BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

26 Mayıs 2017 Cuma

XOCALILAR RESPUBLİKA GÜNÜNÜ BÖYÜK QÜRUR HİSSİ VƏ COŞQU İLƏ QEYD EDİR

Posted at  5/26/2017  |  in  Ümumi hadisələr

        26.05.2017-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində Respublika Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, müəssisə, idarə rəhbərləri və işçiləri, rayon ziyalıları iştirak etdilər.
        Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva Azərbaycanın müstəqillik adət-ənənəsinin qoyulmasında 28 may tarixində qazanılmış müstəqilliyimizin əhəmiyyətindən danışdı. Lamiyə Qarayeva bildirdi ki, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Heç bir qəddar müstəmləkə rejimi xalqın azadlıq istəyini boğmağa qadir deyil. Bu gün Azərbaycan çox güclü inkişaf tarixini yaşayır. Ölkəmiz gündən-günə daha da möhkəmlənir. Cənab Prezidentimiz İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir.
        Sonra məruzə ilə söz YAP Xocalı rayon Təşkilatı Gənclər Birliyinin sədri Aynur Abışovaya verildi. Aynur Abışova çıxışında müstəqilliyimizin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu kimi dövlətimizin inkişafında göstərdiyi xidmətlərdən danışdı. Natiq əlavə etdi ki, Xocalı rayon gəncləri ulu öndərimizin tövsiyyələrinə sadiq qalaraq üzərinə düşən işi məsuliyyətlə yerinə yetirir.
        Daha sonra Xocalı RMX-nın baş həkimi Məmməd Nağıyev məruzə ilə çıxış edərək bildirdi ki, 1918-ci il may ayının 28-də ADR yarandıqdan sonra səhiyyəmizin inkişafında xüsusi təkan oldu. Müstəqil Azərbaycanın Səhiyyə Naziri vəzifəsinə ilk təyin edilən Xudadat bəy Rəfibəyli olmuşdur.
60-cı illərin sonu, 70-ci illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başladı. Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışından sonra səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirildi. Ümummilli liderin başladığı işlər bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
        Yekun olaraq söz Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiriVahid Əliyevə verildi. Vahid Əliyev çıxışında Respublika Günü münasibətilə tədbir iştirakçılarına və Azərbaycan xalqına təbrik ünvanladı. O, çıxışında qeyd etdi ki, AXC-nin yaranması Azərbaycanın tarixində ən şanlı və şərəfli tarixlərdən  biridir. Xalqımız müstəqəllik yolunda məşəqqətli yollardan keçmişdir. Azərbaycan xalqı öz iradəsindən və istəyindən dönmədi. Cəmi 23 ay yaşayan Cümhuriyyət böyük nailliyətlər əldə etmişdir. Azərbaycan əyalət adından çıxıb Respublika kimi tanındı. Müxtəlif xalqların yaşadığı Bakı şəhəri paytaxt şəhəri seçilməklə idarəçiliyin həyata keçirildiyi əsas şəhər oldu. Azərbaycançılıq ideologiyası geniş şəkildə yayılmağa başladı.
        Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirərək demişdir: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik.”
        Vahid Əliyev vurğuladı ki, Azərbaycan bu gün inkişaf etmiş dövlətlər sırasındadır. Ulu öndər Heydər Əliyev bütün həyatını xalqına qurban verdi. Onun siyasi xəttini Cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirərək ölkəmizi daha da qüdrətli edir. Bizim müstəqil dövlətimiz və milli təbliğatımız var.
        Daha sonra “Xalq Cümhuriyyəti-Azərbaycanın müstəqilliyinin əsası” adlı videoçarx nümayiş etdirildi.
        Tədbirin sonunda Xocalı rayon mədəniyyət işçiləri Qarabağa və milli müsiqilərə aid mahnılar ifa etdilər.






                                                                                                                        “XOCALININ SƏSİ”


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top