BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

17 Şubat 2017 Cuma

25 ƏDƏD DİLƏK ŞARI SƏMAYA BURAXILDI

Posted at  2/17/2017  |  in  Dağlıq Qarabağ münaqişəsi

          
        Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq 17.02.2017-ci il tarixdə Goranboy rayonu ərazisində xocalıların müvəqqəti məskunlaşdığı Yeni yaşayış massivində tədbir keçirildi.
Xocalı rayon İH-nin təşkilatçılığı ilə keçirilən tədbirdə qəsəbə sakinləri, şəhid ailələri və məktəb şagirdləri iştirak etdilər.
Əvvəlcə Vətəmizin müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva  bildirdi ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini  həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.  Hazırda bu siyasət Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev tərifində uğurla davam etdirilir. 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.
Bütün xocalılar inanır ki, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi Cocuq Mərcanlı kəndindən başlayan "Böyük Qayıdış" layihəsi digər işğal olunmuş torpaqlarımızın azad olunması və abadlaşdırılması ilə başa çatacaqdır.
Daha sonra Xocalı şəhər 1 saylı klubun əməkdaşlarının köməkliyi, Xocalı şəhər 1 saylı Musiqi məktəbinin və Xocalı şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin iştirakı ilə bədii kompozisiya nümayiş olundu. Kompozisiyada Xocalı soyqırımı zamanı baş verən dəhşətli hadisələr, erməni quldurlarının vəhşilikləri səhnələşdirilmişdi. 
Sonda tədbir iştirakçılarına Xocalı rayon İH-nin təşkilatçılığı ilə hazırlanmış Xocalı soyqırımına aid bukletlər paylanıldı. Xocalı qayıtmaq arzusu ilə 25 ədəd dilək şarı səmaya buraxıldı. 

  




















Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top