BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

6 Temmuz 2016 Çarşamba

XOCALILAR TEZLİKLƏ “BÖYÜK QAYIDIŞ” LAYİHƏSİNİN DƏ HƏYATA KEÇƏCƏYİNƏ ƏMİNDİRLƏR

Posted at  7/06/2016  |  in  Ümumi hadisələr

        Bərəkətli torpaqlara, dünyadakı 11 iqlimdən 9-na sahib olan, faydalı qazıntılarla zəngin odlar yurdu Azərbaycana düşmənlər hər zaman həsəd aparmışdır. Bunun nəticəsi olaraq torpaqlarımızda sonradan məskunlaşan bədnam qonşumuz ermənilər azərbaycanlılara qarşı cinayətlər törətmiş, rusların köməkliyi ilə soydaşlarımızı öz dədə-baba torpaqlarımızdan sıxışdırıb çıxartmağa çalışmışlar.
        Azərbaycanlıların, ümumiyyətlə müsəlmanların  Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası nəticəsində ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq, qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. 1988-1992-ci illər isə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalaraq Azərbaycana pənah gətirib. Eyni zamanda 1990-cı ildə 50 minə yaxın Axısxa türkü Azərbaycanda özlərinə sığınacaq tapıbdır.
        Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub. İşğal nəticəsində 126 yaşayş məntəqəsi zorla boşaldılıb. 1 milyon 200 min qaçqın və məcburi köçkün respublikanın 62 şəhər və rayonunda məskunlaşıb.
        Məcburi köçkünlər fin tipli qəsəbələrdə, şəhər və rayonlardakı məktəblərdə, Müdafiə Nazirli-yinin hərbi hissələrinə məxsus binalarda, yol kənarlarında, yeraltı qazmalarda, təmir edilməsi müm-kün olmayan və qəza vəziyyətində olan ictimai binalarda, yataq-xanalarda özlərinə sığınacaq tapdılar.
        Hazırda dünyada qaçqınların və məcburi köçkünlərin sayı 43 milyondan artıqdır. BMT ekspert-lərinin hesablamalarına görə, dünyada hər 35 nəfərdən biri miqrantdır. Başda Suriya, İraq, Liviya və Yəmən olmaqla Yaxın Şərq ölkələrində müharibə və zorakılıqların davam etməsi bu bölgədən Avropaya miqrant axını davam etməkdədir. "Humanist" Avropa ölkələri miqrantların gəlməsinə qarşı etiraz edir, miqrantları təhqir edirlər.
        Belə şəraitdə ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemləri daim diqqətdə saxlanılır. Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük işlər görür. Hər il binalar, fərdi evlər tikilir. Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 2,5 milyard manat büdcə vəsaiti sərf edilib.
        Qədim Xocalı şəhərini erməni quldurları bir gecədə yerlə yeksan etdi. 613 şəhid verən Xocalı şəhəri tamamilə yandırıldı. Köməksiz qalan dinc sakinlər canlarını qurtarmaq məqsədilə soyuq qış gecəsində pərən-pərən düşdülər. Dünyanın gözü qarşısında baş verən bu soyqırımın cinayətkarları hələ də cəzasını almamışdır. Bu gün xocalıları yaşadan, onların vüqarını saxlayan ümummilli liderimiz Heydər Əliyevin ideyalarını davam etdirən ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğısıdır.
        Prezident İlham  Əliyevin sərəncamları ilə təsdiq edilmiş qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramlarının icrası uğurla davam etdirilir. Xocalı sakinləri də yeni yaşayış binalarına köçürülmüşdür. Dövlət Proqramına əsasən Xocalı sakinləri üçün 6 qəsəbə salınmışdır.

        2002-ci il 13 sentyabr tarixdə ulu öndər Heydər Əliyev Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı sakinləri üçün salınmış 650 evdən ibarət qəsəbənin açılışında iştirak edib. Qəsəbədə Xocalı şəhər 4 saylı tam orta məktəb, 3 saylı Musiqi məktəbi, Xocalı şəhər Nümayəndəliyi,  poçt binası, Yanğından Mühafizə idarəsi, Xocalı rayon İcra Hakimiyyətinin və digər  qurumlarının binaları da bu qəsəbədə yerləşir. 150 yerlik Yuxarı Ağcakənd qəsəbəsi 2003-cü ildə istifadəyə verilib. Yuxarı Ağcakənddə Xocalı şəhər 5 saylı tam orta məktəb, 3 saylı klub, Həsənabad Feldşer Mama məntəqəsi fəaliyyət göstərir. Goranboy rayon Börü qəsəbəsinin tikilişi 2008-ci ildə başa çatıb. 130 evlik qəsəbədə 96 yerlik Cəmilli kənd tam orta məktəbi, Cəmilli İ.Ə.D.Ü Nümayəndəliyi, Cəmilli kənd Həkim Ambulatoriyası, MKS-nin Cəmilli kənd filialı fəaliyyət göstərir. Meşəli qəsəbəsi 2009-cu ildə istifadəyə verilmişdir. Qəsəbə 100 evlikdir. Qəsəbədə Meşəli kənd İ.Ə.D.Ü Nümayəndəliyi, 96 yerlik Meşəli kənd tam orta məktəbi fəaliyyət göstərir. Goranboy rayonu ərazisində 2011-2012-ci illərdə 688 yerlik məcburi köçkün ailəsi üçün salınmış 12 beşmərtəbəli yaşayış binası ölkə başçısının xocalılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Qəsəbədə Xocalı şəhər 1 saylı tam orta məktəb, 1 saylı Musiqi məktəbi, 1 saylı klub, Qaladərəsi Feldşer Mama məntəqəsi fəaliyyət göstərir. Gəncə şəhərinin Kəpəz rayonu ərazisində salınmış, noyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş 600 ailəlik qəsəbə bütün şəraitlə təmin edilmişdir.  60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev,  müasir tələblərə tam cavab verən 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası və digər zəruri sosial-texniki infrastruktur yaradılıb.
        Hər bir Xocalı sakininin qəlbində ulu öndərimiz Heydər Əliyevin ruhuna dərin məhəbbət və hörmət hissi var. Xocalı sakinləri bu gün ölkə başçısı cənab İlham Əliyevi inamla dəstəkləyir. İnanırıq ki, tezliklə Qarabağı erməni işğalçılarından azad edəcəyik və doğma el-obamıza qayıda-cağıq. O zaman “Böyük qayıdış” layihəsi də uğurla həyata keçəcəkdir.
  Qalib BƏYMƏMMƏDOĞLU








Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top