
Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak ediblər.
Şahmar Usubov Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş və yekun nitqini hesabat iştirakçılarına çatdırıb. Ölkədə gedən hərtərəfli və sürətli inkişafı Xocalı rayonunun inkişafı və əhalinin rifah halının artması ilə əlaqələndirib. Rayon rəhbəri bildirib ki, məşğulluğun artırılması üçün Dövlət Proqramları və layihələr öz bəhrəsini verməkdədir. Ölkədə bütün sahələr inkişaf edir. Aşağı Ağcakənd qəsəbəsi ərazisində 5000 ədəd tut ağacı tingi əkilmişdir. Əkilən tinglərə lazımi qulluq edilmişdir və gələn il üçün artıq 500 kq barama istehsalı nəzərdə tutulub.
Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov qeyd etdi ki, 2017-ci ilin 9 ayı ərzində vətəndaşlar tərəfindən mərkəzə 80 nəfər müraciət etmişdir, onlardan 53 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır. 2017-ci ilin 9 ayı ərzində mərkəzə daxil olmuş boş (vakant) iş yerlərinə, 29 nəfər işaxtarana göndəriş vərəqi verilmişdir. Olnardan 15 nəfəri daimi işlə təmin olunmuşdur. Özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli sərəncamının həyata keçirilməsi məqsədi ilə tələb olunan şərtlər əsasında rayon əhalisi arasından 9 nəfəri seçilərək təlimlərə cəlb olunmuşdur. Onlardan 6 nəfərinin biznes planı Beynəlxalq Əmək Təşkilatının və Dövlət Məşğulluq Xidmətinin nümayəndələrindən təşkil edilmiş komissiya tərəfindən müsbət qiymətləndirilmişdir. Həmin şəxslərin biznes planlarına uyğun olaraq 3 nəfərinin hər birinə 1 baş yanı balalı inək, 1 baş boğaz düyə, 1 baş düyə, 2 nəfərinin hər birinə kökəltmə üçün 4 baş dana, 1 nəfərinə isə 18 baş yanı balalı qoyun verilmişdir.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov məruzələrə münasibət bildirib və hesabat iclasının sonunda rayonun idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verib.