Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

2016-cı ilin I rübü ərzində Xocalı rayonunun sosial – iqtisadi vəziyyətinə dair iqtisadi icmal

 Rayonun yaranma tarixi- 26.XI.1991
Ərazisi - 0,94 min. kv. km.
Əhalisi - 28537
O, cümlədən azərbaycanlı-lar - 15608
Digər əhali - 12929
İşğal  günü -  26.02.1992
     2016-cı ilin I rübü ərzində rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) rejimində qəbul olunmasını təmin etmişdir. Rüb ərzində tərəfimizdən 2 təhlili məruzə, 1 məcmuə və 1 bülleten hazırlanmışdır.
Kənd təsərrüfatı
     Rayonda yazlıq olaraq 25 hektarda kartof əkini, 19 hektarda müxtəlif növ yazlıq tərəvəz bitkiləri əkilmişdir.
     Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, hesabat rübü ərzində əhalidə iri buynuzlu mal-qaranın baş sayı  rübün sonuna 3449 baş, qoyun - keçinin baş sayı isə 19023 baş olmuşdur. Rübün sonuna rayonda ət istehsalı 570 sen, süd  istehsalı 5900 sen, yumurta istehsalı isə 11 min ədəd olmuşdur.
     Rayonda rüb ərzində 479.4 min manatlıq təmir-tikinti işləri aparılmışdır.
Demoqrafiq  vəziyyət
     2016-cı ilin I rübü ərzində rayonumuzun əhalisi 28537 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 15608 nəfəri isə azərbaycanlılar  təşkil edir. Rüb ərzində 40 uşaq doğulmuş, 18 ölüm halı qeydə alınmışdır. Ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
     Rüb ərzində rayona  gələnlərin sayı 131 nəfər, gedənlərin  sayı 57 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir.
       
Dünyamin ƏSƏDOV,
 Xocalı RSİ-nin rəisi
Paylaşın:

QƏLƏBƏ XƏBƏRİNİ GƏTİRƏN İLK MÜJDƏÇİLƏRDƏN BİRİ XOCALI ŞƏHİDİ MEHRƏLİYEV SARVAN NATİQ OĞLU OLDU

       Aprelin 2-də Cəbhə xəttinin Füzuli istiqamətində  erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər 1997-ci il təvəllüdlü  Xocalıdan olan Mehrəliyev Sarvan Natiq oğlu 03.04.2016-cı il tarixdə  Ağdam rayon Üçoğlan inzibati ərazi vahidinin  Ballar kəndində son mənzilə yola salındı. Qardaşı ilə döyüş əməliyyatında birgə iştirak edən Sarvan adını şəhidlik zirvəsinə yazdırmaqla Vətənə layiqli övlad olduğunu hər kəsə göstərdi. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, millət vəkili Elman Məmmədov, Ağdam rayon İH-nin başçısı Raqub Məmmədov, Xocalı və Ağdam rayon rəsmiləri, kənd sakinləri, sadə vətəndaşlar və şəhidin ailə üzvləri iştirak edirdilər.
       Xocalı rayon İH-nin başçısı Şahmar Usubov şəhidin göstərdiyi şücaətdən danışdı. Cənab başçı qeyd etdi ki, Sarvan Ali Baş Komandanın əmrini icra edərkən və öz vətəndaşlıq borcunu yerinə yetirərkən şəhid olmuşdur. Sarvan qısa gənclik ömrü yaşadı, ancaq hər kəsə nümunə olacaq bir ömür yaşadı. O, öz canını ana torpaq yolunda qurban verdi. Şəhidlik zirvəsinə ucalmaqla sübut etdi ki, Vətən ona canından əzizdir. Şəhidlik zirvəsi qürur zirvəsidir, hünər zirvəsidir, xalqa, torpağa məhəbbət zirvəsidir. Bu zirvə hər kəsə qismət olmur ancaq Sarvana qismət oldu. Şahmar Usubov şəhid ailəsinə Xocalı rayon ictimaiyyəti adından başsağlığı verdi. Millət vəkili Elman Məmməmədov şəhidimizə Allahdan rəhmət dilədi. O, bildirdi ki, Qarabağ bizi çağırır, bizdən haray diləyir. Düşmən tapdağından azad olmaq istəyir. İşğal olunmuş torpaqları biz azad etməliyik. Torpaq uğrunda canını fəda vermək hər kəs üçün xoşbəxtçilikdir, Allah dərgahına, şəhidlik zirvəsinə qalxmaqdır. Biz Vətənin şəhid övladlarının qanını yerdə qoymamaq üçün birlikdə mübarizə aparmalıyıq. Xocalıda, Şuşada, Xakəndində və digər işğal olunmuş torpaqlarımızda şanlı bayrağımız dalğalanmalıdır. Şəhidlərimizin ruhunun şad olması üçün torpaqlarımızı işğaldan azad etməliyik. Bunun üçün hamımız həmrəy olmalıyıq. Ağdam rayon İH-nin başçısı Raqub Məmmədov da dəfn mərasimində öz fikirlərini çatdırdı. Şəhidimizə Allahdan rəhmət dilədi.
       Şəhid  Mehrəliyev Sarvan Natiq oğlu qürur hissi ilə müqəddəs torpağa tapşırıldı. Onun ruhu qar-şısında əminliklə bildirildi ki, hər qarış torpağımız düşmən tapdağından azad ediləcək. Şəhidləri-mizin qisası mənfur düşmənlərdən artıqlaması ilə alınır və bundan sonra da alınacaq.
       Şəhadətin mübarək olsun  şəhidim. Allah rəhmət eləsin!








Paylaşın:

VƏTƏN DÖYÜŞƏ SƏSLƏYİR BİZİ!

       Xocalı əsilli 1997-ci il təvəllüdlü Laçın Sabir oğlu "Lələ təpə" yüksəkliyi uğrunda gedən
döyüşlərdə yaralanıb. Komandir peka silahı ilə döyüşə atılmağa kim razıdır deyərkən snayper atıcısı olmasına baxmayaraq, Laçın irəli duraraq silahı götürmüş və kəşfiyyata getmişdir. Düşmən səngərinə atılarkən ayağını sındıran Xocalı igidi ayağının sındığını heç kimə bildirməyib. Bir neçə gündən sonra komandiri onun ayağının çıxdığını öyrənib. İlkin müalicə almaq üçün İmişli RMX-na gön-dərilən Laçın oradan da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına göndərilib. Lakin hospitalda müalicə aldığı müddətdə səngər üçün, döyüş meydanı üçün darıxan cəsur əsgərimiz valideynlərindən xəbərsiz tam sağalmamış düşmən tapdağından azad etdiyimiz "Lələ təpə" yüksəkliyindəki əsgər yoldaşlarının yanına gəlib. O hal-hazırda xidməti borcunu layiqincə yerinə yetirir.
Redaksiyamız Laçının atası Zamanov Sabir Salah oğlu ilə telefon əlaqəsi saxladı. Laçının atası Xocalıda Qalatəpədə yaşayırmış. Fədakar ata bildirdi ki, lazım gələrsə özü də, üç oğul övladı da Vətən yolunda döyüşməyə hazırdır. Doğma torpaqlarımızı düşmən tapdağından azad etməliyik. Biz Qarabağa-Xocalıya getmək istəyirik.
  Sabir kişiyə Laçın kimi qorxmaz övlad böyüdüb tərbiyə etdiyinə görə Xocalı rayon ictimaiyyəti adından təşəkkürümüzü çatdırdıq. Laçın qardaşımıza bütün əsgər və zabitlərimizlə birgə möhkəm can sağlığı, düşmən üzərində daim qələbə arzu edirik.
Bu gün belə yüksək ruh yüksəkliyimizin olması, qisas almaq hissi ilə alışıb-yanmağımız, vətənpərvərliyimiz, mübarizliyimiz bizə hər şeydən vacibdir.
Paylaşın:

Düşmən hücumunun qarşısı alınarkən onun bir döyüş tankı məhv edilib

        Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş
razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.
        Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-ü axşam saatlarından başlayaraq mövqelərimizi və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfi 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə mövqelərimiz istiqamətində 20-dək mərmi atıb.
Cəbhənin bu istiqamətində düşmənin hərbi aktivliyinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal əməliyyat tədbirləri həyata keçirilib.
        Aprelin 24-də gecə saatlarında düşmən təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq mövqelərimiz istiqamətində atəş açıb və əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib. Mövqelərimizə yaxınlaşmaq istəyən düşmən tanklarının qarşısı atəşlə alınıb və bir ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib. Bundan dərhal sonra ermənilər Ağdərə istiqamətində geri çəkilməyə məcbur edilib.
        Ermənilərin Suqovuşan (Madagiz) hərbi bazası ətrafında yerləşən artilleriya qurğularına da cavab zərbələrindən sonra qarşı tərəf tam susdurulub.
Bölmələrimiz heç bir itki verməyib. Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə və düşmənin hərəkətlərinə tam nəzarət edir.
        Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür.

 Mənbə: http://www.mod.gov.az/

Paylaşın:

PETİSİYAYA SİZ DƏ QOŞULUN

       Aprelin 6-da "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsinə qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe ünvanına daxil olaraq səs verə bilərsiinz. Petisiyaya qoşulmaq çox sadədir. Açılan veb-səhifənin sağ tərəfində First Name yazılan xanaya adınızı, Last Name yazılan xanaya soyadınızı, Email Adress yazılan xanaya soyadınızı, Zip Code yazılan xanaya isə hər hansı poçt kodunu yazıb (məsələn AZ2500), imzanı təsdiq edən xananı seçib altdakı SİGN NOW butonuna basmaq kifəyətdir. Daha sonra elektron poçtunuzu açıb gələn mesajı oxuyub Confirim... yazılan yerə klikləməklə qoşulmağınızı təsdiqləmiş olursunuz.
Paylaşın:

Müdafiə naziri Silahlı Qüvvələrimizə göstəriş verdi

4 aprel 2016 il

       Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.
       Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir.
       Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.
      Eyni zamanda bildiririk ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi.

***
       Order of Minister of Defense to Armed Forces
Armenian armed forces targeting densely populated residential areas and civilians in order to retaliate heavy causalities along the frontline.
       Acting inhumanly Armenian side provokes Azerbaijan to take counter measures despite the continuous warnings made by Ministry of Defense of the Republic of Azerbaijan to Armenian side.
Once again Azerbaijan calls Armenia to respect international law and norms and stop the use of lethal force against civilians.
       Meanwhile, MOD states that Minister of Defense ordered to be ready to launch destructive strikes by all means of Armed Forces, including rocket artillery forces, to the Khankendi district and other occupied territories of Azerbaijan if the Armenian side does not immediately stop the use of force against civilian residential districts.

***
       Распоряжение Министра обороны Вооружённым Силам
В результате провала военных действий, несущие тяжелые боевые потери Армянские вооруженные силы открыли огонь по населенным пунктам, расположенных вблизи линии соприкосновения, тем самым нанесли ущерб мирному населению.
       Несмотря на неоднократные и настоятельные предупреждения Министерства Обороны не прибегать к бесчеловечным мерам, армянская сторона вынуждает Азербайджан предпринимать адекватные меры.
       Азербайджанская сторона призывает Армению к соблюдению норм международного права и воздержаться от применения силы против мирного населения.
       Также сообщаем что, если в кратчайшие сроки противник не прекратит огонь по нашим населённым пунктам, Министр обороны приказал быть готовым для применения всех тяжелых боевых средств находящихся в распоряжении Вооруженных Сил, включая ракетно-артиллерийские войска с целью нанесения сокрушительных ударов по городу Ханкенди и других населённых пунктов находящихся на оккупированных территориях Азербайджана.

Paylaşın:

ŞƏHİD MEHRƏLİYEV SARVAN NATİQ OĞLU QÜRUR HİSSİ İLƏ MÜQƏDDƏS TORPAĞA TAPŞIRILDI


             Cəbhə xəttinin Fizuli istiqamətində  erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər1997-ci il təvəllüdlü Mehrəliyev Sərvan Natiq oğlu bu gün Ağdamın Üçoğlan kəndində dəfn olundu. Qardaşı ilə döyüş əməliyyatında birgə iştirak edən Sərvan adını şəhidlik zirvəsinə yazdırmaqla Vətənə layiqli övlad olduğunu hər kəsə göstərdi. Dəfn mərasimində Xocalı və Ağdam rayon İcra Hakimiyyətinin rəsmiləri, kənd sakinləri iştirak etdilər.
            Şəhid Sərvan Mehrəliyev qürur hissi ilə müqəddəs torpağa tapşırıldı. Onun ruhu qarşısında əminliklə bildirildi ki, hər qarış torpağımız düşmən tapdağından azad ediləcək. Şəhidlərin qisası mənfur düşmənlərdən artıqlaması ilə alınacaq.

            Qəbirin nurla dolsun şəhidim...






Paylaşın:

Ən çox oxunan

Blog Arşivi