Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

24 İYUN MİLLİ QƏHRƏMAN ƏLİF HACIYEVİN DOĞUM GÜNÜDÜR

        1992-ci fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Xocalı şəhərində bəşər tarixində əndəhşətli soyqırım aktlarından birini-Xocalı soyqırımını törətdilər. 613 soydaşımız bir gecədə məhv edildi. Bu torpaq Vətən uğrunda şəhidlər verdi. Şəhidlərimiz əsl qəhrəmanlıq nümunəsidir. Xocalı igidləri misilsiz qəhrəmanlıq göstərmiş və gələcək nəsil üçün örnək olmuşlar. Belə qəhrəmanlardan biri Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdir.
        Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur.  1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-1984-cü ilərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.
        DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalış-mışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. 1987-ci ildə işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra o, bəraət almış, azadlığa buraxılmışdır.
        Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək, erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.
Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçir-məyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman aeroportda növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Aero-portu əldən verməmək üçün Əlif Hacıyev siyasət işlədir. Aeraport binasındakı otaqların birində səs-gücləndiricinin qarşısına keçir və əmr veririr ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də aeroportu tərk etmək məcburiyyətində qalırlar.
        1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.
        Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
        Ailəli idi, 2 qızı var.
        Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.
        Haqqında “Azərbaycanlı olmaq böyük şərəfdir” adlı film çəkilib. Nizami Kino Mərkəzində Könül Kərimovanın hazırladığı eyniadlı sənədli filmin təqdimatı da olub.
Azərbaycan Respubliksı Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Paylaşın:

Elman Məmmədov: "Aprelin əvvəlində olan zərbələrin 5-6 qatı olacaq"

    "Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində həmsədr dövlətlər iradə nümayiş etdirməlidirlər".
     Bunu Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində ANS TV-yə açıqlamasında deputat Elman Məmmədov deyib. Onun sözlərinə görə, həmsədrlər 25 ildir işğalçı Ermənistana dəstək çıxmaqla Azərbaycanı sonu görünməyən danışıqlara məcbur etməkdənsə, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələbini irəli sürməlidirlər: "Bu olmayan halda mən hesab edirəm ki, aprelin əvvəlində olan zərbələrin 5-6 qatı olacaq. Torpaqların azad olunması üçün Azərbaycan ordusu hərəkətə keçəcək, çünki biz buna məcburuq və bu məcburiyyəti bizə Ermənistanın işğalçı siyasəti yaşadır".  
    Azərbaycan və Ermənistan prezidentləri Rusiya prezidenti Vladimir Putinin təklifi ilə iyunun 20-də Sankt Peterburda görüşəcəklər. Rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan torpaqlarında  ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək və  bir qarış torpağı da güzəştə getməyəcək.
Mənbə: http://www.anspress.com/
Paylaşın:

XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ŞAHMAR USUBOV SON ZƏNG TƏDBİRİNDƏ İŞTİRAK ETDİ


        14.06.2016 ci il tarixdə respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi Xocalı rayon ümumtəhsil məktəblərində də son zəng münasibətilə bir-birindən rəngarəng tədbirlər keçirildi. Keçən il 86 məzundan 34 nəfərinin ali məktəblərə qəbul olunması rayonumuzun təhsili üçün uğurlu nəticə saymaq olar. Bu il də məzunlarımızdan ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göz-ləyirik.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov  Xocalı şəhər 4 saylı tam orta məktəbinin son zəng tədbirində iştirak etdi. Rayon başçısı müstəqil həyata qədəm qoyan məzunlarımızı təbrik edərək onlara ali məktəblərə qəbul olunmasını arzuladı. Məzun adını alan hər bir şagirdin rayonumuz, xalqımız üçün layiqli vətəndaş olmalarını, məktəbinin, müəllimlərinin və valideynlərinin başını uca etməsini tövsiyə etdi. Rayonumuzun başçısı bildirmişdir ki, möhtərəm Pre-zidentimiz cənab İlham Əliyev tərəfindən hal-hazırda aparılan uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Belə ki, Azərbaycan mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, nəhəng regional layihələrə qoşulur. Təkcə iqtisadi sahədə deyil, həm də sosial sahədə, ən əsası da təhsil sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublika təhsili forma və məzmunca özünün yeni inkişaf səviyyəsinə çatmışdır. Məcburi köçkün şəraitində olmasına baxmayaraq, Xocalı rayonu üzrə fəaliyyət göstərən 12 tam orta məktəb də respublikada gedən bu inkişafdan heç də geri qalmır.
        Tədbirin bədii hissəsi məktəblilərin ifasında şeir, mahnı və rəqs nömrələri ilə davam etmişdir.
        Tədbirin sonunda son zəng səsləndi və estafet birincilərə verildi.

Qalib BƏYMƏMMƏDOĞLU
Paylaşın:

15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

       
         13.06.2016-cı il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “15 iyun-Milli Qurtuluş Günü” ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə “Heydər Parkı”ndakı ümummilli liderimiz Heydər Əliyevin büstünə tər çiçəklər düzdülər.
        Tədbiri giriş sözü ilə açan İH-nin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva bildirmişdir ki, 15 iyun tarixi Azərbaycan xalqının həyatında ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Həmin çətin günləri canlı-canlı yaşayan və həmin dövrdə cərəyan edən hadisələri öz gözləri ilə görən hər bir kəs üçün 15 iyun əsl qurtuluş ta-rixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixin yaradıcısı isə məhz ulu öndər Heydər Əlirza oğlu Əliyevdir. Tədbirdə çıxış edənlərdən Xocalı rayon Gənclər və İdman İda-rəsinin baş məsləhətçisi Ramiz Alıyev, Xocalı rayon Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Qəhrəmanov, Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov çıxış edərək bildirmişlər ki, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Həmin gün Heydər Əliyev ömrünün mənalı, əzəmətli tarixi olduğu kimi, həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olardı. Bu qayıdış ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirmişdir ki, 15 iyun tarixi Azər-baycanın böyük faciə və məşəqqətlərdən qurtuluşunun həqiqi ifadəsi, inkişaf və tərəqqi ilə səciyyələnən yeni mərhələsinin başlanğıcıdır. Belə ki, məhz bu tarixdən eti-barən ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalı-ğın, hərc-mərcliyin, qanun-suzluqların, kütləvi işğalların, aclığın-səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəsin imzalanmasına nail olundu, ümummilli liderin Azərbaycan Ali Sovetinin sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və qurtuluş mərhələsi kimi dəyərləndirildi. Təsadüfi deyil ki, Milli Məclisin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyun hər il respublikamızda “Milli Qurtuluş Günü” kimi qeyd olunur. Ulu öndər Heydər    Əliyevin memarı olduğu, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir, respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq, mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.
Lamiə QARAYEVA,
Xocalı rayon İH-nin baş-çısının müavini,
 İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri 




Paylaşın:

XOCALI RAYON İH-NİN BAŞÇISI ŞAHMAR USUBOVUN GƏNCƏ ŞƏHƏR YENİ QƏSƏBƏ-2-DƏ SAKİNLƏRLƏ GÖRÜŞÜ OLDU

   

       13.06.2016-cı il tarixdə Gəncə şəhər Yeni qəsəbə-2-də Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun sakinlərlərlə görüşü oldu. Görüş Xocalı rayon müəssisə, idarə rəhbərlərinin, əməkdaşlarının və qəsəbə sakinlərinin iştirakı ilə baş tutdu.
       Görüşü çıxış sözü ilə açan Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev qəsəbə sakinlərinin ümumi problemləri - içməli suyun daimi verilməsi, telefon xəttinin çəkilməsi və bunun kimi problemlərdən söz açdı. Şahid Rzayev bildirdi ki, poçt binasının yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur. Qəsəbə sakinlərindən 22 nəfər müvəqqəti də olsa yaşıllaşdırma idarəsində işləyir. 8 nəfər sakinimiz hərbi hissələrdə müddətdən artıq qulluq üçün sənədlərin hazırlanması üçün müraciət ediblər, onlara lazım olan sənədlər vaxtında hazırlanıb və işə girməsində digər sənədlərin yığılmasında göstərişlər verilib. Qəsəbədə fəaliyyət göstərən bütün idarələrin işləri ilə maraqlanır və baş verən hər hansı çatışmamazlığı aradan qaldırmaq üçün köməkliyimizi göstəririk.
        Xocalı rayon Kosala kənd sakini Mətləb Məmmədov qəsəbəyə gələn su maşının uzun fasilələrlə gəlməsindən şikayətləndi.
        Daha sonra çıxış üçün söz rayonumuzun başçısı cənab Şahmar Usubova verildi. Cənab başçı çıxışında bildirdi ki, hər yaşayış yerinin özünə məxsus problemləri vardır. Yaşayış yerinə dəyişərkən insan köçkünlük həyatı yaşamış olur. Cənab başçı qeyd etdi ki, qəsəbədə əvvəllər mövcud olan problemlərdən bəzisi-asfalta çıxış yolu, marşrut xəttinin çəkilməsi, qəsəbə kənarlarında mal-qara tövlələrinin tikilməsi üçün torpaq sahəsinin verilməsi kimi problemlər öz həllini artıq tapmışdır. Telefon xəttinin çəkilməsi, xeyir-şər evinin tikilməsi məsələlərini də müvaiq qurumlar qarşısında qaldıracağıq və köməklik göstərilməsini xahiş edəcəyik. Qaldırılan bütün məsələlər zamanla öz həllini tapacaqdır. Yeni qəsəbədə 303 Xocalı ailəsi vardır ki, bunların da 200-ə yaxını daimi işlərlə təmin olunmuşdur.
       Artıq dünya ölkələri arasında sözü keçən ölkəmiz var. Aprel döyüşlərində ordumuzun şücaətini, xalqımızda yaranan milli ruhu gördük. Xocalı rayonu bir əsgərini şəhid verdi, biri isə yaralandı. Xalqımızda döyüş ruhu, qələbəmizə inam hissi güclüdür. İnanırıq ki, artıq Qarabağ münaqişəsində dönüş nöqtəsinə az qalıbdır. Bunu deməyə möhtərəm Prezidentimizin uzaqgörən daxili və xarici siyasəti, ordumuzun gücü, xalqımızın həmrəyliyi və ölkə başçısı cənab İlham Əliyevə sevgisi və inamı əsas verir. Biz əminik ki, tezliklə Qarabağa qayıdacağıq. Allah bizə doğma el-obamızda görüşməyi qismət eləsin.
       Kosalar kənd İƏD-si nümayəndəsi Şahid Rzayev qəsəbə sakinləri adından rayon başçısı cənab Şahmar Usubova və rayon müəssisə, idarə rəhbərlərinə təşəkkürünü bildirdi.

Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi