Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Yuxarı Ağcakənd qəsəbəsində aparılan yol - abadlıq işləri qəsəbə sakinlərinin sevincinə səbəb olubdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa dövlət qayğısı və xalqın rifah halının yüksəldilməsi məqsədilə apardığı siyasət nəticəsində iri şəhər və qəsəbələrlə yanaşı, rayonlarda da gözəçarpacaq dərəcədə xeyli abadlıq işləri görülür.  Otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikinti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində aparılan yol-abadlıq işləri buna bariz nümunədir.
Yolun çəkilmə xəbərini eşidən qəsəbə sakinlərinin böyükdür. Çünkü indiyə qədər yolları bərbad vəziyyətdə olduğundan qəsəbəyə marşrut işləmirdi. Əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan qəsəbə sakinləri öz məhsullarını bazara vaxtında çıxara bilmirdilər. Yollar çəkildikdən sonra isə sakinlər bu kimi problemlərlə rastlaşmayacaqlar.
            Goranboy- Yuxarı Ağcakənd yolunun abadlaşdırılması yerli sakinlərin gedib-gəlişini rahatlaşdırmqla yanaşı, yayda buraya gələn turistlərin də sayının artmasına səbəb olacaq.
            Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə başda Cənab Prezidentimiz İlham Əliyev olmaqla, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova öz dərin minnətdarlıqlarını bildirirlər. 
                                                                                          Cahid ƏLƏKBƏROV, 
                                                                                                    Bölgə müxbiri


         
Paylaşın:

Əlillərin VII Ümumrespublika bədii yaradıcılıq zona baxış - müsabiqəsində Xocalı rayonunu təmsil edən iştirakçılar uğurlu nəticə əldə etdilər.

31.10.2016-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tərəfindən Gəncə şəhərində keçirilən əlillərin VII Ümumrespublika bədii yaradıcılıq zona baxış - müsabiqəsində Xocalı rayonunu təmsil edən iştirakçılar uğurlu nəticə əldə etdilər. Xocalı rayon DSMF-nin nəzarəti altında müsabiqəyə qoşulan şagirdlər öz bacarıqlarını məharətlə göstərdilər.
Dövlətimiz fiziki qüsurlu insanların iş tapmalarına, cəmiyyətə inteqrasiya olunmalarına, özlərini insanlar içində normal hiss etmələrinə, hamı kimi bərabər imkanlardan istifadə etmələrinə hərtərəfli köməklik göstərir.
Müsabiqənin nəticəsinə əsasən, Xocalı rayon Kosalar kənd tam orta məktəbin XI sinif şagirdi Quliyeva Nəzmiyə Laçın qızı respublika mərhələsində iştirak edəcəkdir...

Paylaşın:

XOCALI ELİNİN İSTEDADLI GƏNC ŞAİRİ

        Şəhriyar Allahyaroğlu 14 yanvar 1980-ci ildə Xocalı şəhərində dünyaya göz açmışdır. Xocalı
soyqırımı baş verən zaman o da doğma el-obasını tərk etmək məcburiyyətində qalmışdır. Onun yaşadığı bu didərginlik həyatı ürəyində böyük bir xal kimi hər nəfəsdə onu narahat edir. Dərdini, kədərini, duyğularını kağız parçalarına yazmaqla, bəzən də sinədən gələn sözlərdən meyxana deməklə ürəyi rahatlıq tapır. Şəhriyarla həmsöhbət olarkən onun yaradıcılığı və xoş xasiyyəti ilə tanış oldum. 6 yaşından şeir yazmağa başlayan gənc şair bildirdi ki, bu sənətin sirrini ustadı olmuş atası Allahyar Xocalıdan öyrənib. Allahyar Xocalı Xocalı elinin güclü yazarlarından biridir. Şəhriyar qeyd etdi ki, atası onun şeirlərini o qədər tənqid edir ki, onun yanında şeir oxumağa cəsarət etmir. Təbi gələrkən təbindən asılı olaraq şeirlə seçəcəyi janr özü uzlaşır. Yəni janrı özü seçmir. Şeirin axıcılığı janrı özünə çəkir. O müxtəlif janrlarda məharətlə öz şeir yazma ustalığını göstərir. Ürəyi sözlə dolu olan gənc şair 2001-ci ildən Xocalı rayon Polis şöbəsində Növbətçi köməkçisi vəzifəsində işləyir. Kollektiv arasında xüsusi hörmətə malik olan Şəhriyar hər iki peşənin öhdəsindən layiqincə gəlir. Onun işindən narazıçılıq yoxdur. Xoşlamadığı söz qaçqın sözüdür. Şairin “Qaçqın” adlı şeiri də var. Alnımıza ləkə kimi yazılan qaçqın sözü həmişə onun ürəyini dağlayır.
        Elimizin şair oğlu arzu edir ki, doğma torpaqlarımızı düşmən topdağından azad edək. Mənfur düşmənlərin tapdağı müqəddəs torpaqlarımızdan götürülsün.
        Biz də onun bu ülvi arzularına qoşuluruq. Şəhriyar Allahyar şeirlərini maraqla oxuyur, ona cansağlığı, yaradıcılıq həyatında uğurlar arzu edirik.
        ŞƏHİDLİK ARZUSU VAR
Qarabağ heç zaman verə bilmərik yada,
Bizləri qorxutmayır müharibə, qan-qada
Yatan vulkan oyanmış, artıq bütün dünyada-
Qarabağ mövzusu var.

