BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

8 Kasım 2016 Salı

DÖVLƏT BAYRAĞI GÜNÜ MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

Posted at  11/08/2016  |  in  Ümumi hadisələr

    08.11.2016-cı il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində 9 noyabr  “Dövlət Bayrağı Günü”  ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbir dövlət rəmzimiz olan dövlət himnimizlə açıq elan olundu.
     Daha sonra giriş nitqi ilə çıxış edən Xocalı rayon İHB-sının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabr ayının 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi hər il ölkəmizdə “Dövlət Bayarağı Günü” kimi qeyd olunur. Azərbaycan Demokratik Respublikasından bizə miras qalmışndövlət bayrağımız 9 noyabr 1918-ci il tarixdə Azərbaycan Demokratik Respublikası hökumətinin iclasında qəbul edilmişdir. Bu gün bizim gənclərimiz qürur mənbəyimiz olan dövlət bayrağımızı ən mötəbər tədbirlərdə yüksəklərə qaldıraraq Azərbaycan xalqının milli mənəviyyatını, sarsılmaz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirirlər.
       Daha sonra məruzə və çıxışlara yer verilmişdir. Çıxış edənlər arasında Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi Ülviyyə Əhmədova və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyev bildirmişlər ki, hər bir dövlətin milli bayrağı onun ən müqəddəs, ən uca və toxunulmaz bir varlığıdır. Ona görə də dövlətin hər bir vətəndaşı milli bayrağı uğrunda canından belə keçməyə hazır olmalıdır. Bu mənada bugünkü Azərbaycan Cümhuriyyətinin üç boyalı bayrağı onun milli varlıq fəlsəfəsidir. Bu üç boyalı bayraqda Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır.
       Sonda rayon İctimaiyyətini “Dövlət Bayrağı Günü” münasibətilə təbrik edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirmişdir ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacağı addımları müəyyənləşdirir. Əgər kimsə yaşadığı bir ölkədə milli ideyanın nədən ibarət olmasını bilmirsə, yaxud da belə bir ideyanın olmadığını iddia edirsə, deməli onun şüurunda milli bayraq anlayışı ya çox zəif şəkildə mövcuddur, ya da ümumiyyətlə yoxdur. Çünki milli bayraq yeganə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş onda özünü, kimliyiniz, dilini, mədəniyyətini və.s görür. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Ümid edirik ki, tez bir zamanda dövlət bayrağımız işğal altında olan doğma torpaqlarımızda dalğalanacaqdır.
       Tədbir Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə hazırlanmış musiqili konsert proqramı ilə yekunlaşdı.












Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top