Hörmətli İcra Başçısı! Hörmətli qonaqlar, hörmətli həmkarlar!
Azərbaycanda dövlət müstəqilliyinin bərpa
olunmasından keçən 25 il
ərzində bütün sahələrdə olduğu
kimi təhsil sahəsində də nəzərəçarpan irəliləyişlərə, inkişafa təhsili ən gərəkli sahə
hesab edən ümummilli
liderimiz Heydər Əliyevin
apardığı və bu gün də
möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
tərəfindən davam etdirilən
uğurlu siyasət nəticəsində
nail olunmuşdur.”Neft kapitalını
insan kapitalına çevirməliyik” vəzifəsini
qarşıya qoyan İlham Əliyev
cənablarının bütün sahələrdə olduğu
kimi təhsil sahəsində apardığı uğurlu siyasət nəticəsində
Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmişdir. Gələcəkdə
Azərbaycanın təhsil sahəsində görüləcək işləri özündə planlı
şəkildə əks etdirən “Azərbaycan Təhsilinin
İnkişafı Strategiyası”nın Ölkə Başçımız tərəfindən təsdiq
olunması və mərhələ ilə həyata keçirilməsi onun Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı
göstərməsinin bariz təzahürüdür. 2003-cü illə
müqayisədə 2016-cı ildə ölkəmizin dövlət
büdcəsi 15 dəfə , minimum əmək haqqı
19 dəfə, dövlət büdcəsinin tərkibində
təhsilə ayrılan ümumi
xərclər 11 dəfə, təhsilin maliyyələşdirilməsi və investisiya qoyuluşu
49 dəfə, təhsil işçilərinin orta
aylıq əmək haqqı 9 dəfə
artmışdır. 2003-cü ildən sonra
təhsil sahəsində həyata keçirilən
inkişaf yönümlü dövlət proqram və layihələrin sayı
28-dir. 2003-2016-cı illərdə ölkə
üzrə 3000-ə yaxın yeni
məktəb və əlavə korpuslar
tikilmişdir.
Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, istilik
sistemi yenidən qurulmuş, təhsil sisteminin
informasiyalaşdırılması proqramı respublikanın
bütün təhsil müəssisələrində uğurla
başa çatdırılmışdır.
Respublikanın ümumtəhsil məktəbləri
üzrə hər iyirmi
şagirdə bir kompüter düşür.
Bizim təhsil müəssisələrimizdə hal-hazırda
120 kompüter vardır. Bu
kompüterlərdən 12-i Təhsil
Nazirliyi tərəfindən Xocalı
şəhər 2 saylı tam orta məktəbə
verilmişdir. Hal-hazırda rayonumuzda hər
12 nəfər şagirdə 1 kompüter düşür. 2003-cü ildən
etibarən respublika üzrə I-XI sinif şagirdlərinin
pulsuz dərsliklərlə təminatı
100% olmuşdur. 2005-ci ildən
indiyə qədər respublika
məktəblərinin kadrlarla təminatı proqramı
uğurla icra olunmuşdur. Bu illər ərzində
15000 nəfərə yaxın gənc kadr
həvəsləndirmə tədbirləri,
əlavə güzəştlər tətbiq
olunmaqla kadr ehtiyacı
olan məktəblərdə əmək fəliyyətinə
başlamışlar. Bu illər ərzində Xocalı
rayonu üzrə bu
kateqoriyadan olan 30 nəfər müəllim rayonumuzun təhsil
müəssisələrində əmək fəaliyyətinə
başlamışdır. 2004 – 2016-cı
illərdə 600-dən çox
bal toplayan abituriyentlərin dinamikası
artımla inkişaf etmişdir.
Son altı il ərzində Xocalı rayonu
üzrə ali məktəblərə qəbul
olanlardan 7 nəfəri qəbul imtahanlarında 600-dən
yuxarı bal toplamışdır, onlardan 4 nəfəri
Prezident təqaüdçüləri olmuşdur.
Sevindirici haldır ki, bu ilki məzunlarımızdan 5 nəfəri ali
məktəblərə 500-dən yuxarı, 2 nəfəri 600-dən yuxarı bal toplayaraq qəbul olmuşlar.
Bütün bu göstərilən uğurlara,
Azərbaycanın inkişaf etmiş ölkələr
cərgəsinə qoşulmasına Ölkə
Başçımız İlham Əliyev cənablarının apardığı uğurlu və məqsədyönlü siyasət
nəticəsində nail olunmuşdur. Elə bu siyasətin nəticəsidir
ki, 2015-ci ildə Azərbaycan dünyada
analoqu olmayan bir möhtəşəmliklə təşkil etdiyi birinci Avropa
oyunlarına və 2016-cı ildə keçirilən Formula-1 yarışlarına ev sahibliyi
etdi. Bu, Azərbaycanın
gündən-günə artan nüfuzunun
göstəricisidir.
Məcburi köçkünlük şəraitində
fəaliyyətinə baxmayaraq respublika
təhsilində əldə olunmuş
uğurlar Xocalı təhsilinə
də sirayət etmişdir.
