29.01.2018-ci il tarixdə Xocalı rayon Kənd Təsərrüfatı İdarəsinin illik hesabat iclası keçirildi.
Hesabat iclasında Xocalı rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, aidiyyatı müəssisə, idarə rəhbərləri iştirak etdilər.
Xocalı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Habil Rzaquliyev hesabat məruzəsində bildirdi ki, idarə 2015 - ci ilin aprel ayından fəaliyyətə başlamışdır. İdarənin qarşısında duran vəzifələrin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Rayon Kənd Təsərrüfatı idarəsi öz işini günün tələblərinə uyğun şəkildə davam etdirir.
Dövlət Proqramının icrası əsasında rayonumuzun Kənd Təsərrüfatı xeyli inkişaf etmişdir. Qeyd edək ki, rayonumuza Xocavənd rayon ərazisindən I–II otrub Ağburnu - Kurapatkin torpaqlarından daimi təhkim edimiş 4125.0 ha torpaq sahəsi mövcuddur.
Göstərdiyimiz kimi rayonumuza təhkim olunmuş 4125.0 ha torpaq sahəsindən 3000.0 ha əkinə yararlı torpaq sahəsidir, 1125.0 ha torpaq sahəsi isə minalanmış sahə oduğu üçün istifadə olunmur.
Qeyd olunan 3000.0 ha torpaq sahəsi əkinçliyin inkişaf etdirilməsi üçün hüquqi və fiziki şəxslərə uzun müddətli icarəyə verilmişdir. 2017 – ci ilin məhsulu üçün hüquqi və fiziki şəxslər tərəfindən 2342 hektar sahədə taxıl biçini aparılmışdır. Məhsuldarlıq 21 sentner olaraq 4964 ton məhsul toplanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007 - ci il 16 noyabr tarixli 181 nömrəli və 2008-ci il 13 iyun 135 nömrəli qərarları ilə təsdiq edilmiş “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması, buğda çəltik itehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydalarına” uyğun olaraq taxıl istehsalçılarına dizel yanacağı, sürtgü yağları və digər xərcləri ödəmək üçün vəsaitlər verilir.
Xocalı rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2017 – ci il tarixli 62 nömrəli Sərəncamına əsasən “Kraun Ko – R”MMC - yə taxıl əkininin aparılması məqsədi ilə 3000 hektar torpaq sahəsi beş il müddətinə icarəyə verilmişdir. Hər il üçün bir hektara 5 manat 40 qəpik olmaqla ümumilikdə 16200 (on altı min iki yüz) manat icarə haqqı müəyyənləşdirilmişdir. 2018-ci ilin məhsulu üçün rayondan olan hüquqi və fiziki şəxslər tərəfindən 3213.5 ha sahədə payızlıq dənlik bitkilər əkilmişdir.
Rayon ərazisi işğal altında olduğuna baxmayaraq, rayondan olan məcburi köçkünlərin kənd rayonlarının ərazisində və o cümlədən rayondan olan məcburi köçkünlər üçün inşa edilimiş qəsəbələrdə məskunlaşmış əhalinin kənd təsərrüfatı ilə məşğul olmalarını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti başda olmaqla inzibati ərazi vahidləri üzrə icra nümayəndələri ilə birlikdə ardı-cıl işlər həyata keçirilmişdir. Belə ki, rayondan olan məcburi köçkünlərin yerləşdiyi ərazilərdə 2018-ci ilin məhsulu üçün 100.0 ha buğda və 113.5 ha arpa bitkiləri əkilmişdir. Bu da əhalinin ərzaq təminatına müsbət təsir göstərir.
2017-ci ilin yazlıq bitkiləri üçün 107 hektar kartof sahəsindən məh-suldarlıq 91 sentner olmaqla 974 ton, 39 hektar tərəvəz sahəsindən məhsuldarlıq 73 sentner olaraq 286,2 ton məhsul istehsal olunmuşdur.
Xocalı rayon əhalisi kompakt şəkildə Goranboy rayonunda məskunlaşdığı üçün bitkiçiliyin, heyvandarlığın, arıçılığın və baramaçılığın inkişafı sahəsində müəyyən işlərin görülməsi məqsədə uyğun hesab edilir. Belə ki, baramaçılığın inkişaf etdirilməsi üçün 2016-cı ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 5 min ədəd tut tingi bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. 2017-ci ildə isə 6500 ədəd tut tingi əkilərək hazır vəziyyətə gətirilmişdir. 2018-ci ildə barama istehsalı nəzərdə tutulmuşdur. Rayon əhalisinin kompakt şəkildə məskunlaşdığı ərazilərdə fındıq bağlarının salınması, şəkər çuğunduru və kartofçuluğun inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda rayon əhalisinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində verilmiş pay torpaqlarda 2 hektar ərazidə fındıq bağı salınmışdır. Gələcək illərdə daha 2 hektar fındıq bağının salınmasıda nəzərdə tutulmuşdur.
Sonda Xocalı rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev hesabat məruzəsinə münasibət bildirdi. İdarənin işçilərinə tapşırıq və tövsiyələr verdi. Ümumilikdə görülən işlər qənaətbəxş sayıldı.
Hesabat iclası Xocalı rayon Kənd Təsərrüfatı İdarəsinin fəaliyyətinin tezliklə doğma Xocalıda davam etdirməsi arzusu ilə yekunlaşdı.
29 Ocak 2018 Pazartesi
Homepage
» Xocalı rayon ərazisi işğal altında olsa da, sakinlər məskunlaşdığı qəsəbələrdə kənd təsərrüfatı ilə məşğul olurlar
Xocalı rayon ərazisi işğal altında olsa da, sakinlər məskunlaşdığı qəsəbələrdə kənd təsərrüfatı ilə məşğul olurlar
Posted at 1/29/2018 |  in Ümumi hadisələr
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi
-
İşğaldan azad edilmiş yurd yerlərimiz yenidən bərpa ediləcək
-
Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir
-
İnanırıq ki, Qarabağda yenidənqurma işləri tez bir zamanda başa çatacaq
-
Bizi ittiham edənlər ermənilərin çirkin əməllərini ört-basdır edirlər
-
Güclü zəkaya, dərin elmə və siyasi savada malik siyasətçi
-
Ermənilərin Azərbaycana qarşı düşmənçilik münasibəti əsirlər boyu davam edir
-
Azərbaycan Ordusu bütün dünyaya öz haqq səsini duyurdu
-
Ermənilərin Azərbaycanda yaşaması üçün heç bir maneə yoxdur
-
YAP-ın qərarları xalqımız və dövlətimiz üçün uğurlu və xeyirli olacaq
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: