BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

19 Ekim 2017 Perşembe

YAP Xocalı rayon Təşkilatının IX konfransı keçirilib

Posted at  10/19/2017  |  in  Ümumi hadisələr

19.10.2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının IX konfransı keçirildi. Konfransda Xocalı rayon İcra Hakimiyyətinin başçısı, YAP Xocalı rayon təşkilatının idarə heyətinin üzvü cənab Şahmar Usubov, millət vəkili cənab Elman Məmmədov və YAP Xocalı rayon təşkilatının sədri, Xocalı rayon İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri cənab Vahid Əliyev və rayon ziyalıları, ərazi ilk partiya təşkilatları tərəfindən seçilən nümayəndələr iştirak etdilər. 
Əvvəlcə konfrans iştirakçıları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsindəki "Heydər" parkında Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü önünə dərin ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər, ulu öndərə Allahdan rəhmət dilədilər. 
Xocalı rayon Mədəniyyət evində keçirilən konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndiridi.
Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. 
Yeni Azərbaycan Partiyasının Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev konfrans iştirakçılarını salamladı və gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Konfransın gündəliyində duran təşkilatın hesabat dövründə gördüyü işlər haqqında  hesabat məruzəsi, nəzarət-təftiş qrupunun hesabatı və təşkilatı məsələlər müzakirə edildi və gündəlikdə duran məsələlər həllini tapdı.  
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışdı. Vahid Əliyev bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyasının Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətləri, o dövrdə, yəni partiyanın yarandığı dövrdə mövcud olan ictimai-siyasi vəziyyətə nəzər salmadan dərk etmək və qiymətləndirmək mümkün deyildir. 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan dövləti özünün dövlət müstəqilliyini elan etməsinə baxmayaraq, respublikada hərcmərclik, xaos, ayr-ayrı şəxslərə və siyasi vəziyyətə nəzarət tamamilə itirilmişdi. Xalqı öz siyasi ideyaları ətrafında birləşdirə bilən, Respublikamızı düçar edildiyi bəlalardan xilas edə biləcək heç bir siyasi qüvvə mövcud deyildi. Xalqın gələcəyini düşünən ziyalılar respublikamızın düçar olduğu acınacaqlı durumdan xilas edilməsinin yeganə yolunu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşərək yeni siyasi təşkilatın yaranmasında gördülər. 
         Yeni Azərbaycan Partiyası Azərbaycanda sadəcə olaraq hansısa siyasi bir qüvvə deyil, ümumxalq partiyasıdır. Bunu Azərbaycanı istəyənlər də, istəməyənlər də qəbul edir. Ulu Öndərimiz Heydər Əliyev  demişdir: "Yeni azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır." 
         Bu gün əldə olunan uğurları sadalamaqla qurtarmaq mümkün deyil. Xocalıdan olan məcburi köçkünlərin 43%-dən çoxu yeni mənzillərlə, fərdi yaşayış evləri ilə təmin olunub. 250 mindən artıq məcburi köçkün məcburi köçkün üçün 100-ə yaxın şəhərciklər salınıb, qəsəbələr tikilib.
Vahid Əliyev təşkilatın hesabat məruzəsində bildirdi ki, partiyanın rayon təşkilatının qərərgahı 2003-cü ildən Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının inzibati binasında sahəsi 30 kv m olan 2 otaqda təşkil olunmuşdur. YAP Xocalı rayon Təşkilatı Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına, YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə, partiyanın rayon təşkilatının illik İş Planına uyğun olaraq fəaliyyət göstərir. VIII konfransdan indiyədək keçən dövrdə 119 nəfər partiya sıralarınna qəbul edilmişdir ki, onların da əksəriyyətini gənclər təşkil edir. Hal-hazırda partiyanın rayon təşkilatının uçotunda olan partiya üzvlərinin sayı 787 nəfər, o cümlədən qadınlar 350 nəfər, gənclər 260 nəfərdir. YAP Xocalı rayon Təşkilatı 15 ərazi ilk təşkilatı özündə birləşdirir. 
Sonra nəzarət-təftiş qrupunun sədri Əliniyaz Nəcəfovun hesabat məruzəsi dinlənildi. Əliniyaz Nəcəfov qeyd etdi ki, nəzarət-təftiş qrupunun işçiləri hesabat dövründə rayon təşkilatının üzvləri, Partiya fəalları ilə birlikdə mütəmadi olaraq ərazi ilk partiyalarında olmuş, burada partiya üzvlərinin nizamnamə tələblərinə əməl etmələrini, üzvlük haqlarının vaxtlı-vaxtında ödəmələrinin fəaliyyəti yoxlanılmışdır. Partiyanın rayon təşkilatına toplanmış vəsait YAP Mərkəzi Aparatının təsdiq etdiyi təlimata uyğun olaraq xərclənir və hər ayın sonunda Mərkəzi Aparata maliyyə hesabatı təqdim edilir. 
