Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi.

  
  13.02.2017-ci il tarixdə xocalıların məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi.

Tədbir iştirakçıları əvvəlcə "Heydər" Parkındakı ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. Ulu Öndərə Allahdan rəhmət dilədilər.
Xocalı rayon İH-nin akt zalında davam edən tədbirdə tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqələk sükutla yad etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başladı.
        Daha sonra səfərbərlik xidmətinin yaranma tarixindən və görülən işlərdən məlumatlar əks etdirən videoçarx nümayiş etdirildi.
        Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi polkovnik-leytenant Bəxtiyar Məmmədov, Xocalı rayon prokuroru Şıxəli Alməmmədov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev və Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov çıxış etdilər. Çıxışlarda bildirildi ki, Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev daim Ordu quruculuğunun möhkəmlənməsini diqqətdə saxlayır. Gündən-günə hərtərəfli inkişaf edən dövlətimiz düşmənin təxribatlarını məharətlə alır. Xalqla ordu arasında həmrəylik bizi qələbəyə aparır. Aprel döyüşlərində düşmən də, bütün dünya da bizim ordumuzun qüdrətini gördü. Xocalılar respubikamızın ərazi bütövlüyü uğrunda şəhid verdilər. Bizim hər birimiz bir çağırışçıyıq. İnşallah belə gözəl tədbirlərimizi doğma torpaqlarımızda qürur hissi ilə qeyd edəcəyik...  
        Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin fərqlənən əməkdaşlarına təşəkkürnamələr, Fəxri Fərmanlar və hədiyyələr verildi. 





Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi