Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Cəmilli kəndinin işğalından 26 il ötür

         Xocalının dilbər guşələrindən biri olan Cəmilli kəndinin işğalından 26 il ötür. Cəmilli 15 dekabr 1991-ci ildə erməni quldurları tərəfindən işğal edilib. Kənd Xankəndi şəhərindən 15 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşir. Dağlıq ərazidə yerləşən Cəmilli kəndi bir tərəfdən sıldırımlı qayalarla, digər tərəflərdən isə meşə zolağı ilə əhatə olunmuşdur. Cəmilli kəndinin əsas yolu ermənilərin yaşadığı Xənəzək kəndindən keçməklə Xankəndinə idi. Bu yol düşmənlərin çəmbərində olduğu üçün Cəmilli sakinlərinin yolu sıldırım qayalardan aşaraq Kosalar kəndinə, oradan isə Şuşaya olmuşdur. 
         15.12.2017-ci il tarixdə Əhməd Cavad adına Cəmilli kənd tam orta məktəbində Cəmilli kəndinin işğalının 26-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xocalı rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdir.
         Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışında kəndin coğrafi mövqeyi, işğalın acı nəticəsi və sakinlərin hazırki yaşayışı ilə bağlı məlumat vermişdir. O, bildirmişdir ki,  Dağlıq Qarabağ müharibəsində Cəmilli kəndi 12 şəhid vermişdir. Onlardan 3 nəfər - Mehdiyev Fikrət Buruzu oğlu, İsmayılov Bəhram Mətləb oğlu, Mehdiyev Cavanşir İsak oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Salahov Şakir Şamil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Hadisələr zamanı 4 nəfər ayağını, 1 nəfər isə həm ayaq, həm də ki, qolunu itirmişdir. 32 nəfər güllə yarası almışdır. 156 nəfər Milli münaqişə zəminində əlil olmuşdur.
        Cəmillinin işğalı zamanı kənddə 120 ailə, 526 sakin yaşayırdı. Hal-hazırda Cəmilli kənd İƏD-si üzrə nümayəndəliyinin tabeliyində 281 ailə, 1076 nəfər sakin vardır ki, onların böyük hissəsi Goranboy rayon Aşağı Ağcakənd və Börü qəsəbələrində və Bərdə şəhərində məskunlaşmışdır. Cəmilli kənd sakinləri respublikanın 20-yə qədər şəhər və rayonlarına pənah aparmışdır.
        Cəmillilər 26 ildir ki, doğma yurd yerlərinin həsrəti ilə yaşayırlar. Cəmilli sakinləri böyük ümid və inamla dədə-baba torpaqlarımızı yağı tapdağından azad edəcəyimiz günü gözləyir.
                                                                                                                Qalib BƏYMƏMMƏDOĞLU
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi