Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

YENİ YARANMIŞ XOCALI RAYON KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN QARŞISINDA DURAN VƏZİFƏLƏR VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

        2015-ci  ilin “Kənd  təsərrüfatı ili” elan edilməsi, bu  çərçivədə fermerlərə satılan  gübrəyə,
yanacaq və motor  yağlarına görə subsidiyaların  artırılması, “Aqrolizinq” xətti  ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına  mühüm töhfəsini verir.
        Rayonda aqrar siyasətin həyata keçirilməsini təmin etmək  məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il aprel tarixli 152 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon Kənd Təsərrüfatı İdarələri yaradılmışdır.
        Xocalı rayon Kənd Təsərrüfatı İdarəsi 2016-ci ilin aprel ayından 8 ştat vahidi ilə fəaiyyətə başlamışdır. Təşkilatı işlər demək olar ki, tamamilə yekunlaşmışdır. İdarənin qarşısında duran vəzifələrin icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməkdədir. Yeni yaranmış idarənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
        - bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafının təmin edilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak edir, yeni texnika və texnologiyaların, innovativ inkişaf üsullarının tətbiq edilməsi barədə Nazirliyə təkliflər verir;
        - kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin yaradılması  və yenidən qurulması barədə təkliflər verir, onların fəaliyyətinin dəstəklənməsi üzrə səlahiyyətləri çərçivəsində tədbirlər görür;
        - yerli icra və özünüidarəetmə orqanları ilə birlikdə rayon (şəhər) ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlardan, o cümlədən yay və qış otlaq sahələrindən səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak edir, torpaqların münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlər görür və bu sahədə Nazirliyə təkliflər verir;
        - rayon (şəhərdə) kənd təsərrüfatı dövlət dəstəyi tədbirlərini təşkil edir, kənd təsərrüfatı məhsullarına subsidiyaların verilməsi, onların mineral gübrələrə, kənd təsərrüfatı texnikalarına, habelə qüvvəli və şirəli yemlərə olan ehtiyacların ödənilməsi və bu sahədə qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə edə bilməsi üçün Nazirliyin digər qurumları ilə birlikdə tədbirlər həyata keçirir;
        - rayonda (şəhərdə) aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əmakdaşlıq qurur;
        - aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya - məsləhət və digər xidmətlə-rin göstərilməsinə köməklik edir;
        - Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Kənd Təsərrüfatı İdarəsinin bu Əsasnamə ilə müəyyən edilmiş istiqamətlərinə uyğun  olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
        - kənd təsərrüfatına yararlı torpaqlardan yüksək məhsul əldə olunması və həmin torpaqların mühafizəsinin təmin edilməsi məqsədilə mütərəqqi torpaq becərmə işlərinin aparılması, texnika və texnologiyaların tətbiqi ilə bağlı tədbirlərdə, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin identifikasiyası əməliyyatlarının aparılmasında iştirak etmək;
        - rayon (şəhər) üzrə kənd təsərrüfatı ilə bağlı məlumat bazası yaratmaq, o cümlədən müvafiq informasiya sistemi və proqram təminatları texnologiyalarından istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaqların keyfiyyət və kəmiyyət göstəriciləri, uqodiyası, torpaq və bitki örtüyü və digər kateqoriyadan olan  torpaqlar haqqında coğrafi məlumatlar, kənd təsərrüfatı məhsullarının istehsal və satış qiymətləri haqqında məlumat bazası yaratmaq, məlumatların yenilənməsi, müvafiq təhlillərin aparılması və hesabatların hazırlanması üçün tədbirlər görmək;
        - kənd  yerlərində infastrukturun inkişafı və sosial problemlərlə məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
        - əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatların aparılmasına, su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında iştirak etmək:
        - rayonda ailə kəndli təsərrüfatlarının və aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını dəstəkləmək:
        - aqrar sahədə rayon əhalisinin məlumatlandırılması üçün idarənin elektron informasiya ehtiyyatının yaradılmasını və onun daima yenilənməsini təmin etmək:
        - fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
        Hal - hazırda rayonumuzun balansında 4125 hektar daimi təhkim olunmuş I - II otrub torpaq sahəsi vardır. Həmin torpaq sahələrindən 3000,0 hektarı taxılçılığın inkişafı üçün fiziki və hüquqi şəxslərə uzunmüddətli icarəyə verilmişdir. 2015-ci ildə rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 2444 hektar taxıl sahəsi əkilmişdirsə, 2016-ci ilin məhsulu üçün 2258 hektar taxıl sahəsi əkilmiş, məhsuldarlıq 22 sentner olaraq 5144,5 ton məhsul toplanmışdır. 2015-ci ilin yazlıq bitkiləri üçün  167 hektar kartof sahəsi, 65 hektar tərəvəz sahəsi əkilmişdirsə, 2016-ci il üçün 149 hektar kartof, 52 hektar tərəvəz əkilmişdir.
        2016-ci ilin birinci yarımilində iri buynuzlu mal-qaranın baş sayı 3443 baş, xırda buynuzlu 18928 baş, bütün növlərdən olan quşların sayı 9648 baş, arı ailəsinin sayı isə 2908 baş olmuşdur.
2016-ci ilin birinci yarımilində ət istehsalı 130 ton, süd istehsalı 2100 ton, yun istehsalı 20 ton, yumurta istehsalı 36 min ədəd olmuşdur.
        Rayonun kənd təsərrüfatı sahəsinin Dövlət Proqramına uyğun inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
      Habil RZAQULİYEV,  
Xocalı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi

Paylaşın:

İSTİFADƏ EDİLMƏYƏN ƏŞYALARI SƏNƏT ƏSƏRİNƏ ÇEVİRƏN SƏNƏTKAR

        Xocalı sakini Kərimov Mehdi Çərkəz oğlu 1973-cü il avqust ayının 8-də anadan olmuşdur. Xocalı şəhəri işğal olunarkən didərgin həyatı onun da qismətinə yazılmışdır. Xoşxasiyyət,  səmimi bir insan olan Mehdi cəmiyyətdə davranış qaydalarına görə özünə hörmət qazanmışdır. Boş vaxtlarında çəyirdək qabıqlarından gül-çiçək düzəldir, istifadə edilməyən müxtəlif əşyalardan mozaikalar, naxışlar hazırlayır. Onun əl işləri hər kəsin zövqünə xoş gəlir. Çünki hazırladığı əl işlərinə gözünün işığını, dəyərli vaxtını böyük həvəs və sevgi ilə sərf edir. Yaradıcılığında dini suvinerlərə üstünlük verir. Bununla yanaşı, kənd həyatı, Azərbaycanın tarixi abidələri onun əl işlərində öz təzahürünü tapır. Hazırladığı əl işlərindən bir neçəsini Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinə və Nizami muzeyinə hədiyyə etmişdir. Onun əməyini alıcılar da yüksək dəyərləndirir. Mehdinin arzusu yaratdığı əl işlərinin sevilməsi və həqiqi dəyərini tapmasıdır.
        Mehdiyə həyatda və yaradıcılıq işlərində uğurlar arzu edirik.
“XOCALININ SƏSİ”
           















Paylaşın:

OĞRU İLANIN MƏDƏSİ YARILDI VƏ TÖRƏTDİYİ CİNAYƏT ƏMƏLİ TƏSDİQ OLUNDU

        Gəncə şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı 600 ailəlik qəsəbədə sakinlərin fərdi
təsərrüfatından cücələrin sayı günbəgün azalırdı. Uzun araşdırmalardan sonra cücülərin hininə böyük bir ilanın girdiyini gördülər. İlanı başını elə oradaca əzdilər. Tənbəllik etməyib ilanın qarını yararkən cücələrin bütöv-bütöv mədəsində olduğu aşkarlanıb. Beləliklə, şübhəli oğru artıq tapılmış və öz layiqli cəzasını almışdır.
   