Məlumat üçün bildiririk
ki, 2015-2016-cı tədris
ilinin əvvəlindən etibarən Xocalı RTŞ
tabeliyində 12 tam orta və 1 UYM
Xocalı rayon əhalisinin daha
çox kompakt şəkildə
məskunlaşdığı 5 bölgədə (Bakı ş, Gəncə ş, Şəki ş,
Oğuz rayonu, Goranboy rayonu)
fəaliyyət göstərir. Bu təhsil
müəssisələrindən doqquzu (Xocalı
şəhər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Meşəli, Cəmilli, Kosalar,
Başkənd, Yaloba kənd tam orta məktəbləri )
“Qaçqın və Məcburi
Köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və
məşğulluğunun artırılması” Dövlət Proqramlarına
uyğun olaraq inşa
olunmuş yeni müasir
tipli məktəb binalarında
fəaliyyət göstərirlər.
2015-2016-cı tədris
ilinin əvvəlində rayonumuzun
ümumtəhsil məktəblərində 144 sinif
komplektində 1392 nəfər
(onlardan 8 nəfəri evdə fərdi
təhsilə cəlb olunmuşlar) şagirdin təlim-tərbiyəsi ilə
291 nəfər müəllim məşğul
olmuşdur. Rayonun Goranboy
rayonu ərazisində fəaliyyət
göstərən məktəblərində təhsil
alan şagird sayının çoxluğu və zəruri ehtiyac nəzərə alınaraq UYM 2015-ci ilin
sentyabrından Hacıkənd qəsəbəsindən
Goranboy rayonuna köçürülmüşdür. Xocalı
rayon UYM-də 10 qrupa
150 nəfər şagird
cəlb olunmuşdur.
Rayonda fəaliyyət göstərən
3 məktəbəqədər təhsil müəssisəsində
həyata keçirilən pedaqoji proses
RTŞ-nin diqqət mərkəzində
saxlanılır, bağça işçilərinə lazımi metodik tövsiyələr verilir. İndiyə qədər I sinfə
qəbul olunan uşaqların
təxminən 25 % -i məktəbəqədər tərbiyə
müəssisəsində təlim keçmişlər. “Uşaqların məktəbəhazırlığının təşkili
məsələləri haqqında”
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 11 iyul 2016-cı il
tarixli 271saylı qərarına
əsasən yeni tədris
ilindən rayonda olan 5
yaşlı uşaqlar məktəblərdə təşkil
olunan məktəbəhazırlıq qruplarına
cəlb olunacaqlar. 2016/2017-ci tədris
ilində rayonun 5 ümumtəhsil məktəbində təşkil olunan bu qruplara rayon
üzrə olan 5 yaşlı
uşaqların 55%-i cəlb olunmuşdur.
Təhsil Nazirliyinin müvafiq
məktubu əsasında həmin qruplarda
işləyəcək müəllimlərin adlı
siyahısı Təhsil Nazirliyinə
təqdim olunmuş, eyni
zamanda Xocalı şəhər
4 saylı tam
orta məktəbdə həmin
müəllimlər üçün hazırlıq
təlimləri təşkil olunmuşdur. Növbəti tədris
illərində Nazirlər Kabinetinin
təsdiq etdiyi kvotaya
uyğun olaraq 5 yaşlıların təhsilə cəlb
olunma faizi artırılacaqdır.
Azərbaycanda çoxdan müzakirəsi
aparılan 12 illik təhsilə
keçid “Azərbaycan Respublikasında Təhsilin
inkişafı üzrə Dövlət
strategiyası”nda strateji
hədəf kimi müəyyən
olunub.
2015-2016-cı dərs ilinin
sonunda respublikanın, eləcə
də rayonumuzun ümumtəhsil
məktəblərinin IX siniflərində 2
fənn üzrə-ana dili və riyaziyyat fənlərindən,
XI siniflərində isə 3 fənn üzrə-ana dili , riyaziyyat, xarici dili
fənnlərindən mərkəzləşdirilmiş qaydada
cavab kartı tətbiq
edilməklə TQDK tərəfindən keçirilmiş
buraxılış imtahanlarına hazırlıq
məqsədilə buraxılış imtahanları modelinə
uyğun suallar əsasında
sınaq imtahanlarının keçirilməsi
bir vəzifə olaraq
RTŞ əməkdaşlarına və
məktəb direktorlarına tapşırılmışdır. 2015-2016-cı
tədris ili ərzində
RTŞ əməkdaşları, məktəb
rəhbərliyi və fənn müəllimləri
tərəfindən mütəmadi olaraq Xocalı
rayon ümumtəhsil məktəblərinin
IX və XI siniflərində
buraxılış imtahanı modelinə
uyğun suallar əsasında
sınaq yoxlamaları keçirilmiş, sınaq yoxlamalarının nəticələri
məktəb direktorları və
fənn müəllimləri ilə
birgə müzakirə olunmuş, çatışmazlıqların aradan qaldırılması istiqamətində
müvafiq tapşırıqlar verilmişdir.
2015-2016-cı dərs ilinin
sonunda IX siniflər
üzrə 100 nəfər
buraxılış imtahanlarına buraxılmış və hamısı
buraxılış imtahanlarında iştirak
etmişdir. Rayonun təhsil müəssisələrinin
IX sinifləri üzrə mənimsəmə faizi
bu il 74%-dir. Bu rəqəm 2015-ci
ildə 66% olmuşdur.
Buraxılış
imtahanlarının qiymətləndirmə qaydalarına
edilmiş dəyişikliyə uyğun
olaraq rayonun ümumtəhsil
məktəblərinin IX siniflərini
bitirən şagirdlərin hamısının
illik qiymətlər əsasında yekun qiyməti
müvəffəq olmuşdur. Bu
şagirdlərə 95 ədəd
adi nümunəli, 5 ədəd fərqlənmə şəhadətnaməsi
paylanmışdır.
