Möhsüm 1988-ci ildə, Qarabağ hadisələri başlanan gündən torpaqlarımızın müdafiəsi üçün fəal mübarizəyə qoşulmuşdur.
Möhsümün döyüş yolu keşməkeşli olmuşdur. Doğma kəndin müdafiəsi, Şuşanın, Cəmilli və Meşəli kəndlərinin müdafiəsi, Daşaltı əməliyyatı, Kərkicahan uğurunda döyüşlər, Ağdam, Ağdərə, Tərtər istiqamətində hərbi əməliyatlar: Bütün bunlar Möhsümün keçdiyi döyüş yoluna qısa bir nəzərdi. Bu müddətdə Məmmədov Möhsüm düşmənin 70-ə qədər canlı qüvəsini məhv etmişdir. İki dəfə ağır yaralanmışdır. İkinci dəfə 1993-cü il yanvarın 26-da başından ağır yara alır. Buna baxmayaraq, Möhsüm həkimlərin məsləhətinə məhəl qoymadan, yenidən döyüş meydanlarına qayıt-mışdır.
Aərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, erməni qəsbkarlarına qarşı mübarizədə, Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində xususilə fərqlənərək, şücaət və mərdlik göstərdiklərinə, Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirdiklərinə görə aşağdakılara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin.
1. Məmmədov Möhsüm Şahin oğlu- Şuşa PŞ-nin əməkdaşı
2. Novruzov Ələsgər Xanlar oğlu- Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü (ölümündən sonra).
3. Rüstəmov Füzuli Salah oğlu- Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü (ölümündən sonra).
4. Səlimov Araz Bahadur oğlu- Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü (ölümündən sonra).
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 25- fevral 1997- ci il tarixli, 553 saylı Fərman
Hazırda Şuşa rayon polis şöbəsində rəis müavini vəzifəsində çalışır.
Ailəlidir.
Qalib BƏYMƏMMƏDOĞLU