BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

29 Eylül 2016 Perşembe

YALOBA KƏND TARİX-DİYARŞÜNASLIQ MUZEYİ “AÇIQ QAPI” GÜNÜNDƏ HƏR KƏSİ QƏDİM XOCALI MƏDƏNİYYƏTİ İLƏ YAXINDAN TANIŞ OLMAĞA DƏVƏT ETDİ

Posted at  9/29/2016  |  in  Ümumi hadisələr

        Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən, 27 sentyabr
Azərbaycan Respublikasında Turizm işçiləri günü peşə bayramı kimi qeyd edildi. Bu münasibətlə 27.09.2016-cı il tarixdə Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində “açıq qapı” günü keçirildi.
        Tədbirdə Xocalı rayon Mədəniyyət şöbəsinin müdiri Göyüş Həsənov, şöbənin bədii rəhbəri Təranə Qasımova, Kosalar kənd İ.Ə.D.Ü nümayəndəsi Şahid Rzayev, Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov və məktəb şagirdləri iştirak etdilər.
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon Mədəniyyət şöbəsinin müdiri Göyüş Həsənov muzeyə gələn qonaqları salamladı. Qəsəbə sakinlərindən, məktəblilərdən mütəmadi olaraq muzeyə baş çəkmələrini, qədim Xocalı mədəniyyəti ilə biliklərini artırmalarını xahiş etdi. Muzeyin əməkdaşlarının fəaliyyətindən razılıq edən Göyüş Həsənov, onlara cansağlığı, işlərində müvəffəqiyyətlər arzuladı.
        Daha sonra söz Yaloba kənd Tarix-diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədova verildi. Tofiq Məmmədov muzeyin yaranma tarixindən indiyə kimi fəaliyyətindən söz açdı. O bildirdi ki, muzey 1988-ci il tarixdən başlayaraq 1991-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən Şuşa rayon mədəniyyət şöbəsinin 5 may tarixli əmri ilə fəaliyyə başlamışdır. O zaman muzeydə 800 adda eksponat var idi. Bunlardan maddi, məişət, toxuculuq, kənd təsərrüfatı, tikmələr, bəzək əşyaları, rəssamlıq, qrafika və sair qiymətli əşyalar toplanmışdır. Bildiyimiz kimi bədxah qonşularımızın hücumu zamanı muzeyin əksər eksponatları işğal altında qalmışdır. 1992-ci ildə muzeyimizdə 2500 ədəd tarixi əhəmiyyət kəsb edən qiymətli eksponat vardı ki, onların hamısı işğal altında qalmışdır.
Muzeyimiz hal-hazırda öz fəaliyyətini uğurla davam etdirir. Yeni ekspozisiyalar, vətənpərvərlik mövzusunda fotostentlər yaradılmışdır. Muze-yimizdə  mədəni kütləvi tədbirlər yüksək səviyyədə keçirilir.
        Daha sonra Şahid Rzayev, Rafiq Quliyev, Ramiz Məhərrəmov, Xudayar Quliyev iştirak edərək muzeyin əməkdaşlarının və muzeyin direktoru Tofiq Məmmədovun fəaliyyətini yüksək qiymətləndirdilər. Çıxış edən natiqlərin hamısının yeganə arzusu düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi və muzeyimizin fəaliyyətini doğma torpaqlarımızda davam etdirməsi oldu.
        Xocalı rayon Mədəniyyət şöbəsinin müdiri Göyüş Həsənov tərəfindən muzeyin təşkilatı işlərində xidmətlərinə görə muzeyin ekskursiyaçısı İsmayılova Xatirə Mürsəl qızı və muzeyin baxıcısı Quliyeva Vəfa Şamil qızı Fəxri Fərmanla təltif olundu.
Tədbirdə məktəbli şagirdlərdən - İlduzə İsmayılovanın, Aytən Quliyevanın ifası, oxuyanlardan - Azər Həsənəliyevin, Tural Ələsgərovun, Aydın Əkbərovun, Tamilə Əliyevanın canlı ifaları tamaşaçılarda xoş təəssürat yaratdı. Onların ifaları alqışlarla qarşılandı.
        Tədbirin sonunda muzeyə gələn qonaqlar eksponatlara baxış keçirdilər. Muzeyin əməkdaşları hər bir eksponat haqqında geniş məlumat verdilər. Şagirdlərin dəfələrlə muzeyə gəlməsinə baxmayaraq, eyni maraqla muzeyin eksponatlarına diqqət yetirirdilər.


























Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top