BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

29 Aralık 2016 Perşembe

HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

Posted at  12/29/2016  |  in  Ümumi hadisələr

        29.12.2016-cı il tarixdə Xocalı rayon Mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İH-nin başçısının müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibitilə tədbir iştirakçılarını təbrik etdi. Lamiyə xanım arzu etdi ki, 2017-ci ildə Qarabağ problemi həll olunsun, didərgin düşmüş məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar.
        Sonra Xocalı rayon İH-nin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev tədbir iştirakçılarını salamlayaraq Xocalı rayon ictimaiyyətini rayonumuzun başçısı Cənab Şahmar Usubov adından təbrik etdi. O, çıxışında bildirdi ki, 2016-cı il Azərbaycan üçün əlamətdar il olmuşdur. Belə ki, bu bir il ərzində respublikamızda mötəbər yarışlər, tədbirlər keçirilmişdir. Rioda keçirilən Olimpiya oyunlarında idmançılarımız uğurlu nəticə əldə etmişdir. Referendum keçirildi. Ordumuzun böyük qələbəsi ilə nəticələnən Aprel döyüşləri oldu. Aprel döyüşləri ilə Azərbaycan ordusu sübut etdi ki, biz işğal olunmuş torpaqlarımızı azad etməyə qadirik. Biz qalib xalq kimi dünyaya özümüzü nümayiş etdirdik.
      Bizi qarşılayan növbəti ildə də həmrəylik nümayiş etdirməli və Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik. İqtisadi yüksəlişimizi, siyasi gücümüzü gözü götürməyənlər çox olsa da onlar öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər.
        Əminəm ki, 2017-ci ildə də Azərbaycan dövləti yeni-yeni uğurlar əldə edəcək. Ölkəmizdə , sabitlik, iqtisadi inkişaf davam edəcəkdir. İnşallah Qarabağımızı da azad edəcəyik. Arzu edirəm ki, növbəti bayramlarımızı doğma torpaqlarımızda qeyd edək.
        Tədbirin sonunda Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları bayram əhval-ruhiyyəli, milli ruhda mahnılar ifa etdilər. Məktəbli şagirdlərin hazırladıqları səhnəciklər, Şaxta babanın Yeni il sərgüzəştləri tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.











Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top