BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

29 Temmuz 2016 Cuma

YENİ YARANMIŞ XOCALI RAYON KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN QARŞISINDA DURAN VƏZİFƏLƏR VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Posted at  7/29/2016  |  in  Ümumi hadisələr

        2015-ci  ilin “Kənd  təsərrüfatı ili” elan edilməsi, bu  çərçivədə fermerlərə satılan  gübrəyə,

yanacaq və motor  yağlarına görə subsidiyaların  artırılması, “Aqrolizinq” xətti  ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına  mühüm töhfəsini verir.
        Rayonda aqrar siyasətin həyata keçirilməsini təmin etmək  məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il aprel tarixli 152 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon Kənd Təsərrüfatı İdarələri yaradılmışdır.
        Xocalı rayon Kənd Təsərrüfatı İdarəsi 2016-ci ilin aprel ayından 8 ştat vahidi ilə fəaiyyətə başlamışdır. Təşkilatı işlər demək olar ki, tamamilə yekunlaşmışdır. İdarənin qarşısında duran vəzifələrin icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməkdədir. Yeni yaranmış idarənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
        - bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafının təmin edilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak edir, yeni texnika və texnologiyaların, innovativ inkişaf üsullarının tətbiq edilməsi barədə Nazirliyə təkliflər verir;
        - kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin yaradılması  və yenidən qurulması barədə təkliflər verir, onların fəaliyyətinin dəstəklənməsi üzrə səlahiyyətləri çərçivəsində tədbirlər görür;
        - yerli icra və özünüidarəetmə orqanları ilə birlikdə rayon (şəhər) ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlardan, o cümlədən yay və qış otlaq sahələrindən səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak edir, torpaqların münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlər görür və bu sahədə Nazirliyə təkliflər verir;
        - rayon (şəhərdə) kənd təsərrüfatı dövlət dəstəyi tədbirlərini təşkil edir, kənd təsərrüfatı məhsullarına subsidiyaların verilməsi, onların mineral gübrələrə, kənd təsərrüfatı texnikalarına, habelə qüvvəli və şirəli yemlərə olan ehtiyacların ödənilməsi və bu sahədə qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə edə bilməsi üçün Nazirliyin digər qurumları ilə birlikdə tədbirlər həyata keçirir;
        - rayonda (şəhərdə) aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əmakdaşlıq qurur;
        - aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya - məsləhət və digər xidmətlə-rin göstərilməsinə köməklik edir;
        - Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Kənd Təsərrüfatı İdarəsinin bu Əsasnamə ilə müəyyən edilmiş istiqamətlərinə uyğun  olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
        - kənd təsərrüfatına yararlı torpaqlardan yüksək məhsul əldə olunması və həmin torpaqların mühafizəsinin təmin edilməsi məqsədilə mütərəqqi torpaq becərmə işlərinin aparılması, texnika və texnologiyaların tətbiqi ilə bağlı tədbirlərdə, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin identifikasiyası əməliyyatlarının aparılmasında iştirak etmək;
        - rayon (şəhər) üzrə kənd təsərrüfatı ilə bağlı məlumat bazası yaratmaq, o cümlədən müvafiq informasiya sistemi və proqram təminatları texnologiyalarından istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaqların keyfiyyət və kəmiyyət göstəriciləri, uqodiyası, torpaq və bitki örtüyü və digər kateqoriyadan olan  torpaqlar haqqında coğrafi məlumatlar, kənd təsərrüfatı məhsullarının istehsal və satış qiymətləri haqqında məlumat bazası yaratmaq, məlumatların yenilənməsi, müvafiq təhlillərin aparılması və hesabatların hazırlanması üçün tədbirlər görmək;
        - kənd  yerlərində infastrukturun inkişafı və sosial problemlərlə məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
        - əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatların aparılmasına, su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında iştirak etmək:
        - rayonda ailə kəndli təsərrüfatlarının və aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını dəstəkləmək:
        - aqrar sahədə rayon əhalisinin məlumatlandırılması üçün idarənin elektron informasiya ehtiyyatının yaradılmasını və onun daima yenilənməsini təmin etmək:
        - fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
        Hal - hazırda rayonumuzun balansında 4125 hektar daimi təhkim olunmuş I - II otrub torpaq sahəsi vardır. Həmin torpaq sahələrindən 3000,0 hektarı taxılçılığın inkişafı üçün fiziki və hüquqi şəxslərə uzunmüddətli icarəyə verilmişdir. 2015-ci ildə rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 2444 hektar taxıl sahəsi əkilmişdirsə, 2016-ci ilin məhsulu üçün 2258 hektar taxıl sahəsi əkilmiş, məhsuldarlıq 22 sentner olaraq 5144,5 ton məhsul toplanmışdır. 2015-ci ilin yazlıq bitkiləri üçün  167 hektar kartof sahəsi, 65 hektar tərəvəz sahəsi əkilmişdirsə, 2016-ci il üçün 149 hektar kartof, 52 hektar tərəvəz əkilmişdir.
        2016-ci ilin birinci yarımilində iri buynuzlu mal-qaranın baş sayı 3443 baş, xırda buynuzlu 18928 baş, bütün növlərdən olan quşların sayı 9648 baş, arı ailəsinin sayı isə 2908 baş olmuşdur.
2016-ci ilin birinci yarımilində ət istehsalı 130 ton, süd istehsalı 2100 ton, yun istehsalı 20 ton, yumurta istehsalı 36 min ədəd olmuşdur.
        Rayonun kənd təsərrüfatı sahəsinin Dövlət Proqramına uyğun inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
      Habil RZAQULİYEV,  
Xocalı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top