BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

23 Temmuz 2016 Cumartesi

QARABAĞIN DAYAĞI AĞDAMA AİD BİR NEÇƏ MARAQLI FAKT

Posted at  7/23/2016  |  in  Dağlıq Qarabağ münaqişəsi

       

       Qaraqoyunlu Azərbaycan tarixində mühüm rol oynayan Qaraqoyunlu sülaləsinin banisi Baharlı tayfasından olan Bayram Xoca olub. Orta çağda oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. “Baharlı” еtnik tеrmininə ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf еdilir. Vladimir Minorski qeyd edir ki, Barani (və ya Baranlı) digər bir adının Baharlı olduğu və İva boyundan ayrılmış, Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır. C. Malkolma görə, “Əmir Teymur tərəfindən Suriyadan Fars əyalətinə gətirilmiş” əslən Şamlıların bir qoludur. 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsündə ilk olan şəxslərdən biri də ağdamlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev (1864-1919)-general-mayor omub.Süleyman bəy Əlisüleyman oğlu 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlib. İlk təhsilini Gəncədəki progimnaziyada alıb. On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daхil olub və oranı 1885- ci ildə müvəffəqiyyətlə bitiribdir. Hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif olunur. Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi хidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq görülür və ona kavaler kimi fəхri ad verilir. 1900-cü ildə isə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. Əsrimizin əvvəllərində хidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisi təyin olunmuşdur.
Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də хalqımızın maariflənməsində görkəmli ictimai хadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarının köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlı- ların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaхından iştirak edir. 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı хidmətləri sonralar üçüncü dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav”, “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüşdür. Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya poliskeşikçi dəstəsinin təftiş-yoхlama üzrə baş nəzarətçisi idi (1912-ci ildən). Öncə dediyimiz kimi, Süleyman bəy Əfəndiyevin çoх böyük və danılmaz хidməti 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür. O, 1919-cu ildə vəfat edib. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. Yusif ibn Əbu Sac Divdad —Sacilər dövlətinin hökmdarı (912-927) və sərkərdəsi-Ağdamın Maniklu kəndində anadan olub. Sığnaq zirvəsində böyüyən Əbu Sacın banisi olan Sacilər dövləti Ərəb işğalına qarşı aparılan mübarizə illərində yaranmışdır. Bu sülalənin başçıları bir qayda olaraq Afşin ləqəbi götürürdülər. Orta Asiyanın Əşrusan vilayətinin qədim nəslindəndirlər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdır.Azərbaycan Sacilər dövlətinin meydana gəlməsi real etnik-siyasi zəminə əsaslanırdı. Kiçik Asiyanın gündoğar bölgələri, İran və Güney Qafqaz Xilafətin əlinə keçdikdən sonra bu yerlərdə islam dinini qəbul etmiş türk tayfalarının mövqeyi daha da möhkəmləndi.Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil (Dvin) şəhərlərinə qədər uzanıb gedirdi.1229-cu ilde Siğnaq qalası Manqollar tərəfindən dağılıb.  Ağdamın 7361 oğlu vaxtilə Böyük Vətən müharibəsinə yollanmış, onlardan 3686 nəfəri geri qayıtmamışdır. Əgər biz bu rəqəmləri XX əsrin 1941-45-ci illərində baş vermiş Böyük Vətən müharibəsi iştirakçıları və şəhidləri ilə müqayisə etsək, görərik ki, ağdamlı şəhidlərin sayı o zaman SSRİ xalqlarının əhalisinə görə verdiyi şəhidlərdən faiz etibarı ilə çoxdur. Bu qəhrəmanlıq ənənəsini, atalarının keçdikləri şərəfli yolu bugünki gənc nəsil də hünərlə davam etdirir. Torpaqlarımızın bütövlüyü uğrundakı Qarabağ müharibəsində silaha sarılaraq döyüşlərdə iştirak etmiş 11000 nəfərdən çox ağdamlıdan 5000 nəfəri şəhid olmuşdur. . 1918-ci ilin oktyabrın 1-də Türk Generalı Nuru paşanın Ağdama gəlməsi ilə bağlı o zaman dərc olunan “Azərbaycan” qəzetinin noyabr sayında yazılır (əski əlifba ilə tərcüməsi): “Məhərrəm ayının 1-də qoşunlar şəhərə yaxınlaşdılar. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və Şuşaya doğru hərəkət elədi”. . Bu gün bir çox insanın xəbəri yoxdur ki, dünyada ilk tektonik silahın yaradıcısı sovet zamanı həmyerlimiz, zəlzələşünas alim İkram Kərimov olub. Ağdam rayonunda anadan olan İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanlır və onun barəsində məlumatları əldə etmək olduqca çətindir. Əldə etdiyim məlumata görə İkram Kərimov 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovunun tövsiyyəsi ilə bu elmə gəlmişdir. Professor dərəcəsi olan İkram müəllim 1968-ci ildə “Merkuri-18” məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahın ixtira edibdir.№ 1384-345 qərarla 30.11.87-ci ldə İkram Kərimova böyük səlahiyyət verilir. 1995-ci ilə qədər ölkədə qalan Kərimovun qrupu dünyanın müxtəlif bölgələrinə sıpələyən rus kəşfiyytında sızmadan sonra
Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqitalrın surətin oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat aldı. Hazırda alimin adı dünyanın 10 qızıl alimi adı arasınddır və onun kəşfləri bütün dünya alimlərini heyrətləndirməkdə davam edir. Heyf ki, bu alim barəsində qapalı informasiya mühiti var. . Ağdamda ilk məktəb 1883-cü ildə Qori Müəllimlər Seminariyasın bitirən Əsgər bəy Eyvazov tərəfindən Muradbəyli kəndində Əbdül Zamanov adlı şəxsin evində açılıb. İlk məktəbin cəmi beş şagirdi olub və orada dərslər rus dilində aparılıb. . Azərbaycanda ilk çaxır zavodlarından biri də Ağdamda 1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilmişdir. İkinci belə zavod Boyəhməldi kəndində Aleksandır Zıdxiyevə məxsus idi. Azərbaycanda o zaman yeganə müsəssiələrdən idi ki, hər zavodda 50 işçi çalışırdı. . Tarixçi Rzaqulu xan Hidayətin “Rözvətüs-Səfa” əsərində qeyd edilir ki, Qarabağ xanlığında mühüm rol oynayan, Səfəvi, Qaraqoyunlu, Ağqoyunlu və digər tarixi dövlətlərin ordularının əsasın təşkil edən və müasir Ağdam ərazisində yaşamış Cavanşırlər tayfası Oğuz xanın kötücəsi Oşirxanın nəslidir. Qədim türk tayfası olan Cavanşırlər Qarabağda OTUZİKİ adı ilə məşhur olan tayfa birliklərinin irsi HAKİMləri olublar. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. Dünya şöhrətli Böyük alim, Ağdamın fəxri ,Xudu Məmmədov 28 yaşında keçmiş SSRİ məkanında ilk dəfə “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə uğurla namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdı. Ağdam inzibati ərazi bölgüsünə görə 1822-ci ildə (Qarabağ xanlığı ləğv olunandan soora) Şuşa mahalına daxil olur və məlumata görə Ağdamda 55 ağ damlı ev olubdur. . SSRİ İncəsənət Akademiyasının həqiqi üzvü Fuad Əbdülrəhmanovun xatirəsindən: 1930-cü ildə Azərbaycanda Nizami Gəncəvinin adının əbədilləşdirilməsi və yubliyenin qeyd edilməsi ilə bağlı Moskvadan tapşırıq gəlir. Nizami Gəncəvinin əsərləri və sairə üzrə onun üz cizgilərinin tərtib edilərək Moskvaya təcili onun rəsmini çatdırmağı tapşırıq verirlər. Bizim bir necə rəssam və heykəltaraşın işin yuxarıda bəyənmirlər. Nəhayət mən Üzeyr Hacıbəyovun yanına getdim. Ondan kömək istədim. Biz birgə rayonlara gedib Nizami Gəncəvinin prototipin axtarmalı olduq. Nəhayət Ağdam rayonuna çatanda biz Axund Mehdi Məşədi İsgəndər bəy oğlu Həsənzadəni gördük. Biz ikimiz də bu “O”dur deyib Axunda yaxınlaşdıq. Onun üz cüzgiləri və görünüşün köçürüb Moskvaya göndərdik. Moskva bizə razılıq verdi və biz dünyaya dahi Nizamini (Axund Mehdi Məşədi İsgəndər bəy oğlu Həsənzadəni) rəsmin təqdim edə bildik. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşaatı 15 iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da “Xaçın + türbə(t) + li” müəyyənləşdirmişdir. Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, onikiüzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir. Korpus və kürsülük yaxşı yonulmuş sarımtıl əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü planı olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə gözləri qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə şimal gözü türbənin baş giriş qapısıdır. Türbənin korpusundakı bütün taxçaların, qapı və pəncərələrin üst sivri hissələri incə stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun tinlərində daş memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və stalaktitlərdən başqa
dekorativsimvolik mənaları olan müxtəlif heyvan (öküz, aslan, maral, dovşan və s.) təsvirləri ilə bəzədilmişdir. Təbii daş fonda daha canlı görünməsi üçün bu təsvirlər tünd qırmızı boya ilə örtülmüşdür. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki yerləşmə planda xaçvari formadadır. Ciddi və sadə görünüşlü sərdabədən fərqli olaraq türbənin üst kamerasının interyeri son dərəcə təntənəli tərtib edilmişdir. İç örtüyün kvadrat formalı mərkəzi hissəsi və ona şimal və cənubdan birləşən tağbəndlər mürəkkəb quruluşlu incə stalaktitlərlə işlənmişdir. Giriş qapısı ilə üz-üzə olan cənub divar zəngin bəzədilmiş mehrab şəklində həll edilmişdir. Fasad elementlərində olduğu kimi mehrab kompozisiyasının da bir sıra bəzək elementləri tünd qırmızı rəngdə boyanmışdır. Türbə interyerinin bədii və konstruktiv həllinin yüksək olması sifarişçinin nüfuzu və imkanları ilə yanaşı memar ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslüblu memarlıq əsəri olub dövrün ideya-bədii təmayüllərini layiqincə əks etdirir. Ağdamda qeyri-adi bir muzey var idi – Çörək muzeyi. Burada unikal eksponantlar – çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdır. Eksponantlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs edən müxtəlif materiallar vardır.

 Zaur Əliyev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent




Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top