Paylaşın:

QARABAĞIN DAYAĞI AĞDAMA AİD BİR NEÇƏ MARAQLI FAKT

       

       Qaraqoyunlu Azərbaycan tarixində mühüm rol oynayan Qaraqoyunlu sülaləsinin banisi Baharlı tayfasından olan Bayram Xoca olub. Orta çağda oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. “Baharlı” еtnik tеrmininə ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf еdilir. Vladimir Minorski qeyd edir ki, Barani (və ya Baranlı) digər bir adının Baharlı olduğu və İva boyundan ayrılmış, Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır. C. Malkolma görə, “Əmir Teymur tərəfindən Suriyadan Fars əyalətinə gətirilmiş” əslən Şamlıların bir qoludur. 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsündə ilk olan şəxslərdən biri də ağdamlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev (1864-1919)-general-mayor omub.Süleyman bəy Əlisüleyman oğlu 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlib. İlk təhsilini Gəncədəki progimnaziyada alıb. On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daхil olub və oranı 1885- ci ildə müvəffəqiyyətlə bitiribdir. Hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif olunur. Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi хidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq görülür və ona kavaler kimi fəхri ad verilir. 1900-cü ildə isə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. Əsrimizin əvvəllərində хidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisi təyin olunmuşdur.
Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də хalqımızın maariflənməsində görkəmli ictimai хadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarının köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlı- ların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaхından iştirak edir. 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı хidmətləri sonralar üçüncü dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav”, “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüşdür. Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya poliskeşikçi dəstəsinin təftiş-yoхlama üzrə baş nəzarətçisi idi (1912-ci ildən). Öncə dediyimiz kimi, Süleyman bəy Əfəndiyevin çoх böyük və danılmaz хidməti 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür. O, 1919-cu ildə vəfat edib. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. Yusif ibn Əbu Sac Divdad —Sacilər dövlətinin hökmdarı (912-927) və sərkərdəsi-Ağdamın Maniklu kəndində anadan olub. Sığnaq zirvəsində böyüyən Əbu Sacın banisi olan Sacilər dövləti Ərəb işğalına qarşı aparılan mübarizə illərində yaranmışdır. Bu sülalənin başçıları bir qayda olaraq Afşin ləqəbi götürürdülər. Orta Asiyanın Əşrusan vilayətinin qədim nəslindəndirlər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdır.Azərbaycan Sacilər dövlətinin meydana gəlməsi real etnik-siyasi zəminə əsaslanırdı. Kiçik Asiyanın gündoğar bölgələri, İran və Güney Qafqaz Xilafətin əlinə keçdikdən sonra bu yerlərdə islam dinini qəbul etmiş türk tayfalarının mövqeyi daha da möhkəmləndi.Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil (Dvin) şəhərlərinə qədər uzanıb gedirdi.1229-cu ilde Siğnaq qalası Manqollar tərəfindən dağılıb.  Ağdamın 7361 oğlu vaxtilə Böyük Vətən müharibəsinə yollanmış, onlardan 3686 nəfəri geri qayıtmamışdır. Əgər biz bu rəqəmləri XX əsrin 1941-45-ci illərində baş vermiş Böyük Vətən müharibəsi iştirakçıları və şəhidləri ilə müqayisə etsək, görərik ki, ağdamlı şəhidlərin sayı o zaman SSRİ xalqlarının əhalisinə görə verdiyi şəhidlərdən faiz etibarı ilə çoxdur. Bu qəhrəmanlıq ənənəsini, atalarının keçdikləri şərəfli yolu bugünki gənc nəsil də hünərlə davam etdirir. Torpaqlarımızın bütövlüyü uğrundakı Qarabağ müharibəsində silaha sarılaraq döyüşlərdə iştirak etmiş 11000 nəfərdən çox ağdamlıdan 5000 nəfəri şəhid olmuşdur. . 1918-ci ilin oktyabrın 1-də Türk Generalı Nuru paşanın Ağdama gəlməsi ilə bağlı o zaman dərc olunan “Azərbaycan” qəzetinin noyabr sayında yazılır (əski əlifba ilə tərcüməsi): “Məhərrəm ayının 1-də qoşunlar şəhərə yaxınlaşdılar. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və Şuşaya doğru hərəkət elədi”. . Bu gün bir çox insanın xəbəri yoxdur ki, dünyada ilk tektonik silahın yaradıcısı sovet zamanı həmyerlimiz, zəlzələşünas alim İkram Kərimov olub. Ağdam rayonunda anadan olan İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanlır və onun barəsində məlumatları əldə etmək olduqca çətindir. Əldə etdiyim məlumata görə İkram Kərimov 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovunun tövsiyyəsi ilə bu elmə gəlmişdir. Professor dərəcəsi olan İkram müəllim 1968-ci ildə “Merkuri-18” məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahın ixtira edibdir.№ 1384-345 qərarla 30.11.87-ci ldə İkram Kərimova böyük səlahiyyət verilir. 1995-ci ilə qədər ölkədə qalan Kərimovun qrupu dünyanın müxtəlif bölgələrinə sıpələyən rus kəşfiyytında sızmadan sonra
Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqitalrın surətin oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat aldı. Hazırda alimin adı dünyanın 10 qızıl alimi adı arasınddır və onun kəşfləri bütün dünya alimlərini heyrətləndirməkdə davam edir. Heyf ki, bu alim barəsində qapalı informasiya mühiti var. . Ağdamda ilk məktəb 1883-cü ildə Qori Müəllimlər Seminariyasın bitirən Əsgər bəy Eyvazov tərəfindən Muradbəyli kəndində Əbdül Zamanov adlı şəxsin evində açılıb. İlk məktəbin cəmi beş şagirdi olub və orada dərslər rus dilində aparılıb. . Azərbaycanda ilk çaxır zavodlarından biri də Ağdamda 1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilmişdir. İkinci belə zavod Boyəhməldi kəndində Aleksandır Zıdxiyevə məxsus idi. Azərbaycanda o zaman yeganə müsəssiələrdən idi ki, hər zavodda 50 işçi çalışırdı. . Tarixçi Rzaqulu xan Hidayətin “Rözvətüs-Səfa” əsərində qeyd edilir ki, Qarabağ xanlığında mühüm rol oynayan, Səfəvi, Qaraqoyunlu, Ağqoyunlu və digər tarixi dövlətlərin ordularının əsasın təşkil edən və müasir Ağdam ərazisində yaşamış Cavanşırlər tayfası Oğuz xanın kötücəsi Oşirxanın nəslidir. Qədim türk tayfası olan Cavanşırlər Qarabağda OTUZİKİ adı ilə məşhur olan tayfa birliklərinin irsi HAKİMləri olublar. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. Dünya şöhrətli Böyük alim, Ağdamın fəxri ,Xudu Məmmədov 28 yaşında keçmiş SSRİ məkanında ilk dəfə “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə uğurla namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdı. Ağdam inzibati ərazi bölgüsünə görə 1822-ci ildə (Qarabağ xanlığı ləğv olunandan soora) Şuşa mahalına daxil olur və məlumata görə Ağdamda 55 ağ damlı ev olubdur. . SSRİ İncəsənət Akademiyasının həqiqi üzvü Fuad Əbdülrəhmanovun xatirəsindən: 1930-cü ildə Azərbaycanda Nizami Gəncəvinin adının əbədilləşdirilməsi və yubliyenin qeyd edilməsi ilə bağlı Moskvadan tapşırıq gəlir. Nizami Gəncəvinin əsərləri və sairə üzrə onun üz cizgilərinin tərtib edilərək Moskvaya təcili onun rəsmini çatdırmağı tapşırıq verirlər. Bizim bir necə rəssam və heykəltaraşın işin yuxarıda bəyənmirlər. Nəhayət mən Üzeyr Hacıbəyovun yanına getdim. Ondan kömək istədim. Biz birgə rayonlara gedib Nizami Gəncəvinin prototipin axtarmalı olduq. Nəhayət Ağdam rayonuna çatanda biz Axund Mehdi Məşədi İsgəndər bəy oğlu Həsənzadəni gördük. Biz ikimiz də bu “O”dur deyib Axunda yaxınlaşdıq. Onun üz cüzgiləri və görünüşün köçürüb Moskvaya göndərdik. Moskva bizə razılıq verdi və biz dünyaya dahi Nizamini (Axund Mehdi Məşədi İsgəndər bəy oğlu Həsənzadəni) rəsmin təqdim edə bildik. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşaatı 15 iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da “Xaçın + türbə(t) + li” müəyyənləşdirmişdir. Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, onikiüzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir. Korpus və kürsülük yaxşı yonulmuş sarımtıl əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü planı olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə gözləri qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə şimal gözü türbənin baş giriş qapısıdır. Türbənin korpusundakı bütün taxçaların, qapı və pəncərələrin üst sivri hissələri incə stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun tinlərində daş memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və stalaktitlərdən başqa
dekorativsimvolik mənaları olan müxtəlif heyvan (öküz, aslan, maral, dovşan və s.) təsvirləri ilə bəzədilmişdir. Təbii daş fonda daha canlı görünməsi üçün bu təsvirlər tünd qırmızı boya ilə örtülmüşdür. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki yerləşmə planda xaçvari formadadır. Ciddi və sadə görünüşlü sərdabədən fərqli olaraq türbənin üst kamerasının interyeri son dərəcə təntənəli tərtib edilmişdir. İç örtüyün kvadrat formalı mərkəzi hissəsi və ona şimal və cənubdan birləşən tağbəndlər mürəkkəb quruluşlu incə stalaktitlərlə işlənmişdir. Giriş qapısı ilə üz-üzə olan cənub divar zəngin bəzədilmiş mehrab şəklində həll edilmişdir. Fasad elementlərində olduğu kimi mehrab kompozisiyasının da bir sıra bəzək elementləri tünd qırmızı rəngdə boyanmışdır. Türbə interyerinin bədii və konstruktiv həllinin yüksək olması sifarişçinin nüfuzu və imkanları ilə yanaşı memar ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslüblu memarlıq əsəri olub dövrün ideya-bədii təmayüllərini layiqincə əks etdirir. Ağdamda qeyri-adi bir muzey var idi – Çörək muzeyi. Burada unikal eksponantlar – çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdır. Eksponantlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs edən müxtəlif materiallar vardır.

 Zaur Əliyev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent




Paylaşın:

"XOCALININ SƏSİ" QƏZETİ MÜASİR DÖVRÜN TƏLƏBİ OLAN İNTERNET İLƏ AYAQLAŞIR

        Bu gün Azərbaycanda sabitlik hökm sürür, ölkəmiz gündən-günə inkişaf edir, xalqımızın
güzaranı hər gün yaxşılaşır, şəhərlərimiz, qəsəbə və kəndlərimiz abadlaşdırılır. Ancaq bizim çiçəklənən aləmimizdən öncə xalqımız bir çox ələmlər görmüşdür. Sonradan torpaqlarımıza yığışan xain qonşumuz ermənilər xalqımızın başına ağır bəlalar, soyqırımlar gətirmişdir. Xocalı soyqırımı bəşər tarixində törədilmiş ən ağır soyqırımlardan biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonu-nun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla -613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Ermənilərin törətdiyi faciələri Azərbaycan xalqı heç bir zaman unutmayacaqdır və günahsız soydaşlarımızın qisa-sını mütləq alacağıq.
        Qarabağın üstündə qara buludlar gəzərkən ermənilər öz təbliğatlarını artırmaq məqsədilə erməni dilində yazılmış qəzetləri çap etdirir, mənfur niyyətlərini yaymaqda davam etdirirdilər.
"Xocalının səsi" qəzetinin ilk nömrəsi 9 iyul 1991-ci ildə işıq üzü gördü. Həmin zaman Xocalıya artıq rayon statusu verilmişdi. Rayonda tikinti işləri aparılır, yeni müəssisələr yaradılırdı. Düşmən tərəfi isə rayonumuzun işğal planlarını hazırlayırdılar. "Xocalının səsi" qəzeti real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı. Qəzetin ilk redaktoru Mehdiyev Sərdar Dadaş oğlu olmuşdur. Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. Təcrübəli jurnalist 1991-ci ildən 2000-ci ilədək "Xocalının səsi" qəzetinin redaktoru işləmişdir. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur. Bütün bu illərdə Sərdar Mehdiyev Xocalı sakinlərinin dərdini, erməni quldurlarının vəhşiliklərini qəzetin səhifələrində işıqlandırmışdır. Sərdar müəllimin vəfatından sonra qəzetin redaktoru Qasımov Qasım İslam oğlu olmuşdur. Qasım müəllim 1945-ci ildə Laçın rayonunun Ardıclı kəndində anadan olmuşdur. 20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləmişdir. Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü olmuş və ilk qəsəbə sovetinin sədri işləmişdir. Respublika təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa vermiş, Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışmış, "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olmuş, 2000-ci ildən 2015-ci ilə qədər bu qəzetin baş redaktor olmuşdur. "General Məhəmməd Əsədov", "Qızıl qələm" və  Azərbaycan Respublikası Preziden-tinin Sərəncamına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü idi. Qarabağın tarixini, bu gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 ki-tabın müəllifidir. "Qarabağda talan var" sənədli televiziya filminin ssenarisini yazmışdır. Qasım müəllim bizim qəlbimizdə mehriban, səmimi insan kimi əbədi yaşayacaqdır. Onun "Xocalının Səsi" qəzeti üçün etdikləri heç bir zaman unudulan deyil. Çalışqan, zəhmətsevər, vətənpərvər insanları həmişə dəyərləndirər və sevərdi.
        Dünyasını dəyişən hər iki mərhum redaktora Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun!
        "Xocalının səsi" qəzeti Xocalı rayon İcra Hakimiyyətinin qəzetidir. "Xocalının səsi" qəzeti əvvəlki illərdə olduğu kimi bu gün də öz fəaliyyətini uğurlu şəkildə davam etdirir.  Qəzet ayda bir dəfə 8 səhifədən ibarət olmaqla 500 sayla nəşr edilir. Səhifələrin çox olması yazıların da çox olmasına imkan verir və mövzu əhatəsi geniş olur. "Xocalının səsi" qəzeti müsair dövrün tələbatı olan internet ilə tam ayaqlaşır. Belə ki, hər ay qəzetin rəngli şəkillərlə hazırlanmış elektron forması sosial şəbəkə istifaçilərinin ixtiyarına verilmişdir. Demək olar ki, bu yolla qəzetimizi geniş oxucu kütləsinə çatdırmış oluruq. Eyni zamanda "Xocalının səsi" qəzetinin internet ünvanı olan xocalininsesi.info saytı öz daimi oxucu kütləsini tapmışdır.  Qəzetdə  yer  alan  mövzular və Xocalı faciəsi ilə  bağlı
videolar saytımızda yerləşdirilir. Redaksiyamıza xocalininsesi@gmail.com email ünvanından və sayta daxil olaraq "Məqalə göndər" səhifəsindən birbaşa məqalələrinizi göndərmək imkanınız vardır.
        Qarabağ müharibəsinə, Xocalı faciəsinə aid mövzular həmçinin, rayonumuzda keçirilən tədbirlər və respublikada baş verən əlamətdar hadisələr qəzetin səhifələrində öz əksini tapır.
        Rayonumuz əsas və tək mətbuat orqanı olan "Xocalının səsi" qəzetinin yaşaması abunə yazılışlarının hesabınadır. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov rayonumuzun mətbuatını hər zaman dəyərləndirir və diqqət mərkəzində saxlayır. Şübhəsiz ki, "Xocalının səsi" qəzetinin bu gün işıq üzü görməsi cənab başçımızın diqqəti və qayğısı sayəsindədir. Redaksiyamız adından rayonumuzun başçısı cənab Şahmar Usubova dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
        Söz veririk ki, bundan sonra da rayonumuz və qəzetimizin adını hər zaman yüksək tutacağıq. Öz üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirmək üçün daha da ciddi çalışacağıq. Əminik ki, doğma torpaqlarımızı erməni tapdağından azad edəcəyik. "Xocalının səsi" qəzetində ordumuzun zəfər xəbərlərini də yazacağıq.

Qalib BƏYMƏMMƏDOĞLU
“Xocalının səsi” qəzetinin redaktoru
Paylaşın:

SLOVENİYALI GƏNC JURNALİSTLƏR MƏCBURİ KÖÇKÜNLƏRİN HƏYAT ŞƏRAİTİ İLƏ TANIŞ OLDULAR


         "Socialni Akademiya" və Azərbaycan Skautlar Assosiasiyasının  birgə təşkil etdiyi "Erasmus+" fondunun "Backpack journalism" layihəsi çərçivəsində bir qrup azərərbaycanlı və sloveniyalı gənclər xocalıların müvəqqəti məskunlaşdığı  600 ailəlik qəsəbədə yaşayan şəhid ailəsi  Quliyev Zülfü Şahbaz oğlunun evində qonaq oldular. Şəhid ailəsindən sənədli film üçün müsahibə götürən səyyari jurnalistlərə Xocalı faciəsi haqqında və yeni tikilən qəsəbədəki şəraitlə bağlı ətraflı məlumat verildi. Dövlətimizin başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin qaçqın və məcburi  köçkünlərə göstərdiyi diqqət və qayğını bu gün bütün dünyada nümunə kimi göstərməyin lazım olduğunu onların nəzərinə çatdırıldı. Sloveniyalı gənclər Azərbaycan süfrəsinin naz-nemətlərini qonaqpərliyimizdən və xoş münasibətimizdən iştaha ilə daddılar.
       Quliyev Zülfü arzu etdik di, Allah bizə gələn qonaqlarımızı doğma el - obamızda qarşılamağı qismət eləsin. Sloveniyalı jurnalistlər bu sözlərin təəssüratından kədərləndilər və deyilən arzulara qoşuldular.
      Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinə baş çəkən qonaqlar muzeydəki eksponantlara böyük maraqla baxdılar. Muzeydə qonaqlara qədim xalçalar, klimlər, başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və geramikadan hazırlanmış maddi məişət əşyaları, qədim kənd təsərrüfatı əşyaları və vətənpərvərlik mövzusunda stentlərdən ibarət sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponantlar nümayiş etdirildi.
        Turizm səfərlərinə gələn xaricilərin çoxu öz ölkəsinin tanınmış, yaxud da yüksək intellektə malik olan vətəndaşlardır. Həmin insanlara ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatlar verməklə biz, Azərbaycanı bütün dünyaya tanıtmış oluruq. Onların çoxu öz ölkələrinə qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqqında ictimaiyyətə məlumatlar verir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər.
        Görüşün sonunda xatirə şəkilləri çəkdirildi.
        Qalib BƏYMƏMMƏDOĞLU







Paylaşın:

XOCALI RMX-DA RAYON ÜZRƏ HEMOFİLİYALI XƏSTƏLƏRƏ YARDIM MƏQSƏDİLƏ QANVERMƏ AKSİYASI KEÇİRİLDİ

                18.06.2016-cı il tarixdə qan xəstəliyi olan xəstələrə, hemofiliyalı xəstələrə yardım məqsədilə Xocalı Rayon Mərkəzi Xəstəxanasında rayon üzrə qanvermə aksiyası keçirildi. Aksiyaya Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, Xocalı Rayon Polis şöbəsinin rəisi İlqar Rüstəmli, Yanğından Mühafizə İdarəsinin rəisi Abdulla Əsgərov və rayonun digər müəssisə, idarə rəhbərləri, işçiləri qoşuldular. Aksiyada günün sonunadək 100-ə yaxın rayon sakini iştirak etdi. 
        Ölkədə hemofiliya xəstələrinin qana böyük tələbatı vardır. Hemofiliya-qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara və əzələlərə tez-tez qan axması nəticəsində əlil halına düşürlər.
         Rayonumuzda belə aksiyalar ildə 2 dəfə keçirilir. 




Paylaşın:

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 2016-cı ilin birinci yarısı üçün HESABAT İCLASI

        15.07.2016-cı il tarixdə Xocalı rayon İH-nin akt zalında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir. Hesabat iclasında idarə, müəssisə və təşkilat nümayəndələri, rayon ictimaiyyəti iştirak edirdilər. İclasda Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubovun məruzəsi dinlənildi.
        Həmçinin cənab prezident İlham Əliyevin çııxışı tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubovun məruzəsi ətrafında rayon İcra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Xocalı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Habil Rzaquliyev çıxış etdilər.
        Sonda vətəndaşların müraciətləri dinlənildi və aidiyyatı üzrə rəhbər şəxslərə tapşırıqlar verildi.