2015-2016-cı
tədris ilinin sonunda XI
siniflər üzrə 113 nəfər buraxılış imtahanlarına buraxılmış və hamısı buraxılış imtahanlarında
iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin XI sinifləri üzrə mənimsəmə
faizi 61 %-dir. Bu rəqəm 2015-cı ildə 55 % olmuşdur.
Rayonun ümumtəhsil
məktəblərinin XI siniflərini
bitirən şagirdlərin illik
qiymətləri əsasında onların hamısının
yekun qiyməti müvəffəq olmuşdur. Bu şagirdlərə
113 ədəd adi nümunəli attestat paylanmışdır.
Məktəblərimizi
bu il bitirən 113
nəfər məzundan 83
nəfəri ali və orta ixtisas məktəblərinə
sənəd vermiş, onlardan 33 nəfəri
ali məktəblərə, 7 nəfəri isə orta
ixtisas məktəblərinə qəbul
olmuş, qəbulun səviyyəsi şagirdlərin sayına
görə 30% -dir, sənəd
verənlərin sayına görə
40%-dir. 2015-ci ildə
rayonun tam orta
məktəblərini bitirən 119 məzundan 91 nəfəri ali
məktəblərə sənəd vermiş, onlardan 34 nəfər
respubllikanın ali məktəblərinə, 7 nəfər orta
ixtisas məktəblərinə qəbul olmuş, qəbulun səviyyəsi şagirdlərin sayına görə 27%,
sənəd verənlərin sayına görə 37% olmuşdur.
2016-cı
il məzunlarından 5 nəfəri ali məktəblərə qəbul
imtahanlarında 500-dən yuxarı, 2
nəfəri isə 600-dən yuxarı bal
toplamışdır. Qəbul imtahanlarında Xocalı şəhər 3 saylı tam orta məktəb
üzrə 1 nəfər 500-dən yuxarı,
Xocalı şəhər 4 saylı tam orta məktəb
üzrə 3 nəfər 500-dən yuxarı, Kosalar kənd tam orta
məktəb üzrə 2 nəfər 600-dən yuxarı, Meşəli kənd tam orta məktəb üzrə 1 nəfər 500-dən
yuxarı bal toplamışdır.
Yerli yaşayış məntəqələrindən
uzaqda yerləşən ərazilərdə məskunlaşmış az sayda olan Xocalı köçkün ailələrinin
məktəbyaşlı uşaqlarının, eləcə də zəruri ehtiyacın çox olduğu yerlərdə
məktəbyaşlı uşaqların təhsilə cəlbi üçün Xocalı rayon İcra Hakimiyyəti
Başçısının köməkliyi ilə müvafiq təhsil
şəraiti yaradılmışdır. Şəki rayonu “ Muradbulağı” yaşayış məntəqəsində Qaragav kənd tam orta məktəbin filialının
fəaliyyəti nəticəsində bu ərazilərdə olan uşaqlar təhsilə cəlb olunmuşlar.
Bütün dərs ilində
məktəblərimiz bina şəraiti və
tədris üçün lazım olan
ilkin avadanlıqlarla (parta, yazı
taxtası, müəllim stolu və stulları, kitab rəfləri, dərsliklər və s.) əsasən
təmin olunmuşlar. Məktəblərimizdə olan dərslik
fondunun və 2015-ci ildə Təhsil Nazirliyindən
alınan 64 adda 4429 ədəd
dərsliyin hesabına I –XI
sinif şagirdlərimizin pulsuz
dərsliklərlə təminatı 100% olmuşdur.
Ötən dərs ilində I-VIII
siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz təlim kurslarında iştirak
etmişlər. I-VIII siniflərdə dərslər
yeni tərtib olunmuş fənn kurikulumları əsasında
tədris olunmuşdur. Təhsil sahəsində yeni
fənn kurikulumlarının
tətbiqi təhsilin məzmununda
köklü dəyişikliklər yaratmaqdadır. Yeni tədris ilində
respublikanın təhsil
müəssisələrində olduğu kimi rayonumuzun
təhsil müəssisələrində də I-IX siniflər üzrə dərslər yeni
fənn kurikulumları əsasında tədris
olunacaqdır. Uzun illər məktəblərimizdə bədii ədəbiyyata olan
ehtiyac 2005-2008-ci illərdə
Ölkə Başçısı İlham Əliyev
cənablarının tapşırığı nəticəsində
tam ödənilmişdir. Ölkə Başçısının
bu addımı müəllimlər, şagirdlər və rayon
ictimaiyyəti tərəfindən böyük razılıq və
rəğbət hissi ilə qarşılanmışdır. Lakin məktəblərimizdə kifayət qədər bədii
ədəbiyyat olduğu halda məktəblərimizin bəzilərində
kitabxana işinin təşkili heç
də yaxşı
vəziyyətdə deyil. Yeni tədris
ilində məktəb kitabxanalarında dərsliklərin qorunması və oxu işinin təşkili diqqət mərkəzində saxlanılmalıdır.
2016-2017-ci dərs ilində Təhsil
Nazirinin əmrinə uyğun
olaraq Xocalı şəhər 1 saylı, 4 saylı , Yaloba , Meşəli,
Kosalar və Başkənd kənd tam orta
məktəblərin II ,III, IV siniflərində pilot
olaraq şahmat fənni
tədris olunacaqdır.
