BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

25 Ekim 2016 Salı

Xocalı rayon məktəblərində “Erkən nikahlar və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Posted at  10/25/2016  |  in  Ümumi hadisələr

      20.10.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin və “Ermən təcavüzünün tanıdılması” ictimai birliyinin təşkilatçıılığı ilə “Erkən nikahlar və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-sının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirmişdir ki, hal-hazırda istər əxlaqi, istərsə də mənəvi-psixoloji keyfiyyətlərinə görə Azərbaycan ailələri dünya ailələrinə örnək ola biləcək bir modeldir. Dövlətimiz də bu gün bu ailələrin daha sağlam bir təməl üzərində qurulması üçün lazımı tədbirlər görür. Belə ki, bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənablarının ailə-dövlət siyasətini prioritet bir məsələ kimi ön plana çəkməsinin nəticəsidir ki, ölkəmizdə nikaha daxil olmaq istəyən hər bir cütlük gələcəkdə sağlam uşaqlar dünyaya gətirmək üçün tibbi müayinədən keçirlər.
       Ümumiyyətlə ailə kiçik bir dövlət modelidir. Kiçik bir ailənin problemi bu gün ölkəmizdə cəmiyyətin əsas problemi kimi götürülür və hər zaman bu problemlərin həll olunması istiqamətində mühüm işlər görülür. Ancaq çox təəssüf edirik ki, bu istiqamətdə görülmüş bütün tədbirlərə baxmayaraq ölkəmizdə hələ də problemli ailələr var və bu problemləri doğuran əsas səbəb kimi erkən nikah hallarını misal göstərmək olar.
        Daha sonra çıxış üçün söz “Erməni təcavüzünün tanıdılması” ictimai birliyinin sədri Səriyyə Müslümqızına verildi.
         Səriyyə xanım öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən il erkən nikaha daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10.4 faiz artaraq 6.9 faizə çatıb. Azərbaycan qanunvericiliyinə görə erkən nikah 18 yaşdan kiçik oğlanların və 17 yaşdan kiçik qızların ailə qurması və birgə yaşamasıdır. Elə insanlar var ki, onlar el adəti, ana-ata xeyir-duası ilə ailə həyatı qururlar, lakin onlar öz nikahlarını rəs-miləşdirmirlər. Bunun da iki səbəbi olur. Ya yetkinlik yaşına çatmalarına baxmayaraq nikaha o qədər də önəm vermirlər, ya da qanuni cəhətdən onların nikahının rəsmiləşdirilməsi üçün yaşları çatmır. İkinci səbəb elə erkən nikah deməkdir. Erkən nikahlarda da hər iki tərəfin yaşının rəsmi nikah üçün uyğun olmamasına və ya kişinin yaşının çox olub, qadının azyaşlı olmasına təsadüf edilir. Əslində, erkən nikahların nikah bağlanmadığı üçün pozulma ehtimalı da olmur. Belə nikahlar qeyri-rəsmi nikahlar siyasında olur və onların ailəsində dünyaya gələn uşaqların adları da qeyri-rəsmi nikahdan doğulan uşaqlar siyahısının davamıdır.
        Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun nümayəndəsi Leyla Cəfərovaya verildi. Leyla xanım bildirdi ki, çox qanunverici bir faktdır ki, bu gün “erkən nikahlar və onun sahəsində maarifləndirmə” layihəsi Azərbaycan respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.  O bildirmişdir ki, erkən nikahların əsas qurbanı məhz qadınlardır. Çünki, nikah pozulan zaman qadının əlində nə nikahın bağlanması, nə də pozulması haqqında şəhadətnamənin olmamasıdır. Bununla belə o artıq ərə getmiş qızların sırasına daxil olur. Belə olduqda qadının ilk növbədə psixoloji durumu gərginləşir. Erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır, onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur. Digər cəhətdən onlar psixoloji cəhətdən çox zəif olurlar. Həmçinin hamıya məlumdur ki, erkən nikah savadsızlığın da artmasına səbəb olur. Çünkü erkən nikaha daxil olan qızların əksəriyyəti demək olar ki, nəinki ali təhsil, tam orta təhsil belə almırlar. Bu, daha bir problemin təməlini qoyur. Bu sahədə bizim üzərimizə düşən əsas vəzifə bütün bu problemlərin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsidir.
       Sonda mövzu ilə bağlı məktəb şagirdləri arasında sual-cavab formasında müsabiqə keçirilmiş və müsabiqənin qalibləri mükafatlandırılmışdır.
        Qeyd edək ki, “Erkən nikahlar və onun sahəsində maarifləndirmə” layihəsi Xocalı rayonu üzrə daha 4 məktəbdə də-Xocalı şəhər 5 saylı, Xocalı rayon Meşəli kənd, Xocalı rayon Cəmilli kənd və Xocalı şəhər 1 saylı tam orta məktəblərində həyata keçirilmişdir.
Lamiyə QARAYEVA,
Xocalı rayon İH-nin başçısının müavini,
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri




Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top