BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

14 Temmuz 2016 Perşembe

ŞAHİD RZAYEV “DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI İLƏ TƏLTİF EDİLDİ

Posted at  7/14/2016  |  in  Ümumi hadisələr

        23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin “Dövlət Qulluğu Günü” elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan olunması qərara alınmışdır. Azərbaycan Prezidentinin Sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı verilib.
Xocalı rayon ziyalıları da ölkə başçısının Sərəncamına əsasən, hər il müxtəlif medal və fəxri adlarla təltif edilir. Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 14 ildir ki, dövlət qulluğunda qüsursuz xidmət edən Xocalı rayon İ.H.B-nın Kosalar kənd İ.Ə.D-si üzrə nümayəndəsi Rzayev Şahid Şahmar oğlu Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Səmimi, məsuliyyətli, mehriban, işgüzar bir insan olan Şahid müəllimi ürəkdən təbrik edir, işlərində daim müvəffəqiyyətlər arzulayırıq və bundan sonrakı fəaliyyətində də böyük etimadı doğruldacağına əminik.
        23 İyun Dövlət Qulluqçularının peşə bayramı münasibətilə Xocalı rayon İcra Hakimiyyətində və rayonun digər qurumlarında çalışan dövlət qulluqçularını təbrik edirik.

“XOCALININ SƏSİ”

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top