Yerli büdcə vəsaiti
hesabına tələbata uyğun olaraq
lazımi inventar, avadanlıqlar,
odun yanacağı, elektrik sobaları və s. alınaraq
məktəblərə çatdırılmış, 2015-ci
ilin yay dövründə Xocalı rayon təhsil
müəssisələri binalarının hamısında cari
təmir işləri görülmüşdür.
Dərs ili ərzində rayonun ümumtəhsil məktəblərinin
şagirdləri bir sıra
bilik və idman yarışlarında iştirak
etmişlər. İdman yarışlarında iştirakda Xocalı rayon Gənclər və
İdman İdarəsinin gördüyü
işlər xüsusilə təqdirə
layiqdir. Kosalar, Başkənd, Yaloba kənd
tam orta məktəblərdən
seçilmiş komanda “Şahin” hərbi idman oyunlarının zona
mərhələsində , Xocalı şəhər 4 saylı
tam orta məktəbin komandası “Cəsurlar” yarışının zona mərhələsində fəal iştirak etmişlər.
21 sentyabr
Beynəlxalq sülh günü münasibətilə
rayonun təhsil müəssisələri şagirdləri
arasında “Biz sülh
istəyirik” devizi altında asfalt
üzərində rəsm yarışı
keçirilmişdir. 21 sentyabr
“Beynəlxalq Sülh Günü” münasibətilə “Sülh” aylığı
çərçivəsində Xocalı
rayonunun prokuroru və prokurorluğun əməkdaşları
dəfələrlə müəllim və şagirdlər
qarşısında maarifləndirici məruzələr etmişlər.14 iyun 2016-cı il tarixdə “İnsan hüquqları aylığı” çərçivəsində Goranboy
rayonu Aşağı Ağcakənd qəsəbəsində 5 məktəbin
şagirdləri arasında kross yarışı
keçirilmişdir. Xocalı rayon Polis
şöbəsinin rəisi və əməkdaşları
2015/2016-cı tədris ilində
bir neçə dəfə məktəblilər
qarşısında insan hüquq və
azadlıqlarının qorunması mövzusunda məruzələr
etmişlər.
Rayonun
təhsil müəssisələrinin hamısında 18 oktyabr Dövlət Müstəqilliyi
günü münasibətilə “Müstəqəlliyimiz əbədidir, dönməzdir”
adı altında dəyirmi
masalar keçirilmişdir. Dövlət Müstəqilliyi gününə
həsr olunmuş rayon
səviyyəli tədbirdə Xocalı şəhər 4 saylı tam orta məktəbin
şagirdləri hazırladıqları ədəbi-bədii
kompozisiya ilə çıxış
etmişlər. 09 noyabr Bayraq
Günü münasibətilə rayonun Xocalı
şəhər 4 saylı, 5 saylı, Meşəli,
Cəmilli kənd tam orta məktəbi şagirdlərinin
iştirakı ilə Goranboy
rayonu Aşağı Ağcakənd qəsəbəsinin
girişindəki Bayraq
Meydanında izdihamlı tədbir
keçirilmiş, sonra qəsəbənin mərkəzinə
qədər yürüş təşkil olunmuşdur. Bakı şəhəri
Sabunçu rayonu Pirşağı
qəsəbəsində yerləşən Xocalı
şəhər 2 saylı tam orta
məktəbin bir qrup şagirdinin
Dənizkənarı Parkdakı Əzəmətli
Bayraq Meydanına ziyarətləri
təşkil olunmuşdur.
12 noyabr
Konstitusiya Günü münasibətilə
rayonun təhsil müəssisələrinin
hamısında geniş tədbirlər
keçirilmiş, konstitusiyamızın
müddəalarının Ulu Öndər
H.Əliyevin şah əsəri olması, onun ölkəmizin
idarə olunmasında müstəsna
rolu vurğulanmışdır.
12
dekabr Ümummilli
Liderimizin anım günü
münasibətilə məktəblərimizdə silsilə
tədbirlər keçirilmişdir.
Bütün siniflərdə ilk
dərs saatları Ulu Öndərin həyatı
və fəaliyyətinə həsr olunmuşdur.
Təhsil müəssisələrimizin hamısında
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
günü, Yeni il, Novruz bayramı
münasibətilə silsilə tədbirlər keçirilmişdir.
Məktəblilərimiz bu
münasibətlə təşkil olunmuş
rayon səviyyəli tədbirlərdə də yaxından
iştirak etmişlər.
20 yanvar,
Xocalı faciəsi, 31 Mart
Azərbaycanlıların soyqırımı günü,
Xocalı rayonu kəndlərinin, eləcə də digər rayonların
işğalı ildönümləri münasibətilə
rayonun təhsil müəssisələrində
bir sıra tədbirlər- dəyirmi masalar, ədəbi- bədii
kompozisiyalar, inşa, rəsm sərgiləri, şəhid ailələri, keçmiş döyüşçülərlə görüşlər
təşkil olunmuşdur. Bu
tədbirlərdə erməni şovinistlərinə nifrət hissi bir daha məktəblilərə aşılanmışdır. Rayonun
məktəblərində olan müəllim və
şagirdlərin bir hissəsi ölkə
daxilində və xaricdə kütləvi
informasiya vasitələrində təşkil
olunan proqramlarda iştirak
etmişlər.
2016-cı ilin
aprel ayında məktəblilər
arasında keçirilən şahmat
yarışının respublika mərhələsində
rayonumuzun komandası fəal
iştirak etmişdir.
Təhsil Nazirliyinin
təlimatı məktubuna uyğun olaraq
rayonun ümumtəhsil məktəbləri
şagirdləri arasında “Ədəbiyyat
biliciləri” yarışının rayon mərhələsi
keçirilmiş, Cəmilli kənd
tam orta
məktəbin VIII sinif şagirdi
Quliyeva Piyalə Natiq
qızı I yerə layiq
görülmüşdür. Yarışmanın
respublika mərhələsində iştirak
edən Piyalə Quliyeva
IV yerə layiq
görülmüşdür.
Ulu Öndər H.Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə
inşa, rəsm müsabiqəsi, dəyirmi
masalar keçirilmişdir. Xocalı şəhər 4 saylı
tam orta məktəbin XI sinif
şagirdi Bəhramlı İradə Fəxri qızı Ulu Öndərin
həyatı və fəaliyyətinə həsr olunmuş “Ən yaxşı təqdimat” yarışının respublika mərhələsində rayonumuzu təmsil
etmişdir. Müəllimlər
arasında Ulu Öndərin həyatı və
fəaliyyətinə həsr olunmuş şahmat
yarışının rayon mərhələsi
keçirilmiş, 1 nəfər müəllim respublika
mərhələsində iştirak etmişdir.Eləcə də I-IV sinif
şagirdlərindən ibarət
komandamız məktəblilər arasında keçirilən respublika
şahmat festivalında iştirak
etmişlər. 2016-cı ilin may ayında
Xocalı rayon Gənclər və İdman İdarəsi
ilə birlikdə Ulu Öndər
H.Əliyevin ad günü münasibətilə futbol yarışı və şən startlar idman yarışı
keçirilmişdir.
Şagirdlərimizdən ibarət komanda “Multikulturalizm ili”
çərçivəsində Mingəçevir şəhərində
keçirilən intellektual bilik
yarışında iştirak edərək
IV yerə layiq
görülmüşdür. Eləcə də məktəblilərimiz Şəmkir
şəhərində keçirilən “Xəmsə”
intellektual yarışının zona
mərhələsində aktiv iştirak
etmişlər.
Dağlıq Qarabağın Azərbaycanlı
icması tərəfindən Bakı
şəhərində Şuşa, Xocavənd,
Xocalı məktəblilərinin iştirakı
ilə keçirilən şahmat
yarışında 1 nəfər şagirdimiz II
yerə layiq görülmüş, diplom və
pul mükafatı ilə
mükafatlandırılmışdır.
Xocalı faciəsinin 25-ci ildönümü ilə
münasibətilə məktəblilər arasında
“Xocalı faciəsi məktəblilərin
gözü ilə” devizi altında inşa
müsabiqəsi keçirilmiş, müsabiqə
qaliblərinin inşa yazısı
xarici dillərə tərcümə
olunaraq sosial şəbəkələrə
yayılmışdır.
Rayonun təhsil müəssisələrinin hamısında
“Narkomaniya bir bəladır”
mövzusunda dəyirmi masa
keçirilmişdir.
Rayonun təhsil müəssisələrinin şagirdləri
məktəblilərin fənn
olimpiadalarının rayon, zona və respublika
mərhələlərində fəal iştirak
etmişlər. Kosalar kənd tam
orta məktəbin 1 nəfər
şagirdi tarix fənni üzrə, Başkənd
kənd tam orta
məktəbin 1 nəfər şagirdiisə riyaziyyat
fənni üzrə fənn
olimpiadalarının respublika mərhələsində
fəal iştirak etmişlər.
Xocalı RTŞ-nin aparıcı
məsləhətçisi Nəcəf Həsənovun
təşkilatçılığı, Xocalı şəhər 4
saylı tam orta
məktəb şagirdlərinin iştirakı
ilə “Erməni terroru və onun acı
nəticələri” mövzusunda elmi praktik
konfrans keçirilmişdir.
Xocalı rayon UYM-nin
dərnək üzvü Rəfiyev
Xəyal Barat oğlunun
rəsm işi “Fövqəladə hallar
uşaqların gözü ilə” devizi
altında keçirilən rəsm
müsabiqəsinin respublika mərhələsində
diplomla mükafatlandırılıb.
Həmin şagirdin əl işi respublika
mərhələsində III yerə layiq
görülmüşdür.
Tədris ili ərzində şagirdlərin hərbi-vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə
məktəblilərin hərbi hissələrə
ziyarətləri təşkil olunmuşdur.
Rayonun məktəblilərindən ibarət
voleybol komandası rayon
səviyyəli voleybol yarışında
iştirak edərək III yer
tutmuşdur.
Rayon təhsil
müəssisələrində “Milli-mənəvi
dəyərlərimizi qoruyaq və təbliğ
edək” mövzusunda
diskussiyalar təşkil olunmuşdur.
Tədris ili
ərzində məktəblilərimiz “Xəmsə”,
“Nə? Harada? Nə zaman?”
intellektual oyunlarının zona
mərhələsində iştirak etmişlər.
Məktəblilərimiz
arasında “Narkomaniya bəladır” , “Siqaretə
yox deyirik” devizi altında
kross yarışı təşkil
edilmiş, aktiv şagirdlər bukletlər
hazırlayaraq sinif otaqlarından
asmışlar.
“Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı ” haqqında Azərbaycan
Respublikası Prezidentinin 17
aprel 2006-cı il tarixli 1414 saylı
sərəncamına uyğun olaraq RTŞ-də istedadlı uşaqların istedad bankı yaradılmış, həmin
uşaqların üzə çıxarılması və istedadlarının inkişafı istiqamətində mühüm tədbirlər həyata
keçirilmişdir.
Bütün tarixi günlər,
əlamətdar bayramlar məktəblərimizdə geniş
şəkildə keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil
Nazirinin əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq görkəmli yazıçı və şairlərin
yubileyləri geniş şəkildə qeyd olunmuşdur.
Yay tətili dövründə rayon
məktəblilərinin I qrupunun yay
istirahətləri təşkil olunmuşdur.
Son illərdə Ölkə
Başçısının sərəncamı ilə
minimum aylıq əmək haqqının və
təhsil işçilərinin əmək haqlarının artırılması rayon
təhsil işçiləri tərəfindən
Ölkə Başçısının təhsil işçilərinə
diqqət və qayğısının təzahürü
kimi dəyərləndirilmişdir.
Qeyd etmək istəyirəm ki,
nailiyyətlərimizlə yanaşı işimizdə
nöqsan cəhətlər də var
1. Yuxarıda qeyd
etdiyimiz kimi Xocalı şəhər 1
saylı tam orta məktəbi 2011-ci ilin
mart ayından yeni müasir
tipli binada fəaliyyət
göstərir. Yeni binada
kompüter kabineti olmasına baxmayaraq məktəbə
bir ştat vahidi kompüter laborantı vəzifəsinə
ehtiyac vardır. Bu
barədə Xocalı rayon
Maliyyə şöbəsinin vasitəsilə
Maliyyə Nazirliyinə müraciət
olunsa da bu problem
bu günə qədər həll olunmayıb. Bu
problem 2015-ci ilin yanvarından
yeni binaya köçürülmüş Kosalar, Başkənd, Yaloba kənd tam orta
məktəblərində də yaranmışdır.
2.Məktəblərimizin
hamısında bəzi fənlərin, o cümlədən fizika, kimya və biologiya fənlərinin
daha yüksək səviyyədə
tədrisi üçün laboratoriya
otaqlarına və
avadanlıqlarına böyük ehtiyac
var.
3. Məktəb direktorları bəzən
öz işlərini çevik mexanizmlə,
müasir tələblərə uyğun şəkildə
qura bilmirlər. Hər bir məktəb direktoru bu barədə ciddi düşünməli,
işlərini günün tələbləri
səviyyəsində qurmalı, təhsilin
keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirməlidirlər.
4.Direktorlar səlahiyyətləri
daxilində bəzən vətəndaş
müraciətlərinə diqqətlə, düzgün yanaşmırlar. Vətəndaş müraciətlərinə diqqətlə
yanaşılması barədə məktəb
direktorlarına ciddi tapşırıqlar verilmişdir.
5. Məktəblərdə vəzifə aparan
işçilər (direktor müavinləri, məktəb psixoloqları, Uşaq birliyi rəhbərləri,
kitabxanaçılar) bəzi hallarda öz
işlərinə məsuliyyətlə yanaşmırlar.
2016-cı ilin əvvəlindən rayonun
məktəblərinin maddi-texniki təchizatı,
müəllimlərin əmək haqlarının
ödənilməsi Gəncə şəhərində
yerləşən 8 saylə Ərazi
Maliyyə Hesablaşma Mərkəzi
tərəfindən həyata keçirilir.
Belə ki, Xocalı rayon
Təhsil şöbəsi məktəblərin tələbatına
uyğun olaraq ehtiyac
olan avadanlıq və ləvazimatlar
barədə mərkəzə məlumat
verir, məlumat əsasında məktəblərin təchizatı
mərkəz tərəfindən təmin
edilir. Ümid edirik ki,
yuxarıda göstərilən zəruri
ştatlar yeni tədris
ilindən məktəblərdə
yaradılacaqdır.
Yuxarıda göstərilən nöqsanların
nəticəsidir ki, məktəblərdə şagirdlərin nailiyyət səviyyəsi aşağı
olur. Göstərilən məsələ RTŞ-nin
diqqət mərkəzində saxlanılır və
çatışmazlıqların aradan qaldırılması üçün
məktəblərə ciddi tapşırıqlar
verilir.
Qarşıdan yeni 2016-2017-ci
dərs ili gəlir. Bu dərs ilində işlər Azərbaycan Təhsilinin İnkişafı Strategiyasının tələblərinə uyğun şəkildə qurulmalıdır. Yeni dərs
ilində ümumtəhsil sistemində nizam-intizam yüksək
səviyyədə təmin olunmalı,
şagirdlərin uçotunda qayda-qanuna
əməl olunmalıdır. Bununla da
təhsil nəticələrinə görə
cavabdeh, şəffaf və səmərəli
idarəetmə sistemi formalaşdırılacaq, maliyyə və inzibati resuslar vahid təhsil
siyasətinə uyğun
planlaşdırılacaq. Xüsusi istedada
malik uşaqların vaxtından əvvəl I sinfə
qəbulunu həyata keçirmək üçün Xocalı RTŞ-nin 01 iyul 2016-cı il tarixli əmri
ilə komissiya yaradılmışdır. Rayonun məktəbləri
respublikanın 5 bölgəsində
fəaliyyət göstərdiyi üçün komissiya
üzvləri səyyari şəkildə uşaqların bilik yoxlanılmasını təşkil etmişdir.
Komissiyaya 22 valideynin ərizəsi daxil olmuş,onların biliyinin
yoxlanılması komissiya
tərəfindən həyata keçirilmiş, müvafiq qərar qəbul olunmuşdur.
Məktəb direktorları məskunlaşdıqları yerli rayonların təhsil şöbələri ilə əlaqə yaratmalı və orada təşkil olunan
bölmə iclaslarında təhsil
işçilərimizin iştirakını təmin
etməlidirlər. Yeni dərs ilinə
hazırlıqla əlaqədar Təhsil
Nazirliyinin Maddi-texniki
Təchizat İdarəsindən məktəb sənədləri
alınmışdır. Məktəblərdəki
dərslik fondunun və bu il
Təhsil Nazirliyindən alınmış
64 adda 5889 ədəd dərsliyin hesabına
I-XI sinif şagirdlərimizin hamısı 100% pulsuz dərsliklərlə
təmin olunacaqdır.
2016-2017-ci dərs ilində
I-VIII siniflərlə bərabər IX siniflərimizdə də dərslər yeni
fənn kurikulumları əsasında
tədris olunacaqdır. 2016-2017-ci dərs ilində IX siniflərdə deyəcək
müəllimlərimiz təlim kurslarından
keçmişlər.
Xocalı rayonu üzrə
2016-2017-ci tədris ili üçün
məktəblərdə olan 8 vakant
yerdən 2-i imtahan verən
müəllimlər tərəfindən seçilmiş, onların hamısı ilə əmək müqaviləsi bağlanmışdır.Əgər imtahan verən müəllimlərdən qalan yerlərə gələn
olmazsa kadr ehtiyaclarını ödəmək üçün
mövcud qaydalara uyğun olaraq ixtisaslı kadrlarla müvəqqəti əmək müqaviləsi bağlanılacaqdır.
I-IV sinif şagirdləri üçün
Dövlət Qaçqınkomun verdiyi
360 ədəd məktəbli kostyumları məktəblərə
çatdırılmış və 15 sentyabr 2016-cı il tarixdə şagirdlərə
paylanacaqdır.
Yeni dərs ilinə hazırlıqla
bağlı Təhsil Nazirliyinin 8
saylı Ərazi Maliyyə
Hesablaşma Mərkəzi
tərəfindən Qaragav kənd
tam orta məktəbin binasında
əsaslı təmir işləri
görülmüşdür.
Məktəblərin tələbatına uyğun olaraq inventar, avadanlıq , qış
yanacağı alınaraq məktəblərə verilmiş, qalan hissəsi isə IV
rübdə alınıb veriləcəkdir.
Məktəblərimizin hamısında yeni
dərs ilinə hazırlıqla
əlaqədar müvafiq tədbirlər
həyata keçirilmiş və yeni dərs ilinə
hazırlıq işləri başa
çatdırılmışdır.
Qarşıdan yeni 2016-2017-ci
tədris ili gəlir. Bu il
ümumtəhsil məktəblərimizdə fəal
təlim metodlarının tətbiqi
üzrə səmərəli iş sistemi yaradılmalı, bu sahədə respublikada
toplanmış təcrübə öyrənilməli, fəal
təlim metodları ilə
fəaliyyətin hər bir
müəllim tərəfindən əsas vəzifə,
normativ kimi qəbul edilməsinə nail
olunmalıdır.
Yeni 2016-2017-ci tədris ilində
görüləcək işlərin mahiyyəti
dərindən açıqlanıb bütün təhsil
işçilərinə və valideynlərə izah olunmalı,
bu istiqamətdə praktik
işlər daha da genişləndirilməlidir. Həmin
məqsədlə müntəzəm və ardıcıl
olaraq “Dəyirmi masa”, seminar və təcrübi konfranslar
keçirilməlidir. Təhsil fəaliyyətinin
ayrı-ayrı sahələrində demokratikləşdirmə prinsiplərinin tətbiqi yolu
ilə keyfiyyətin yüksəldilməsi
istiqamətində zəruri tədbirlər
həyata keçirməli,
şagirdlərin şəxsiyyətinə və
bacarıqlarına üstünlük verilməlidir.
Məktəblərimizdə məktəb
psixoloqlarının, uşaq birliyi
rəhbərlərinin və xüsusilə kitabxanaların fəaliyyətinə və kitabxana
işinin təşkilinə nəzarət
gücləndirilməli və yenidən
qurulmalıdır.
Təhsil Nazirinin 07.08.2007-ci
il tarixli 953 saylı əmrinə
uyğun olaraq 2016-2017-ci tədris
ilində və sonrakı illərdə şagirdlərin
dərslərə məktəbli formalarında
gəlməsi işi diqqət
mərkəzində saxlanılmalıdır.
İcbari təhsilin yerinə yetirilməsi, I və X siniflərə qəbulun
mövcud qaydalar əsasında
aparılması , şagirdlərin
hərəkətinin uçotunun təşkili və
ardıcıl izlənməsi vəziyyəti
hər bir məktəb üzrə
öyrənilməli, müzakirə və müvafiq
qərarlar qəbul edilməlidir.
Təhsildən yayınma və
təhsildən kənarda qalma halları
müəyyənləşdirilməli və zəruri
tədbirlər görülməlidir.
Sağlamlıq imkanları məhdud hər bir məktəb
yaşlı uşağın aşkar
olunması üçün səhiyyə
orqanları ilə əməkdaşlıq
gücləndirilməli, onların müvafiq
təhsil müəssisələrinə cəlbi sahəsində əməli
işlər həyata keçirməli, belə uşaqların
dəqiq uçotunun aparılması
üçün çevik iş mexanizmi yaradılmalıdır.
Ümumtəhsil məktəblərində təlim
keyfiyyətinin ardıcıl və sistemli
öyrənilib müvafiq təkliflərin
müəyyənləşdirilməsi üçün rayon
üzrə fəaliyyət planı
təsdiq olunmalı, hər bir məktəbdə
ayrı-ayrı fənlər, xüsusilə təbiət-riyaziyyat fənləri
üzrə şagirdlərin təlim nəticələri hər yarımilin
sonunda təhlil edilməli,
rayon üzrə ümumiləşdirilməli və yekun olaraq
zəruri tədbirlər həyata
keçirilməlidir. Müəllimlərin əməyi onların
dərs dediyi şagirdlərin
təlim göstəricilərinin
səviyyəsinə görə qiymətləndirilməlidir.
Tədris
ili ərzində təhsilin keyfiyyətinin monitorinqi, fənlər üzrə
ayrı-ayrı məktəblər və ümumrayon
göstəriciləri təhlil
olunmalıdır.
Şagirdlərin fənn
olimpiadalarına hazırlığı üzrə işlər
yenidən qurulmalı, əlaçı şagirdlərin
uçotu aparılmalı,
həvəsləndirmə prinsipləri düzgün
qurulmalı, bununla əlaqədar rayon
Təhsil şöbəsində xüsusi
proqram hazırlanıb təsdiq
edilməlidir.
Qabaqcıl məktəblərin,
məktəb rəhbərlərinin, müəllim və
tərbiyəçilərinin iş təcrübəsi
öyrənilib ümumiləşdirilməli
və yayılması istiqamətində
fəaliyyət genişləndirilməlidir.
Məktəb direktorları tərəfindən
2017-2018-ci tədris ili
üçün kadr ehtiyacı
barədə 2016-cı il
sentyabr ayının sonunadək
Xocalı rayon Təhsil şöbəsinə
rəsmi məlumat verilməlidir.
Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını
dərindən öyrənmələrinə diqqət
gücləndirilməlidir. Onların Xocalı
rayonunun, Qarabağın eləcə də
müvəqqəti məskunlaşdıqları rayonların, kəndlərin tarixi
və coğrafiyasının öyrənmələri
təmin edilməlidir. Bu
məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və
olimpiadalar, bilik yarışları,
bilavasitə şagirdlərin iştirakı
ilə
aktual sayılan
mövzulardan praktik konfranslar,
ekskursiyalar təşkil olunmalıdır.
Fənlərin tədrisini
gücləndirmək məqsədilə müxtəlif
səpgili tədbirlər keçirilməlidir. Bütün
bu tədbirlərin şagirdlərin
hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə yönəldilməsinə nail olunmalıdır.
Rayon UYM-nin fəaliyyətinin
yaxşılaşdırılması sahəsində konkret
tədbirlər həyata keçirilməlidir.
Valideyn himayəsindən
kənarda qalmış uşaqların
sosial müdafiəsi, azyaşlılar arasında
hüquq pozuntularının qarşısının
alınması, rayonun təhsil
müəssisələrinin maddi tədris bazasının
möhkəmləndirilməsi, məktəb-valideyn
komitələrinin işinin
gücləndirilməsi, şagird özünüidarəsinin müasir
tələblər baxımından təşkili
ön plana çəkilməlidir.
2016-cı il sentyabrın 20-dək hər bir ümumtəhsil məktəbində “İl” çərçivəsində həyata
keçiriləcək tədbirləri əhatə
edən fəaliyyət planı
hazırlanıb təsdiq olunmalıdır.
Hörmətli konfrans
iştirakçıları!
Ölkəmizdə aparılan uğurlu və məqsədyönlü siyasət
nəticəsində son illərdə
Azərbaycan təhsilində, eləcə də
Xocalı təhsilində nəzərəçarpan irəliləyişlər
olmuşdur. Mən Xocalı rayonunun
təhsil işçiləri adından Azərbaycan Respublikasının Təhsil
Nazirliyini, Xocalı rayon
İcra Hakimiyyətinin Başçısını və
eləcə də ictimaiyyətimizi
əmin edirəm ki, rayonumuzun
təhsil işçiləri bundan
sonra da heç bir çətinlikdən qorxmadan
gerilikləri , nöqsanları
vaxtında aradan qaldıracaq, öz işlərini günün tələbləri səviyyəsində, gənc nəslin təlim-tərbiyəsi işini
müstəqil respublikamızın inkişafına uyğun şəkildə, yeni Təhsil Strategiyasının
tələbləri əsasında, təhsilimizin himayədarı
olmuş Ümummilli Liderimiz
H.Əliyevin ideyalarına uyğun
şəkildə quracaq, yeni dərs ilində
qarşıya qoyulan vəzifələr diqqətlə həyata
keçiriləcəkdir.
Bildiyimiz kimi
bu il sentyabr
ayının 26-da xalqımız
üçün mühüm əhəmiyyətə
malik olan konstitusiya dəyişikliklərini özündə əks
etdirən referendum aktı
keçiriləcəkdir. Bu aksiyada Xocalı
rayon təhsil işçiləri aktiv iştirak
edəcəklər.
Bu məsul və şərəfli vəzifənin
yerinə yetirilməsi işində
bütün məktəb rəhbərlərinə,
müəllim kollektivimizə uğurlar arzulayır, hər birinizi yeni
2016-2017-ci dərs ilinin başlanması
münasibətilə təbrik edirəm.
Ş.S.Əliyev,
Xocalı RTŞ-nin müdiri