BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

18 Şubat 2017 Cumartesi

XOCALI ŞƏHƏR 1 SAYLI TAM ORTA MƏKTƏBİN ŞAGİRDLƏRİNİN İŞTİRAKI İLƏ “DÜNYA XOCALIYA ƏDALƏT” ADLI FLƏŞMOB TƏŞKİL EDİLDİ

Posted at  2/18/2017  |  in  Ümumi hadisələr


        18.02.2017-ci il tarixdə Xocalı rayon İH-nin təşkilatçılığı, YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü ilə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni yaşayış massivində açıq havada fləşmob keçirildi. 
        Əvvəlcə topraqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
        YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynur Abışova çıxış edərək Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin və “Heydər Əliyev” Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının gördüyü işlərdən danışdı. O, fikirlərinə əlavə etdi ki, Xocalı rayon gəncləri hər an düşmənə nifrət bəsləyir, qisas gününü gözləyir.  
        Xocalı soyqırımının canlı şahidlərindən biri olan Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov çıxışında erməni quldurlarının vəhşiliklərini, günahsız insanların başına gətirilən faciələri bir daha yada saldı. Vidadi müəllim bildirdi ki, silahsız, köməksiz Xocalı sakinləri son ana qədər düşmənə qarşı layiqincə mübarizə apardılar. Başımıza gətirilən müsibətlər bizim döyüş əzmimizi, daha da artırmalıdır. 
        Sonda Xocalı şəhr 1 saylı Musiqi məktəbinin müşayiəti, Xocalı şəhər 1 saylı məktəbin şagirdlərinin iştirakı ilə "Dünya Xocalıya ədalət" adlı fləşmob nümayiş olundu.
Vasif BAĞIROV,
YAP Xocalı Gənclər 
                    Birliyinin üzvü








Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top