Sancılacaq bayrağım Şuşanın dörd yanına,
Ordumuz qorxaqların qorxu salıb canına,
Qandan qorxan xainin, düşmənin öz qanına-
Boyanmaq qorxusu var.

Torpağından əl götür dedim Azərbaycanın,
Mən uğrunda ölümə gedim Azərbaycanın,
Yeni Azərbaycanın, Qədim Azərbaycanın-
Yenilməz ordusu var.

Qırmaq olmaz heç zaman qəlblərdə bitən eşqi,
Gəl bu eşqə tay tutma hər yoldan ötən eşqi,
O xalqı yenmək olmaz onda ki, Vətən eşqi-
Şəhidlik arzusu var.
Şəhriyar ALLAHYAROĞLU
05.05.2016
Paylaşın:

XOCALI, ŞUŞA VƏ XANKƏNDİ SAKİNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

         29.10.2016-cı il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbə-1-də fəaliyyət göstərən Kəlbəcər rayon Mədəniyyət evində Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun və Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun Gəncə şəhəri və ərtaf rayonlarda müvəqqəti məskunlaşan Xocalı, Xankəndi və Şuşa sakinləri ilə görüşü oldu. 
        Görüşə gələn sakinlər onları narahat edən məsələlərin aradan qaldırılması üçün xahiş və şikayətlərini etdilər. 2014-cü ilin əvvəllərində Gəncə şəhərinin ərazisində tikilib istifadəyə verilmiş Yeni qəsəbə-1-dən Bakı - Gəncə yoluna çıxışın açılması, qəsəbəyə yaxın ərazidə yandırılan zibilliyin yandırılmasından yaranan pis qoxusunun və tüstünün qarşısının alınması, 600 ailəlik Yeni qəsəbə-2-yə içməli su xəttinin çəkilməsi, bəzi sakinlərin işlə təmin edilməsi və digər məsələlərin öz həllini tapması üçün hər iki rayon başçısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verildi. 
        Görüş növbəti görüşlərin doğma el-obamızda baş tutmasının arzusu ilə yekunlaşdı və xoş ovqatla başa çatdı.


Paylaşın:

XOCALI RAYON İCRA HAKİMİYYƏTİNDƏ ŞURA İCLASI KEÇİRİLDİ

        
        28.10.2016-cı il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin akt zalında Xocalı rayon İcra Hakimiyyətinin Şura iclası keçirildi. Xocalı rayon ümumtəhsil məktəblərinin 2015-2016-cı il ərzində fəaliyyəti, buraxılış imtahanlarının nəticələri, şəbəkə sisteminin tətbiqi, nümayəndəliklərin ümumtəhsil məktəbləri ilə əməkdaşlığı, erkən nikahlar və onların qarşısının alınması ilə bağlı görüləcək tədbirlərlə bağlı məsələlər müzakirə olundu.
        Müzakirə olunmuş məslələrə aid müvafiq qərarlar qəbul olundu, rayonumuzun təhsil sistemində mövcüd olan nöqsanların aradan qaldırılması üçün rayonumuzun başçısı tərəfindən xüsusi tapşırıqlar verildi.
       



Paylaşın:

Xocalı rayon məktəblərində “Erkən nikahlar və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

      20.10.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin və “Ermən təcavüzünün tanıdılması” ictimai birliyinin təşkilatçıılığı ilə “Erkən nikahlar və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-sının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirmişdir ki, hal-hazırda istər əxlaqi, istərsə də mənəvi-psixoloji keyfiyyətlərinə görə Azərbaycan ailələri dünya ailələrinə örnək ola biləcək bir modeldir. Dövlətimiz də bu gün bu ailələrin daha sağlam bir təməl üzərində qurulması üçün lazımı tədbirlər görür. Belə ki, bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənablarının ailə-dövlət siyasətini prioritet bir məsələ kimi ön plana çəkməsinin nəticəsidir ki, ölkəmizdə nikaha daxil olmaq istəyən hər bir cütlük gələcəkdə sağlam uşaqlar dünyaya gətirmək üçün tibbi müayinədən keçirlər.
       Ümumiyyətlə ailə kiçik bir dövlət modelidir. Kiçik bir ailənin problemi bu gün ölkəmizdə cəmiyyətin əsas problemi kimi götürülür və hər zaman bu problemlərin həll olunması istiqamətində mühüm işlər görülür. Ancaq çox təəssüf edirik ki, bu istiqamətdə görülmüş bütün tədbirlərə baxmayaraq ölkəmizdə hələ də problemli ailələr var və bu problemləri doğuran əsas səbəb kimi erkən nikah hallarını misal göstərmək olar.
        Daha sonra çıxış üçün söz “Erməni təcavüzünün tanıdılması” ictimai birliyinin sədri Səriyyə Müslümqızına verildi.
         Səriyyə xanım öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən il erkən nikaha daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10.4 faiz artaraq 6.9 faizə çatıb. Azərbaycan qanunvericiliyinə görə erkən nikah 18 yaşdan kiçik oğlanların və 17 yaşdan kiçik qızların ailə qurması və birgə yaşamasıdır. Elə insanlar var ki, onlar el adəti, ana-ata xeyir-duası ilə ailə həyatı qururlar, lakin onlar öz nikahlarını rəs-miləşdirmirlər. Bunun da iki səbəbi olur. Ya yetkinlik yaşına çatmalarına baxmayaraq nikaha o qədər də önəm vermirlər, ya da qanuni cəhətdən onların nikahının rəsmiləşdirilməsi üçün yaşları çatmır. İkinci səbəb elə erkən nikah deməkdir. Erkən nikahlarda da hər iki tərəfin yaşının rəsmi nikah üçün uyğun olmamasına və ya kişinin yaşının çox olub, qadının azyaşlı olmasına təsadüf edilir. Əslində, erkən nikahların nikah bağlanmadığı üçün pozulma ehtimalı da olmur. Belə nikahlar qeyri-rəsmi nikahlar siyasında olur və onların ailəsində dünyaya gələn uşaqların adları da qeyri-rəsmi nikahdan doğulan uşaqlar siyahısının davamıdır.
        Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun nümayəndəsi Leyla Cəfərovaya verildi. Leyla xanım bildirdi ki, çox qanunverici bir faktdır ki, bu gün “erkən nikahlar və onun sahəsində maarifləndirmə” layihəsi Azərbaycan respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.  O bildirmişdir ki, erkən nikahların əsas qurbanı məhz qadınlardır. Çünki, nikah pozulan zaman qadının əlində nə nikahın bağlanması, nə də pozulması haqqında şəhadətnamənin olmamasıdır. Bununla belə o artıq ərə getmiş qızların sırasına daxil olur. Belə olduqda qadının ilk növbədə psixoloji durumu gərginləşir. Erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır, onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur. Digər cəhətdən onlar psixoloji cəhətdən çox zəif olurlar. Həmçinin hamıya məlumdur ki, erkən nikah savadsızlığın da artmasına səbəb olur. Çünkü erkən nikaha daxil olan qızların əksəriyyəti demək olar ki, nəinki ali təhsil, tam orta təhsil belə almırlar. Bu, daha bir problemin təməlini qoyur. Bu sahədə bizim üzərimizə düşən əsas vəzifə bütün bu problemlərin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsidir.
       Sonda mövzu ilə bağlı məktəb şagirdləri arasında sual-cavab formasında müsabiqə keçirilmiş və müsabiqənin qalibləri mükafatlandırılmışdır.
        Qeyd edək ki, “Erkən nikahlar və onun sahəsində maarifləndirmə” layihəsi Xocalı rayonu üzrə daha 4 məktəbdə də-Xocalı şəhər 5 saylı, Xocalı rayon Meşəli kənd, Xocalı rayon Cəmilli kənd və Xocalı şəhər 1 saylı tam orta məktəblərində həyata keçirilmişdir.
Lamiyə QARAYEVA,
Xocalı rayon İH-nin başçısının müavini,
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri




Paylaşın:

BİZİMDİR QARABAĞ! (Gənc şairə Təhminə Şeneldinin erməni xislətinindən bəhs edən şeiri)

Qarabağ torpağını,                              
Dədənizin sanırsız. 
Masqalanıb quzu tək
Həqiqəti danırsız.
Qarabağın adından,
Dinirsiz, danışırsız, 
Bu ulu torpaq üçün
Din-imandan dönürsüz. 
Azərbaycan bizimdir,
Elə hay-küy salırsız.
Artıq tamah baş yarar, 
Məgər bunu qanmırsız?
Lənət olsun sizlərə,
Keçənləri sal yada.
Vallah düşüb oda siz, 
Yanacaqsız dünyada!

 ********************
Göz tikmisiz torpağa, 
Şuşa, Laçın, Ağdama.
Xalqımıza vurmusuz,
Gör nə qədər bir yara. 
Lənətləyir el sizi, 
İnsaf hara, siz hara?
Bağlanıbdır başına, 
Qara neçə ananın.
Baxmamısız yaşına, 
Neçə körpə balanın. 
Neçə təzə gəlinin, 
Yas qatmısız toyuna.
İnşallah düşərsiz 
Öz qurduğunuz oyuna.
Qudurmusan yenə də,
Çox güvənmə zoruna.
Külü qoyum mən sənin,
O erməni boyuna! 
Hansı qəlbdən gedər ki, 
Uşaqların naləsi.
Qayalarda əks olub, 
Anaların ah səsi.
O qayanın, o daşın, 
Dili olsaydı əgər, 
Dayanmadan, durmadan, 
Yəqin göz yaşı tökər.
Mənəm əzəldən bəri, 
Bu qırğının şahidi. 
Bu erməni əzəldən, 
Elə gididi, gidi. 
Bizim haqq işimizə, 
İllər özü şahidi.
Yüzlərlə oğlum, qızım,
Qarabağda şəhidi.
Keçsə neçə aylar, il,
Ötsə neçə fəsillər,
Qısası yerdə qoymaz, 
Yeni gələn nəsillər.
Əssə tufan, ötsə yel, 
Külə dönsə od-ocaq, 
Onsuzda əvvəl-axır, 
Qarabağ qayıdacaq.
Eşitsin dünya bu gün, 
Arzum ürəyimdə dağ,
O, mənfur “hayes”in yox, 
Bizimdir Qarabağ!

**********************
Anadan olan gündən
Düşmən oldun bizlərə,
Dünyanı inandırdın 
Yalan-yalan sözlərə. 
Niyə xoflanırsan ki,
Türkün adı gələndə, 
Sir-sifətin qarışır,
Türklər bir az güləndə, 
Bilmirəm hardan gəlib,
Bu yerlərə obanız, 
Əlimin suyun görüb, 
Androniq babanız, 
Nəsilsiz “nəcabətin”,
Hansı taxtı qurublar, 
Görən deyir çatışmır, 
Başınızda “şurupllar”.
Heçdə özündən çıxma,
Mənim sözümə inan, 
Bu dardan qurtaracaq,
Anamız Azərbaycan. 
Döyüşə gedəcəyik 
Hərəmiz bir nəfər tək. 
Üzümüzə güləcək, 
Səadət ətək-ətək.
Başınıza daş düşə, 
Quru yurda qalasız, 
Görüm sizi ömürlük, 
Cəhənnəmlik olasız.
                     TƏHMİNƏ ŞENELDİ
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi