Qarabağ müharibəsinin fəal iştirakçısı, qorxmaz Vətən oğlu Əsgərov Xəzani Kərəm oğlu 1962-
ci ildə Xocalı rayon Kosalar kəndində dünyaya göz açıb və doğma kəndində boya-başa çatıb. 1991-ci ildən Şuşa Polis bölməsinin nəzdində fəaliyyət göstərən Kosalar rotasında polis nəfəri kimi fəaliyyətə başlayıb. Müharibənin qızğın çağlarında o, idarə etdiyi maşınla yaralı və ölənlərin atəş mövqeyindən uzaqlaşdırılmasında həmişə seçilib. Cəmilli, Meşəli uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. Xəzani Ağdərə bölgəsində 708 saylı yüksəkliyin alınması zamanı 5 nəfər yaralının həyatını xilas etdiyi üçün mükafatlandırılmışdır. Həmin gün yaralanıb orada qalan döyüşçülərə kömək etmişdir. Kosalar kəndi işğal olunduqdan sonra Şuşa polis batalyonunun tərkibində Laçın, Ağdərə, Dranbon, Mehmanə, Laçının Billur düzü, Fingə, Arduşlu, Xaçınyalı kəndləri, Şuşanın Sarıbaba ərazilərində gedən hərbi əməliyyatlarda da iştirak etmişdir. 1994-cü ildə Ağdərə rayonunun Gödəkburun istiqamətində gedən döyüşlərdə Kosalar rotası mühasirəyə düşür. Rota komandiri “Azərbaycanın Milli Qəhrəmanı” Mövsüm Məmmədov başından yaralanır. O, “Qaz-66” markalı maşınla mühasirəni yarır, yaralıları və döyüş sursatını çıxardır.
Xəzani haqqında nə qədər desək də, yazsaq da onun göstərdiyi igidlikləri və torpağa olan məhəbbətini ös istədiyi dərəcədə təsvir etmək mümkün olmaz. Xəzani Əsgərov 1994-cü il fevral ayının 12-də Murovdağa sursat apararkən şəhid oldu və fevralın 14-də Gəncə şəhərinin “Şəhidlər Xiyabanında” toprağa tapşırıldı.
Azərbaycan Resbublikasının Prezidenti cənab Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Hal-hazırda Xəzani Əsgərovun ailə üzvləri Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə məskunlaşmışdır. Hər il fevral ayının 14-də, həyat yoldaşı, övladları, qohum-əqrabaları onun əziz xatirəsini anım günü keçirərək yad edir.
İllər keçsə də, əsrlər ötsə də Xəzani və onun kimi igid Vətən oğulları unudulmayacaq və qəlbimizdə yaşacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
14 Şubat 2017 Salı
Homepage
» VƏTƏN OĞULLARI UNUDULMAZDIR
VƏTƏN OĞULLARI UNUDULMAZDIR
Posted at 2/14/2017 |  in Dağlıq Qarabağ münaqişəsi
Qalib BƏYMƏMMƏDOĞLU
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
-
Şəhid ailəsi ziyarət edildi
-
LAYLAM, XOCALIM, LAYLAY
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram
-
Qəhrəmanlıq dastanında imzası olan şəhidimiz
-
Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
Arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı
-
Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərin şəhidi
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: