənab başçımızın bayram təbriki gurultulu alqışlarla qarşılandı.
  Daha sonra rayonmuzun başçısından Novruz tonqalımızı qalamağı xahiş olundu. Cənab başçı Novruz tonqalını alovlandırdı. Odlar diyarımız Azərbaycanda bu il torpaqlarımız bol bərəkətli, süfrəmiz bol olsun.
  Səhnəyə Aşıqlar qrupu çıxdı. Onların saz havaları hər kəsin ürəyincə oldu. Tədbirin gedişində Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Vahidoğlunun ssenariyi və quruculuğu ilə "Bayram bazarı" adlı səhnəciyə baxıldı. Səhnəcik maraqla izlənildi və tədbir iştirakçılarının gülüşünə səbəb oldu. Rayonun musiqi ifaçıları - Səbuhi Həsənov, Dəyanət Hüsynəliyev, İsmayıl Məmmədov və başqalı tərəfindən tədbirdə bayram əhval-ruhiyyəlli mahnılar səsləndi. İfa edilən mahnılar bayram ovqatını bir da artırdı. Milli geyimlərdə oğlanlar və qızlar rəqs etdilər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl gülməli səhnələrlə öz məharətlərini göstərdilər.
  Rayunumuzun mədəniyyət işçiləri, Gənclər və İdman idarəsinin əməkdaşları tədbirin keçirilməsində fəallıq göstərdilər.
  Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi xoş ovqatla başa çatdı.









                             











Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi