BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

8 Şubat 2017 Çarşamba

XOCALI RAYONU RESPUBLİKANIN SOSİAL-İQTİSADİ İNKİŞAFINA ÖZ TÖHFƏSİNİ VERİR

Posted at  2/08/2017  |  in  Ümumi hadisələr

     
        08.02.2017-ci il tarixdə 2016-cı ilin sosial - iqtisadi inkişafın yekunları və 2017- ci ildə qarşıda duran vəzifələr haqqında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İH-nin başçısı Şahmar Usubov,  Prezident Administrasiyasının məsul işçisi Ağali Əhmədov, Milli Məclisin vəkilləri Elman Məmmədov, Flora Qasımova, rayon ictimaiyyətinin nümayəndələri, müəssiə, idarə və təşkilat rəhbərləri iştirak etdilər.
        Hesabat iştirakçıları əvvəlcə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən "Heydər Parkı"ndakı  ümummilli lider Heydər Əliyevin büstü önünə ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər.  
        Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov geniş məruzə ilə çıxış edərək görülən işlər haqqında məlumat verdi. Şahmar Usubov rayonumuzun bütün sahələrdə faəliyyətindən söhbət açaraq bildirdi ki, müəssisə və idarələr öz işlərini günün tələblərinə uyğun şəkildə aparırlar. Aqrar sahədə xeyli işlər görülmüşdür.
        Sonra məruzə ətrafında çıxışlar və təkliflər oldu. 
        Hesabatda Millər vəkili Elman Məmmədov və Flora Qasımova çıxış edərək 2016-cı ildə rayonda görülən işləri dəyərləndirdilər. Elman Məmmədov bildirdi ki, Xocalı sakinləri dövlətimizə və Prezidentimizə sədaqətliyi ilə daim öndə gedir. Rayonumuz Respublikanın sosial-iqtisadi yüksəlişinə öz töhfəsini verir. Hər birimiz Cənab Prezidentimizin Fərman və Sərəncamlarını yerinə yetirməli və vətəndaşlar arasında düzgün izahat aparmalıyıq. Xocalılar əzəldən zəhmətkeş camaatdır. Rayonumuzun demoqrafik artımı düşməni qorxuya salıb. Dağlıq Qarabağda azərbaycanlıların sayı ermənilərdən çoxdur. Bu bizim ən böyük qazanclarımızdan biridir. İnformasiya müharibəsində ayıq - sayıq olmalıyıq. 
        Prezident Administrasiyasının məsul işçisi Ağali Əhmədov çıxışında 2016-cı ildə Azərbaycanda gedən sürətli inkişafdan, ölkəmizin qazandığı hərtərəfli uğurlardan söhbət açdı. O, qeyd etdi ki, Cocuq Mərcanlının bərpası ilə başlanan "Böyük Qayıdış" layihəsi işğal olunmuş bütün torpaqlarımızda davam edəcəkdir. Şanlı bayrağımız Xankəndində dalğalanacaqdır. 
        Hesabatın sonunda Xocalı rayon fəallar yığıncağının Cənab Prezidentimiz İlham Əliyevə müraciət qəbul olundu. Beynəlxalq təşkilatlara göndəriləcək müraciət hesabat iştirakçıları qarşısında oxundu. 
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirdi ki, Xocalı sakinləri pis günləri görübdür. Artıq o pis günlər arxada qalıb. Ölkə Prezidentini əmin edirik ki, həmişə olduğu kimi, bundan sonra da Respublika Prezidentinin yeritdiyi daxili və xarici siyasəti Xocalı rayon ictmaiyyəti tərəfindən müdafiə ediləcəkdir.
       

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top