Paylaşın:

ŞAHİD RZAYEV “DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI İLƏ TƏLTİF EDİLDİ

        23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin “Dövlət Qulluğu Günü” elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan olunması qərara alınmışdır. Azərbaycan Prezidentinin Sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı verilib.
Xocalı rayon ziyalıları da ölkə başçısının Sərəncamına əsasən, hər il müxtəlif medal və fəxri adlarla təltif edilir. Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 14 ildir ki, dövlət qulluğunda qüsursuz xidmət edən Xocalı rayon İ.H.B-nın Kosalar kənd İ.Ə.D-si üzrə nümayəndəsi Rzayev Şahid Şahmar oğlu Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Səmimi, məsuliyyətli, mehriban, işgüzar bir insan olan Şahid müəllimi ürəkdən təbrik edir, işlərində daim müvəffəqiyyətlər arzulayırıq və bundan sonrakı fəaliyyətində də böyük etimadı doğruldacağına əminik.
        23 İyun Dövlət Qulluqçularının peşə bayramı münasibətilə Xocalı rayon İcra Hakimiyyətində və rayonun digər qurumlarında çalışan dövlət qulluqçularını təbrik edirik.
“XOCALININ SƏSİ”

Paylaşın:

AZƏRBAYCANDA RƏSMİ STATİSTİKANIN TARİXİ

        Azərbaycan  Ərazisində  statistikanın  müntəzəm  təşkilində Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il)  və Gəncə (Yelizavetpol-1867-ci il)  quberniyalarının  yaradılmasından sonra  onların  tərkibində  Rusiyada statistikanın 20 dekabr  1834-cü ildən  fəaliyyətdə  olan  təşkilinə uyğun olaraq  statistika  komitələrinin  fəaliyyəti  ilə  başlamışdır. İmperator  I  Nikolay  tərəfindən 1834-cü ilin 20 dekabrında imzalanmış fərmanın 27-ci maddəsində  deyilirdi: “...bütün  quberniya şəhərlərində  Mülki  Qubernatorların  sədrliyi  ilə  Statistika Komitələri yaradılır”. Bundan  sonra Rusiyanın  bütün  ərazilərində olduğu kimi Azərbaycan   hissəsində da statistika işlərinin təşkilinin daha da inkişaf  etdirilməsində  İmperator II Alek-sandr  tərəfindən  30  aprel 1863-cü ildə Daxili İşlər  nazirliyi yanında statistikanın təşkilinə  dair təsdiq etdiyi əsasnamənin də böyük rolu olmuşdur. Əsasnaməyə  uyğun olaraq Mərkəzi Statistika  Komitəsinə Daxili İşlər nazirliyi  üzrə  statistik işlərin həyata keçirilməsi  tapşırılmışdı. Əsasnaməyə görə  bütün  quberniya, vilayət və şəhər statistika komitələri  Mərkəzi  Statistika  Komitəsinə tabe idilər. Müəyyənləşdirilmiş qaydalara uyğun olaraq statistika komitələri hər il mart ayının 1-i  quberniyalar  və  onlara daxil olan  qəzalara  dair məlumatları  yığaraq  Rusiya  Daxili  İşlər  Nazirliyinin  statistika  bölməsinə  təqdim edirdilər.
        1802-ci ildən  1917-ci  ilədək  tərtib  edilən, özündə  20-27  statistika  cədvəli  birləşdirən  quberniyaların  illik hesabatları  statistik  xarakterli  çoxsaylı  məlumatları:  əhalinin,  mal-qaranın, fəhlələrin, yarmarkalarının, fabrik  və  zavodların  sayını, əkin  və məhsulları,  yarmarka dövriyyələrini,  əsas  malların  ticarət  qiymətlərini, hərbiçilərin  sayını  və  bir çox başqa məlumatları əhatə  edirdi. Qubernatorların belə hesabatlarının əsas məqsədi çara və onun  mərkəzi idarəetmə orqanalarına onlar  üçün  cəmiyyətdə  təhlükəli  hərəkatlar, xəzinəyə yığılan gəlirlərin miqyası, hərbi xidmətə çağırışın mümkün səviyyəsi və.s haqqında məlumat toplamaqdan  ibarət olmuşdur. Ayrı-ayrı məlumatların yığılması ilə 1900-cü  ildə Bakı quberniyasının fabrik  müfətişliyi də  məşğul olmuşdur. (Azərbaycan  tarixi, 2-ci  cild, səh.273)
        XIX  əsrin  sonu  XX  əsrin  əvvəlləri  imperiya  statistikası  tarixdə  müxtəlif müayinələrin  və  siyahıyaalmaların  təşkili  və keçirilməsi  ilə  xarakterizə olunur  ki, bunlardan da  ən əsası Şimali Azərbaycan ərazisi  də daxil olmaqla, çar Rusiyanın  bütün  ərazisində  1897-ci  ilin  fevral  ayının 9-u (yanvarın 28-i) vəziyyətinə  birinci  ümumi  siyahıyaalmanın  keçirilməsi  olmuşdur. Bu siyahıyaalmada  əhalinin  üç  kateqoriyası  hesablanmışdır: mövcud, daimi və qeyddə olanlar. 1903 və 1910-cu illərdə  kənd  təsərrüfatı maşın və alətlərinin  siyahıyaalınması  təşkil  edilmişdir. 1904-cü ildən başlayaraq hər il mal-qaranın sayı haqqında məlumatlar toplanmışdır. 1900 və 1908-ci illərdə sənaye statistikası sahəsində də  siyahıyaalmalar  keçirilmişdir.
        Azərbaycan Xalq Cümhuriyyətinin  23 aylıq mövcudluğu dövründə  (1918-1920)  ölkə ərazisində  statistik  məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına çalışılmışdır. Buna  tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin  tərkibində  statistika  ilə bağlı  müəyyən qurumlar  yaradılmışdır. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət  Əmlakı  və Əkinçilik  Nazirliyinin  tərkibində Statistika  şöbəsi və 1919-cu  il  iyul ayından  isə  Əkinçilik Nazirliyinin  Torpaq  Fondu  şöbəsində Statistika bürosu kimi  fəaliyyətdə  olmuşdur.
