Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

ADAU-dan Xocalı məktəblilərinə hədiyyə


        26 fevral 2018-ci ildə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimindən sonra, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən Xocalı rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Kosalar kənd tam orta məktəbinin təmir olunan kimya-biologiya kabinəsinin açılışı olub.

        Açılışda iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib və deyib ki, Xocalı faciəsi xalqımızın, bötüvlükdə bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biridir. Rektor bildirib ki, bü gün dövlətimizin diqqət və qayğısı sayəsində məcburi köçkünlər, o cümlədən, Xocalı sakinləri üçün müasir yaşayış evləri, məktəblər, bağçalar və digər infrastruktur obyektlər istifadəyə verilir. Bununla belə, ADAU ailəsi olaraq, Xocalı məktəbliləri üçün bir hədiyyə etməyi biz də özümüzə borc bildik. Ona görə də məktəbin kimya-biologiya kabinəsinin təmirini, onun müvafiq avadanlıqlarla, o cümlədən kompyuter, proyektor,elektron lövhə, kitablar, dövlət rəmzləri, erməni təcavüzünün nəticələrini əks etdirən guşə, dünyanın tanınmış bioloq və kimyaçı alimlərinin şəkillərini əks etdirən stendlər və s. ilə təminatını universitet öz üzərinə götürdü.

        Məktəbin müəllim heyəti və şagirdləri göstərilən dəstəyə görə rektora təşəkkürlərini bildiriblər.






Paylaşın:

Xocalılar Xocalı şəhərinə xüsusi status verilməsini tələb edirlər

        26.02.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımı şəhidlərinin xatirəsi anıldı. 
        Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı abidəsi önünə tər çiçəklər düzdülər. 
Anım tədbirində Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
        Tədbirdə çıxış edən Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi. Lamiyə Qarayeva bildirdi ki, bədnam qonşumuz ermənilər tarixən azərbaycanlılara qarşı dəfələrlə soyqırım aktı həyata keçiriblər. Xocalı soyqırımı ermənilərin törətdiyi vəhşiliklər içində ən dəhşətlisidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366 saylı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
        Ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin birinci dövründə ermənilərin Qarabağdakı əsassız torpaq iddialarının və cinayət planlarının qarşısı qətiyyətlə alınırdı. Ancaq Heydər  Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ermənilər yenə öz məkrli siyasətlərini həyata keçirməyə başladılar. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayət 1992-ci il  fevral ayının 26-da Xocalıda törədilmişdir.
        Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız Azərbaycan xalqının xilaskar oğlu, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışından sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 
        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı Leyla Əliyeva Xocalı soyqırımının tanıdılması istiqamətində mühüm işlər görürlər. Bunun nəticəsi olaraq Xocalı soyqırımı bir çox ölkələrdə, ABŞ-ın 21 ştatında qətliam kimi tanınıb.
        Aprel döyüşlərində Ordumuzun şanlı qələbəsi düşmən tapdağında qalan torpaqlarımızı tezliklə azad edəcəyimizə olan inamımızı artırıb. Biz haqq səsimizi Xocalıdan dünyaya çatdırmaq istəyirik.
Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında Xocalı soyqırımı haqqında aparılan ilkin istintaq prosesi haqqında məlumat verdi. Vurğuladı ki, Xocalı soyqırımı ilə bağlı 39 nəfərin şəxsiyyəti müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri üçün məhkəmələr tərəfindən barələrində həbs qətiimkan tədbiri seçilmiş və həmin şəxslər axtarışa verilmişdir. Əfsuslar olsun ki, cinaəytkarlar hələ də öz layiqli cavablarını almamışdır.
        Xocalı rayon sakini, soyqırım şahidi Şükür Bəşirov 26 il əvvəl erməni quldurlarının Xocalıda törətdikləri vəhşiliklərdən danışdı. Son damla qanınadək düşmənlərə qarşı qəhrəmanlıqla mübarizə aparan xocalıların qorxmaz və döyüşkən camaat olduğunu diqqətə çatdırdı. XX əsrin ən dəhşətli soyqırımını yaşamış Xocalı şəhərinə xüsusi status verilməsinin vacibliyini vurğuladı.
        Sonra Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, AŞPA və digər qurumlara müraciəti oxundu.
        Daha sonra Xocalı rayon məktəblilərinin hazırladıqları “Qisas” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
        Anım tədbirindən sonra şəhidlərimizin ruhuna ehsan süfrəsi açıldı.






































Paylaşın:

Məktəblilər şəhidlərimizin ruhuna həsr olunmuş tamaşada yüksək bacarıq nümayiş etdirdilər



        25 fevralda Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrının aktrisası Rəhilə Məmmədovanın ssenari müəllifi olduğu Rəna Teymurqızının “Dərd yükü” poeması əsasında şəhidlərimizin ruhuna həsr olunmuş “Ağlama, Qarabağım, ağlama” adlı tamaşa nümayiş etdirildi. Tamaşada Məmməd Arazın, Ruziyə Quliyevanın və Qalib Bəyməmmədoğlunun şeirlərindən də istifadə olunmuşdur.
        Kosalar kənd Mədəniyyət evində keçirilən tamaşada qəsəbə sakinləri və şagirdlərlə yanaşı, Gəncə şəhərinin mədəniyyət işçiləri, məktəbli şagirdlər qonaq qismində iştirak etdilər. Tamaşadan əvvəl Xocalı soyqırımından bəhs edən kadrlara və şəhid ailələrindən alınan müsahibələrə baxıldı. Tamaşanın aktyorları olan Xocalı rayon Kosalar və Yaloba kənd tam orta məktəbinin şagirdləri öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər. Kosalar kənd Mədəniyyət evinin və Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları tamaşanın təşkilində fəallıq göstərdilər.
Ramiz MƏHƏRRƏMOV,
Kosalar kənd Mədəniyyət evinin direktoru



Paylaşın:

Xocalıların müvəqqəti məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə 24.02.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
           Xocalı rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Habil Rzaquliyev "Xocalının səsi" qəzetinə müsahibəsində bildirdi ki, satış yarmarkasının keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə alıcılar arasında əlaqə yaratmaq, eyni zamanda əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bazarlarda süni qiymət artımının qarşısını almaq olmuşdur.
          Habil Rzaquliyev qeyd etdi ki, satış yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri davam etdiriləcəkdir.
          Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.



















Paylaşın:

Ən çox oxunan

Blog Arşivi