Qarabağ müharibəsində xalqımızın mərd igid oğlanları ilə yanaşı, şücaət göstərmiş bir çox qadınlar da var. Belə qadınlardan biri də Kərkicahan qəsəbəsə sakini Bayramova Diləfruzdur. Həmsöhbətimlə görüşməzdən əvvəl onun haqqında çox müsbət fikirlər eşitdim. Hər kəs Diləfruz ananı cəsur, qorxmaz Azərbaycan qadını kimi dəyərləndirir. Diləfruz ana Qarabağ hadisələrində Kərkicahan əhalisinə mənəvi dayaq olmuş, düşmən qabağında aciz olmamaq üçün səsi ilə, fədakarlıqları ilə köməklik göstərmişdir. Qəsəbədə yerləşən özünümüdafiə batalyonunun əsgərlərinə yemək və ərzaq payı aparmış, onların geyimlərini ana qayğısı ilə yumuşdur. Onun qəsəbədə olması çoxları üçün təskinlik olmuşdur. Evləri erməni evlərinə qonşu olan Diləfruz xanım erməni qonşularının mənfur niyyətlərini müharibədən əvvəl biruzə verdiklərini söylədi. 1988-ci il sentyabın 18-də ermənilər ilk dəfə hücuma keçdilər. Diləfruz ana əlinə keçən daşları, dəmir parçalarını yığaraq ermənilərin qarşısını alan insanları soyuq silahla təmin etmişdir. Eyni zamanda haray səsi ilə əhaliyə ruh verib və onları mübariz olmağa çağırıb. Onun səsinə bütün kənd əhalisi yığışıb haya gələrmiş. Bütün Kərkicahan camaatı Diləfruz ananı qəhrəman ana kimi tanıyır.
Kərkicahan özünümüdafiə dəstəsinin komandiri rəhmətlik İslam Quliyev onun zəhmətini yüksək dəyərləndirmiş, Diləfruz ananın mərdliyini, döyüşkənliyini öz əsgərlərinə örnək göstərmişdir. Erməni milisinin azərbaycanlılara etdiyi ləyaqətsizliyinə görə Azərbaycan çörəyini yeyib, suyunu içib nankorluq edirsiniz deyərək paqonlarını qopardıb üzünə çırpmışdır. Qorxu nədir bilməmiş və ən çətin yerlərə getmişdir.
Diləfruz ananın həyat yoldaşı Allahverdi kişi şair təbiətli bir insandır. Onun Qarabağ həsrətli yazdığı şeirlər axıcılığı və təbiiliyi ilə seçilir.
Bütün çətinliklərə baxmayaraq Diləfruz ananın ailəsi kənddən ən axırıncı çıxan ailə olub.
28 Nisan 2017 Cuma
Homepage
» QARABAĞIN HƏCƏRİ
QARABAĞIN HƏCƏRİ
Posted at 4/28/2017 |  in Ümumi hadisələr
Qalib BƏYMƏMMƏDOĞLU
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Şəhid ailəsi ziyarət edildi
-
LAYLAM, XOCALIM, LAYLAY
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
XOCALININ İGİD POLİSİ
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: