BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

25 Şubat 2017 Cumartesi

Özümə təskinlik verirəm ki, yaxşı ki, anam ermənilərə əsir düşməyib

Posted at  2/25/2017  |  in  Dağlıq Qarabağ münaqişəsi

        Hər səhər mənim üçün bir ümidlə açılırdı. Artıq atamın yoxluğunu qəbul etmişdim. Onu Şəhidlər Xiyabanında dəfn etmişdik. Atamın şərəfli və sadə məzarı var. Ancaq anamın bir gün gələcəyini səbirsizliklə gözləyirdim. Artıq özüm ailə həyatı qurmuşdum. Ancaq ana olsam da, körpə uşaq kimi nəfəsinə həsrət qaldığım anamın gəlişinin xəyallarını qururdum. Ona necə sarılacağımı, saçlarını oxşamağımı xəyalımda canlandırırdım. Amma bir gün bir anda qurduğum bütün xəyallarım ümidlərim əlimdən quş kimi uçub getdi.

         Mən Xocalı şəhər 2 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyirəm. Səhər işə tələsirdim, saat 9-un yarısı olardı. Məktəb yolunda şəhid əmim Bakirin həyat yoldaşı Nəzakət bibimlə qarşılaşdım. O mənə dedi ki, bilirsənmi ananı ermənilər kənddə babangilin həyətində güllə ilə vurub öldürüblər. Mən bir anlıq dənizə tərəf baxdım. Mənə elə gəldi ki, dənizin üstün qara buludlar aldı. Bu səbəbdən dənizi heç sevmirəm. Sanki yerlə, səma mənim üçün birləşdi. Mən də onların ikisinin arasında qalıb çırpınırdım, boğulurdum. Dilim tutuldu bir anlıq danışa bilmədim, qulaqlarım belə eşitmirdi. Yolu necə getdiyimi də xatırlamıram. Müəllimlər otağına daxil olanda bir bunu deyə bildim. Allah sənə şükür ki, anam qaniçən ermənilərə əsir düşməyib. Amma təsəvvür edin ki, bilmirdim bu xəbərə sevinəm, yoxsa ağlayam. Sonra rus jurnalistinin 16 ildən sonra bizə gəlib çatan şəkilin gördükdə hər səylə anamın yoxluğu ilə barışmalı oldum. Əslində o şəkil 1992-ci il fevralın 29 çəkilmişdi. Amma biz 16 ildən sonra internetdə gördük. Bu şəkli ermənilər rus jurnalistinə məcburən çəkdiriblər. Guya bu ermənilərin faciəsidi. Bütün şəkillər o adla çəkilib, həmçinin anamın da şəkli. O qızlara, gəlinlərə həsəd aparıram ki, anaları rəhmətə gedəndə kəfənləyib, göz yaşı töküb, halallıq verib dəfn edirlər. Görün mən nəyə həsəd aparıram...Kaş atam kimi anamın da məzarı olaydı. Necə ki, atamın soyuq daşına başımı qoyub dərdləşdiyim kimi anamla da dərdləşərdim. Arzum budur ki, torpağımız alınsın gedim anamın şəhid olduğu yerdə dizin-dizin sürünüm, qoxusunu oradan alım. Bəlkə onda rahat olaram. Bəlkə onda anamın ruhu şad olar.
        Tez-tez yuxuma gəlir. Amma görüşə bilmirəm, şəhid olduğu yerdə görürəm. Yuxuda da öz-özümə deyirəm ki, bu yuxudu. Heç ayılmaq istəmirəm yuxudan heç....
Yasəmən TOFİQQIZI,
Milli Qəhrəman Tofiq Hüseynovun övladı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top