        Göründüyü kimi, 1920-ci ilə  qədər Azərbaycanın indiki ərazisində  statistik məsələlərə rəhbərlik edən vahid orqan olmamışdır. Yalnız  1920-ci  ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra  digər  dövlət  tədbirləri  ilə  yanaşı  ölkədə  rəsmi dövlət statistikasının  yaradılması üzrə təcili tədbirlər həyata  keçirilmişdir. 1920-ci  il  iyul  ayının  8-də Nəriman  Nərimanovun imzası ilə Azərbaycan İnqilab Komitəsi  tərəfindən  statistiklərin müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmiş və  kollegiya  keçirilmişdir.
        1920-ci il avqust ayının 19-da  isə Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında  yeni əsasnamə təsdiq olunmuşdur. Bu  əsasnaməyə görə, ölkədə statistikanın aparılması Mərkəzi Statistika İdarəsinə (MSİ) və onun tərəfindən  yaradılan orqanlara; digər orqanların statistika təşkilatlarına,  şəhər, rayon, qəza, nahiyyə  və  kənd  inzibati  və  inzibati-təsərrüfat  oprqanlarına hə-valə  edilmişdir.
        Azərbaycan İnqilab Şurasının 9 avqust 1920-ci il dekabrna və həmin  ilin 17 dekabr tarixli qərarına  uyğun  olaraq, 1920-ci ilin dekabrında 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradılmışdır və onun  kollegiyası 12  nəfərdən ibarət olmuşdur. Azərbaycan Mərkəzi Statistika İda-rəsinin ilk rəhbəri Vladimir  Vasilyeviç Smrinov təyin edilmişdir ki,  onun  da  Azərbaycan statistikasının  yaradılmasında  böyük  rolu  olmuşdur.
        Yalnız  1924-cü  ildə  yerli  statistika  orqanlarının  yaradılmasına  başlamaq  mümkün  olmuşdur  və  sonrakı  illərdə  bütövlükdə  yerlərdə  statistika  orqanlarının  yaradılması  həyata keçirilmişdir. Azərbaycanda  statistikanın təşkili və statistika  orqanlarının yaradılması  çətin şəraitdə həyata keçirilirdi, vəsait və ixtisaslı  kadrlar  çatışmırdı.
        1928-ci  il  sentyabrın  28-də  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi və Azərbaycan SSR Xalq  Komissarları  Şurası  Azərbaycan  SSR  Mərkəzi  Statistika  İdarəsi  haqqında  yeni əsasnamə təsdiq edir. O  vaxtdan  Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Xalq Komissarları  tərəfindən onlara verilmiş bütün  hüquqlara  malik  olmuşdur. Bu  dövrdən  bütün  işlər  Mərkəzi  Statistika İdarəsi  qəza  statistika  şöbələri, Naxçıvan  Muxtar  Sovet Sosialist Respublikasının  Mər-kəzi Statistika Bürosu və Dağlıq  Qarabağ Muxtar Vilayətinin Vilayət  Statistika  Bürosu  tərəfindən həyata  keçirilirdi. Göstərilən əsasnaməyə  görə, respublika Mərkəzi Statistika  İdarəsinin funksiyaları çox  geniş idi.
        1987-ci ildə Azərbaycan SSR  Mərkəzi Statistika İdarəsi  Azərbaycan SSR Dövlət Statistika  Komitəsinə  çevrilir  və  Azərbaycan  SSR Nazirlər Kabinetinin 30 mart  1988-ci il tarixli qərarı ilə  Azərbaycan  SSR  dövlət  Statistika  Komitəsi  haqqında  əsasnamə  təsdiq  edilir.
1994-cü il Azərbaycan statistik-asının tarixində xüsusi  il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti  tərəfindən  18  fevral  1994-cü  ildə  “Statistika  haqqında”  Azərbay-can Respublikasının Qanunu  imzalanmış  və  bu  tarixdən  “Statistika  haqqında”Qanunun  qüvvəyə  min-məsi  haqqında Azərbaycan  Respublikası Milli Məclisinin  qərarı  imzalanmışdır.
        Qanunun  tələblərinə  uyğun  olaraq  1994-cü  ildə  və  sonrakı  illərdə  dövlət  statistika sisteminin  sturukturunda, fəaliyyətində  və  statusunda  yeni  dəyişiliklər  baş  verdi. Bununla əlaqədar Azərbaycan Respublikası  Nazirlər kabinetinin 6 noyabr 1995-ci  il  tarixli, 238  saylı  qərarı ilə “Azərbaycan  Respublikası Dövlət  Statistika  Komitəsi  haqqında” yeni  əsasnamə  təsdiq edildi. Əsasnaməyə  uyğun  olaraq  yerli  statistika  orqanları  haqqında  da  əsasnamə  təsdiq  edildi və bu əsasnaməyə  uyğun  olaraq  statistika orqanlarının hüquq və  vəzifələri genişləndirildi. Nazirlər Kabi-neti tərəfindən təsdiq  edilmiş  Dövlət  Statistika  Komitəsi haqqında  sonuncu əsasnamə  hal-hazırda  qüvvədədir. Əsasnamədə deyilir: “Azərbaycan   Respublikası Dövlət Statistika Komitəsi (Azərbaycan Respublikası Dövlətstatkomu) respublikanın iqtisadi  və sosial sahələrində vahid  metodologiya  əsasında  statistik məlumatlar sisteminin  fəaliyyətini  təmin  edir. Dövlət Statistika Komitəsi Azərbaycan Respublikası mərkəzi icra orqanları sistemində fəaliyyət göstərən, statistika və uçot işinə  rəhbərlik  edən  müstəqil  mərkəzi  iqtisadi  dövlət  idarəetmə  orqanıdır”
        Azərbaycanın statistikləri qarşılarında  duran  vəzifələri  dərk  edərək  inanırlar ki, yaxın gələcəkdə dünya  standartlarına uyğunlaşdırılmış, bütün  ölkə  əhalisi  tərəfindən  dəstəklənən  keyfiyyətli  və obyektiv  statistika yaradılması işi başa çatdırılacaq-dır.
        Xocalı  rayonunda  Statistika  idarəsi isə 1990-cı  ilin  oktyabr  ayında Azərbaycan Respublikası Dövlət  Statistika Komitəsinin 176/t saylı  əmri  ilə  yaradıldı. İdarə “Rəsmi  Statistika” haqqında Azərbaycan  Respublikasının  qanununauyğun  şəkildə  fəaliyyət göstərir. Rayonda qeydiyyatda olan uçot vahidləri ilə  müntəzəm sıx əlaqə yaradaraq statistik  hesabatların yığılmasına xidmət  edir.

Dünyamin ƏSƏDOV,
Xocalı  rayon  Statistika  idarəsinin  rəisi,
      Dövlət  qulluğunun  kiçik  müşaviri 
Paylaşın:

NARKOMANİYAYA QARŞI MÜBARİZƏ ÜÇÜN YARADILMIŞ XOCALI RAYON KOMİSSİYASI MÜXTƏLİF SƏPGİLİ TƏDBİRLƏR KEÇİRMİŞDİR

     
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 № sərəncamı ilə təsdiq olunmuş narkotik vasitələrin, psixotrop maddələrin prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizəsinə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icrası istiqamətində Xocalı rayon Komissiyası tərəfindən əvvəlki illərdə olduğu kimi bu ildə müxtəlif səpgili tədbirlər həyata keçirilmişdir.
        Belə ki, rayon Komissiyasının 2016-cı ilin Tədbirlər Planına uyğun olaraq, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun Narkotiklərlə mübarizə günü ilə bağlı “Narkomaniya-ağ ölüm” adlı elmi-praktik konfrans keçirilmişdir.
        Xocalı rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında “Narkomaniya bəşəriyyətin bəlasıdır “devizi altında inşa yazı müsabiqəsi keçirilmişdir. Hər bir məktəb üzrə ən yaxşı inşa yazısı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinə təqdim olunmuşdur. Bundan əlavə olaraq, rayon təhsil şöbəsinin əməkdaşları mütəmadi olaraq məktəblərdə olur və narkomaniyanın doğurduğu  fəsadlar haqqında yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparırlar.
        Həmçinin, Xocalı rayon Gənclər və İdman İdarəsi tərəfindən 13.05.2016-cı il tarixdən Xocalı rayon Meşəli kənd tam orta məktəbində yuxarı sinif şagirdləri və bir qrup qəsəbə sakinlərinin iştirakı ilə “Narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirilmişdir. Keçirilən tədbirdə respublikamızda və dünyada narkomaniyanın törətdiyi fəsadlar, hər il narkomanlığın statistikasının artmasının acı həqiqətləri haqqında geniş söhbətlər aparılmışdır. Narkodillerlərin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstələrin insanları, xüsusən də yüksək risk  qrupuna daxil olan gəncləri bu zərərli vərdişlərə necə cəlb etdikləri barədə geniş məlumat verilmiş, cəmiyyətin hər bir üzvünün ağ ölümlə mübarizə aparması və milli genafondun qorunması sahəsində vətəndaşların üzərinə düşən məsuliyyət xüsusi vurğulanmışdır.
        Rayon Gənclər və İdman idarəsi şagirdlərin narkomaniya ilə bağlı təfəkkürünün yoxlanılması məqsədilə IX-XI sinif şagirdləri arasında “Narkomaniyanın acı nəticələri” devizi altında  rəsm müsabiqəsi keçirmişdir. Müsabiqənin nəticəsi olaraq I, II və III yerlərin qalibləri xüsusi hədiyyələrlə mükafatlandırılmışdır.
        Xocalı rayon Mərkəzi Xəstəxanası və Xocalı rayon Məşğulluq Mərkəzi birgə narkomanlıq xəstəliyindən əziyyət çəkən insanların reabilitasiyası və bu insanların cəmiyyətə inteqrasiyası mövzusunda rayon sakinləri arasında maariflən-dirici xarakterli tədbirlər həyata keçirilmişdir.
Rayonun əsas informasiya vasitəsi olan “Xocalının səsi” qəzetində “Narkomaniyaya qarşı birgə mübarizə “mövzusunda il ərzində maraqlı məqalələr dərc edilmişdir. Yetkinlik yaşına çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın işçiləri tez-tez ümumtəhsil məktəblərində olmuş narkotik, siqaret, spirtli içkilər və digər bu kimi zərərli vərdişlərin aludəçisi olmuş insanların cəmiyyət, ailə və gələcək nəsillərin sağlam ruhda formalaşması üçün nə dərəcədə təhlükəli olması haqqında şagirdlərlə maarifləndirici söhbətlər aparılmışdır.
        Xocalı RPŞ-nin əməkdaşları ümumtəhsil məktəblərində mütamadi maarifləndirici tədbirlər təşkil etmişdir. 28.06.2016-cı il tarixdə Xocalı RPŞ-nin əməliyyat-axtarış tədbirləri nəticəsində “xaş-xaş 2016” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, Goranboy rayon Todan kəndi ərazisində istifadə olunmayan 1,5 ha otlaq sahəsində 4 ton, 300 kq yabanı halda bitmiş, heç bir aqrotexniki qulluq göstərilməyən narkotik tərkibli çətənə kolları aşkarlanaraq, yandırılma üsulu ilə məhv edilib.
        Məlumat üçün qeyd etməliyik ki,  Xocalı rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə müəssisələri tərəfindən narkotik mənşəli dərmanlar alınmır və narkomaniya ilə bağlı xəstəliyə tutulan şəxslər qeydə alınmamış, eləcə də bu növ xəstəliklə əlaqədar rayon sakinlərindən heç kim xəstə-xanaya müraciət etməmişdir.    
Lamiə QARAYEVA,
Xocalı rayon İH-nin başçısının müavini


Paylaşın:

XOCALILAR TEZLİKLƏ “BÖYÜK QAYIDIŞ” LAYİHƏSİNİN DƏ HƏYATA KEÇƏCƏYİNƏ ƏMİNDİRLƏR

        Bərəkətli torpaqlara, dünyadakı 11 iqlimdən 9-na sahib olan, faydalı qazıntılarla zəngin odlar yurdu Azərbaycana düşmənlər hər zaman həsəd aparmışdır. Bunun nəticəsi olaraq torpaqlarımızda sonradan məskunlaşan bədnam qonşumuz ermənilər azərbaycanlılara qarşı cinayətlər törətmiş, rusların köməkliyi ilə soydaşlarımızı öz dədə-baba torpaqlarımızdan sıxışdırıb çıxartmağa çalışmışlar.
        Azərbaycanlıların, ümumiyyətlə müsəlmanların  Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası nəticəsində ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq, qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. 1988-1992-ci illər isə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalaraq Azərbaycana pənah gətirib. Eyni zamanda 1990-cı ildə 50 minə yaxın Axısxa türkü Azərbaycanda özlərinə sığınacaq tapıbdır.
        Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub. İşğal nəticəsində 126 yaşayş məntəqəsi zorla boşaldılıb. 1 milyon 200 min qaçqın və məcburi köçkün respublikanın 62 şəhər və rayonunda məskunlaşıb.
        Məcburi köçkünlər fin tipli qəsəbələrdə, şəhər və rayonlardakı məktəblərdə, Müdafiə Nazirli-yinin hərbi hissələrinə məxsus binalarda, yol kənarlarında, yeraltı qazmalarda, təmir edilməsi müm-kün olmayan və qəza vəziyyətində olan ictimai binalarda, yataq-xanalarda özlərinə sığınacaq tapdılar.
        Hazırda dünyada qaçqınların və məcburi köçkünlərin sayı 43 milyondan artıqdır. BMT ekspert-lərinin hesablamalarına görə, dünyada hər 35 nəfərdən biri miqrantdır. Başda Suriya, İraq, Liviya və Yəmən olmaqla Yaxın Şərq ölkələrində müharibə və zorakılıqların davam etməsi bu bölgədən Avropaya miqrant axını davam etməkdədir. "Humanist" Avropa ölkələri miqrantların gəlməsinə qarşı etiraz edir, miqrantları təhqir edirlər.
        Belə şəraitdə ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemləri daim diqqətdə saxlanılır. Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük işlər görür. Hər il binalar, fərdi evlər tikilir. Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 2,5 milyard manat büdcə vəsaiti sərf edilib.
        Qədim Xocalı şəhərini erməni quldurları bir gecədə yerlə yeksan etdi. 613 şəhid verən Xocalı şəhəri tamamilə yandırıldı. Köməksiz qalan dinc sakinlər canlarını qurtarmaq məqsədilə soyuq qış gecəsində pərən-pərən düşdülər. Dünyanın gözü qarşısında baş verən bu soyqırımın cinayətkarları hələ də cəzasını almamışdır. Bu gün xocalıları yaşadan, onların vüqarını saxlayan ümummilli liderimiz Heydər Əliyevin ideyalarını davam etdirən ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğısıdır.
        Prezident İlham  Əliyevin sərəncamları ilə təsdiq edilmiş qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramlarının icrası uğurla davam etdirilir. Xocalı sakinləri də yeni yaşayış binalarına köçürülmüşdür. Dövlət Proqramına əsasən Xocalı sakinləri üçün 6 qəsəbə salınmışdır.
        2002-ci il 13 sentyabr tarixdə ulu öndər Heydər Əliyev Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı sakinləri üçün salınmış 650 evdən ibarət qəsəbənin açılışında iştirak edib. Qəsəbədə Xocalı şəhər 4 saylı tam orta məktəb, 3 saylı Musiqi məktəbi, Xocalı şəhər Nümayəndəliyi,  poçt binası, Yanğından Mühafizə idarəsi, Xocalı rayon İcra Hakimiyyətinin və digər  qurumlarının binaları da bu qəsəbədə yerləşir. 150 yerlik Yuxarı Ağcakənd qəsəbəsi 2003-cü ildə istifadəyə verilib. Yuxarı Ağcakənddə Xocalı şəhər 5 saylı tam orta məktəb, 3 saylı klub, Həsənabad Feldşer Mama məntəqəsi fəaliyyət göstərir. Goranboy rayon Börü qəsəbəsinin tikilişi 2008-ci ildə başa çatıb. 130 evlik qəsəbədə 96 yerlik Cəmilli kənd tam orta məktəbi, Cəmilli İ.Ə.D.Ü Nümayəndəliyi, Cəmilli kənd Həkim Ambulatoriyası, MKS-nin Cəmilli kənd filialı fəaliyyət göstərir. Meşəli qəsəbəsi 2009-cu ildə istifadəyə verilmişdir. Qəsəbə 100 evlikdir. Qəsəbədə Meşəli kənd İ.Ə.D.Ü Nümayəndəliyi, 96 yerlik Meşəli kənd tam orta məktəbi fəaliyyət göstərir. Goranboy rayonu ərazisində 2011-2012-ci illərdə 688 yerlik məcburi köçkün ailəsi üçün salınmış 12 beşmərtəbəli yaşayış binası ölkə başçısının xocalılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Qəsəbədə Xocalı şəhər 1 saylı tam orta məktəb, 1 saylı Musiqi məktəbi, 1 saylı klub, Qaladərəsi Feldşer Mama məntəqəsi fəaliyyət göstərir. Gəncə şəhərinin Kəpəz rayonu ərazisində salınmış, noyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş 600 ailəlik qəsəbə bütün şəraitlə təmin edilmişdir.  60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev,  müasir tələblərə tam cavab verən 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası və digər zəruri sosial-texniki infrastruktur yaradılıb.
        Hər bir Xocalı sakininin qəlbində ulu öndərimiz Heydər Əliyevin ruhuna dərin məhəbbət və hörmət hissi var. Xocalı sakinləri bu gün ölkə başçısı cənab İlham Əliyevi inamla dəstəkləyir. İnanırıq ki, tezliklə Qarabağı erməni işğalçılarından azad edəcəyik və doğma el-obamıza qayıda-cağıq. O zaman “Böyük qayıdış” layihəsi də uğurla həyata keçəcəkdir.
  Qalib BƏYMƏMMƏDOĞLU








Paylaşın:

AQİL MƏMMƏDOVA İCTİMAİ-SİYASİ İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ

        Xocalı soyqırımını, erməni vəhşiliklərini dünyaya çatdırmaq üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Erməni quldurları tərəfindən xalqımızın başına gətirilən faciələri ürək ağrısı ilə yaşayan Xocalı sakini Məmmədov Aqil haqq səsimizi yaymaq üçün öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Xocalı dərdi onun qəlbini dayanmadan göynədir. Məmmədov Aqil Kamran oğlu 1973-cü il aprel ayının 10-da Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1980-ci ildə Xocalı rayon Kosalar kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1992-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaydan Dövlət Tibb Universitetinin Stomatologiya fakultəsinə daxil olmuşdur. 1995-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək 1995-ci il avqust ayının 1-dən Göygöl MRX-da həkim işləməyə başlamışdır. 1996-cı ildən Xocalı rayon Meşəli kənd Həkim Ambulatoriyasında baş həkim işləmiş, hal-hazırda 2005-ci ilin mart ayından Kosalar kənd Həkim Ambulatoriyasında baş həkim vəzifəsində çalışır. İxtisası həkim-stomatoloqdur.
        Aqil həkim öz peşəsini layiqincə yerinə yetirir. Bununla yanaşı, ictimai birliklərdə təmsil olunur. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Gəncə Regional bölməsinin sədri vəzifəsində işləyir. “ASKEF” Gəncə regional bölməsinin sədridir. “İraq Türkmənləri Yazarları” ictimai birliyinin üzvüdür. 1987-ci ildən Azərbaycan dövrü mətbuatında şeirləri və məqalələri nəşr olunur. Mətbuat Şurasının və AJB-nin üzvüdür. "Düşmən tapdağında qalan Kosalar", "Zirvənin qanlı şəfəqi" kitablarının müəllifidir.
        "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin xətti ilə Türkiyə, Gürcüstan, Ukrayna və İranda səfərlərdə olmuş və Xocalı soyqırımı ilə bağlı universitetlərdə keçirilən təbliğat kampaniyalarında, tədbirlərdə, iştirak etmişdir. Türkiyənin İstanbul, Ankara, Amasya, Eskişehir, Merzifon, Antalya, İzmir, Samsun, Trabzon şəhərlərində keçirilən tədbirlərə qatılıb və universitetlərində tələbələr qar-şısında Xocalı soyqırımı ilə bağlı çıxışları olub. Azərbaycanlıların ən çox yaşadığı qədim şəhərlərdən olan Amasyada təqdirəlayiq tədbirlərdən biri baş tutmuşdur. 28 May Respublika Gününə həsr edilmiş tədbirin keçirilməsində əsas məqsəd Respublika gününü  Amasyada yaşayan azərbaycanlılarla bayram günü kimi qeyd etmək və onlara bayram abı-havasını yaşatmaq idi. Tədbir müxtəlif KİV-də o cümdədən, AZTV-də işıqlandırılmışdır.
        Aqil Məmmədova ictimai-siyasi işlərində uğurlar arzulayırıq.
“XOCALININ SƏSİ”



















Paylaşın:

XOCALILARIN MÜVƏQQƏTİ MƏSKUNLAŞDIĞI GORANBOY RAYON AŞAĞI AĞCAKƏND QƏSƏBƏSİNDƏ MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ İFTAR SÜFRƏSİ AÇILDI

  
         Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov adından xocalıların və digər rayonlardan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Ramazan bayramı münasibətilə iftar süfrəsi açıldı. İftar süfrəsinə Xocalı rayon İH-nin başçısı Şahmar Usubov, rayon ictimaiyyətinin nümayəndələri, qəsəbənin oruc tutan sakinləri qonaq oldular.
        İftar süfrəsinə başlamazdan əvvəl Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov Ramazan duası oxudu. O, nitqində bildirdi ki, Azərbaycanda hər kəs əmin-amanlıq içərisində yaşayır. Xocalı rayon sakinlərinin də həyat şəraiti və güzəranı yaxşıdır. Bu əmin-amanlğı qoruyub saxlamaq üçün ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik. Allah bizə gələn il bu vaxt iftar süfrəmizi işğal olunmuş torpaqlarımızda keçirməyi qismət eləsin. Bu süfrəni təşkil edənlərin Allah canını sağ eləsin. Allah qəbul eləsin, savaba yazsın. Amin! 
       Cənab başçı Şahmar Usubov Müqəddəs Ramazan bayramı münanisəbətilə bütün Azərbaycan xalqını təbrik etdi və xoş günlər arzuladı.
       Sonra iftar süfrəsi açıldı.






Paylaşın:

Ən çox oxunan

Blog Arşivi