Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

VƏTƏNPƏRVƏR XOCALI GƏNCLƏRİ AZƏRBAYCAN GƏNCLİYİNİN GÖZƏL NÜMUNƏSİDİR

     
        02.02.2017-ci il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi və Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 fevral Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, "N" saylı hərbi hissənin əsgərləri, təhsildə, idmanda və digər sahələrdə uğurlar qazanmış Xocalı rayon gəncləri iştirak etdilər.
        Tədbirdə çıxış edən rayonumuzun başçısı cənab Şahmar Usubov gənclərimizin qazandığı uğurlardan söhbət açdı. O, bildirdi ki, 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunması 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğınısını dərin ehtiram hissi ilə xatırlayır.
        Azərbaycanın uğurlu gələcəyi savadlı, sağlam, vətənpərvər gənclərə bağlıdır. Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini görməkdən ötrü gənclərə diqqət yetirmək lazımdır. Azərbaycan gəncləri də bu diqqəti Cənab Prezidentimiz İlham Əliyev tərəfindən görür.
        Aprel döyüşlərində əsgərlərimizin düşmən üzərində qələbəsi bizə böyük qürur hissi yaşatdı. Rio Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda, mədəniyyət festivallarında gənclərimiz bayrağımızı zirvələrə qaldırmaqla Azərbaycanı dünyaya tanıtdırdılar.
       Daha sonra qəbul imtahanlarında yüksək bal toplamış məzunlar, respublika və beynəlxalq idman yarışlarında uğur qazanmış idmançılar,  mədəniyyət və müsiqi müsabiqələrində fərqlənmiş gənclər, həmçinin rayonun ictmai işlərində fəallıq göstərən gənclər Fəxri Fərmanla təltif edildilər.
        Xocalı rayon mədəniyyət işçilərinin ifaları tədbirə xoş ovqat bəxş etdi.
        Xocalı rayon gənclərinin hazırladıqları "Qəfildən çıxan səs" səhnəciyi tədbir iştirakçılarının gülüşünə səbəb oldu.
        2 fevral Gənclər günü ilə bağlı keçirilən tədbir doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yekunlaşdı.










Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi