BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

28 Nisan 2016 Perşembe

VƏTƏN DÖYÜŞƏ SƏSLƏYİR BİZİ!

Posted at  4/28/2016  |  in  Dağlıq Qarabağ münaqişəsi

       Xocalı əsilli 1997-ci il təvəllüdlü Laçın Sabir oğlu "Lələ təpə" yüksəkliyi uğrunda gedən

döyüşlərdə yaralanıb. Komandir peka silahı ilə döyüşə atılmağa kim razıdır deyərkən snayper atıcısı olmasına baxmayaraq, Laçın irəli duraraq silahı götürmüş və kəşfiyyata getmişdir. Düşmən səngərinə atılarkən ayağını sındıran Xocalı igidi ayağının sındığını heç kimə bildirməyib. Bir neçə gündən sonra komandiri onun ayağının çıxdığını öyrənib. İlkin müalicə almaq üçün İmişli RMX-na gön-dərilən Laçın oradan da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına göndərilib. Lakin hospitalda müalicə aldığı müddətdə səngər üçün, döyüş meydanı üçün darıxan cəsur əsgərimiz valideynlərindən xəbərsiz tam sağalmamış düşmən tapdağından azad etdiyimiz "Lələ təpə" yüksəkliyindəki əsgər yoldaşlarının yanına gəlib. O hal-hazırda xidməti borcunu layiqincə yerinə yetirir.
Redaksiyamız Laçının atası Zamanov Sabir Salah oğlu ilə telefon əlaqəsi saxladı. Laçının atası Xocalıda Qalatəpədə yaşayırmış. Fədakar ata bildirdi ki, lazım gələrsə özü də, üç oğul övladı da Vətən yolunda döyüşməyə hazırdır. Doğma torpaqlarımızı düşmən tapdağından azad etməliyik. Biz Qarabağa-Xocalıya getmək istəyirik.
  Sabir kişiyə Laçın kimi qorxmaz övlad böyüdüb tərbiyə etdiyinə görə Xocalı rayon ictimaiyyəti adından təşəkkürümüzü çatdırdıq. Laçın qardaşımıza bütün əsgər və zabitlərimizlə birgə möhkəm can sağlığı, düşmən üzərində daim qələbə arzu edirik.
Bu gün belə yüksək ruh yüksəkliyimizin olması, qisas almaq hissi ilə alışıb-yanmağımız, vətənpərvərliyimiz, mübarizliyimiz bizə hər şeydən vacibdir.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top