
Aqil həkim öz peşəsini layiqincə yerinə yetirir. Bununla yanaşı, ictimai birliklərdə təmsil olunur. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Gəncə Regional bölməsinin sədri vəzifəsində işləyir. “ASKEF” Gəncə regional bölməsinin sədridir. “İraq Türkmənləri Yazarları” ictimai birliyinin üzvüdür. 1987-ci ildən Azərbaycan dövrü mətbuatında şeirləri və məqalələri nəşr olunur. Mətbuat Şurasının və AJB-nin üzvüdür. "Düşmən tapdağında qalan Kosalar", "Zirvənin qanlı şəfəqi" kitablarının müəllifidir.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin xətti ilə Türkiyə, Gürcüstan, Ukrayna və İranda səfərlərdə olmuş və Xocalı soyqırımı ilə bağlı universitetlərdə keçirilən təbliğat kampaniyalarında, tədbirlərdə, iştirak etmişdir. Türkiyənin İstanbul, Ankara, Amasya, Eskişehir, Merzifon, Antalya, İzmir, Samsun, Trabzon şəhərlərində keçirilən tədbirlərə qatılıb və universitetlərində tələbələr qar-şısında Xocalı soyqırımı ilə bağlı çıxışları olub. Azərbaycanlıların ən çox yaşadığı qədim şəhərlərdən olan Amasyada təqdirəlayiq tədbirlərdən biri baş tutmuşdur. 28 May Respublika Gününə həsr edilmiş tədbirin keçirilməsində əsas məqsəd Respublika gününü Amasyada yaşayan azərbaycanlılarla bayram günü kimi qeyd etmək və onlara bayram abı-havasını yaşatmaq idi. Tədbir müxtəlif KİV-də o cümdədən, AZTV-də işıqlandırılmışdır.
Aqil Məmmədova ictimai-siyasi işlərində uğurlar arzulayırıq.
“XOCALININ SƏSİ”