YAP Xocalı rayon Təşkilatı Qadınlar şurasının sədri Məlahət Quliyeva vurğuladı ki, Ulu Öndər Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-siyasi həyatda fəal iştirakına böyük önəm verirdi. Bu siyasət həm də xalqımızın gələcəyinə qayğının, uzaqgörənliyin bir nümunəsidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
        Hazırda 700 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır.
        Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.
Xocalı rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Nəcəf Həsənov məruzə ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir. Bu Partiyanın ətrafında intellektual səviyyəli, Vətənini, torpağını sevən gənclər toplaşır. Son konfransdan indiyədək qədər ki, vəziyyət bizə deməyə əsas verir ki, bu tendensiya bizim rayonda da çox böyükdür. 
Sonra söz cənab Şahmar Usubova verildi. Şahmar Usubov çıxışında müstəqilliyimizin ilk illərində ölkədə baş verən böhranlardan, xaosdan danışdı. Rayon rəhbəri bildirdi ki, ölkədəki qarışıqlıqdan istifadə edilərək onlarla partiya yaradıldı. Yaradılan partiyaların çoxu xarici qüvvələrin dəstəyi əsasında yaradılmışdı və xarici dövlətlərə xidmət edirlər. Dövlətimizi içəridən parçalayan həmin siyasi partiyalar Azərbaycanın Sovet hakimiyyəti vaxtından qalmış əmlakını dağıtmaqla məşğul idilər. Düşmən mövqeyində durmuş partiyaların dağıdıcılığı erməni təcavüzkarlarından daha çox dövlətimizə təsir edirdi. Məqsəd siyasi baxışlarla ölkəmizi bölmək idi. Xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev az müddətdə ölkədə hökm sürən hərcmərcliyin qarşısını aldı, ölkəni parçlanmaqdan xilas etdi, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Yeni Azərbaycan Partiyası xalqı öz ətrafında yığaraq həmrəyliyimizi, dövlətçiliyimizi bərqərar etdi.  
YAP Xocalı rayon Təşkilatı 1995-ci ilin mart ayının 10-da yaradıldı. Xocalıların bir amalı, bir yolu var: Heydər Əliyev yolu. Biz Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik, onun yürütdüyü siyasi xətti dəstəkləyirik. Bütün seçkilərdə xocalılar hakimiyyətin tərəfdarı olduğunu nümayiş etdiriblər. 
  Daha sonra millət vəkili Elman Məmmədov çıxış edərək qeyd etdi ki, xocalılar heç bir zaman müxalif yola düşməyiblər. Xocalılar yolu dövlətçilik yoludur, dövlətə sədaqət yoludur. 1991-ci ilin sentyabr ayının 30-da Naxçıvanın Ali Məclisinin növbədənkənar sessiyasında çıxışımda, 1992-ci ilin fevralında Şükür Bəşirovun mitinqdə cəsarətlə xalqı bu bəladan ancaq Heydər Əliyev xilas edə bilər deməsi ilə biz öz mövqeyimizi bildirmişik. Yeni Azərbaycan partiyası dünyadakı siyasi partiyalar arasında həm üzvlərinin sayına görə, həm də partiyaçıların cəmiyyətə tutduğu yüksək mövqeyə görə ən güclü partiyalar sırasındadır. İqtidara müxalif olmaq olar, ancaq siyasi hakimiyyətə gəlmək üçün dövlətçilik əleyhinə danışırsansa, millətinin, xalqının əleyhinə danışırsansa, dövlətinin sütunlarının laxladılmasına çalışırsansa, dövlətin kənardan bir zərbə alanda sevinirsənsə, sən artıq müxalifət deyilsən, sən düşmənsən. Sən bu millətin, xalqın, müstəqilliyin düşmənisən. Təəssüf ki, belə müxalif qüvvələr var. Onlar düşmən olan qüvvələr tərəfindən idarə edilir. Biz belə hallara qarşı mübarizə aparmalıyıq. Bizi həzm etməyən, inkişafımızı qəbul etməyən dövlətlər, beynəlxalq təşkilatlar var. Onlar güclərini birləşdirib Azərbaycanda olan bu daxili stabilliyi pozmağa çalışırlar, ölkəmizin inkişafını dayandırmağa, Azərbaycan torpaqlarının işğal altında qalmasını davam etdirməyə çalışırlar. Azərbaycanı Suriya, İraq, Misir kimi görmək istəyirlər. 
        Gündənlikdə duran 3-cü məsələ - təşkilatı məsələ müzakirə edildi. Konfrans iştirakçıları  təşkilatın sədrliyinə Vahid Əliyevi yenidən sədr seçdi. 21 nəfər şura tərkibinin, 9 nəfər idarə heyətinin, 3 nəfər nəzarət-təftiş qrupunun üzvü səsə qoyularaq seçildi. Sədr müavinləri idarə heyətinin üzvü tərəfindən səsə qoyuldu və namizədlər qəbul edildi. 
Yekunda konfransın qərar layihəsi oxundu və qərar yekdilliklə qəbul edildi. 
Konfrans xoş ovqatla sona çatdı. 





Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top