BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

13 Şubat 2018 Salı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin qarşısına qoyulmuş vəzifə və tapşırıqlar ötən 6 il ərzində uğurla icra edilmişdir

Posted at  2/13/2018  |  in  Ümumi hadisələr

      13.02.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov, bölmənin əməkdaşları, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
        Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan müasir Azərbaycan dövlətinin və Ordusunun qurucusu Ümummilli lider Heydər Əliyevin büstü önünə ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər.
        Xocalı rayon İH-nin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
         Sonra Dövlət Xidmətinin yarandığı dövrdən əldə olunan nailiyyətlərdən, ölkədə Ordu quruculuğundan, səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətlərində görülən işlər mövzusunda hazırlanmış videoçəkiliş nümayiş etidirildi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov məruzə ilə çıxışında  bildirdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə davam etdirilən ordu quruculuğu artıq yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Ordusu istənilən an düşmənə sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək irtidarındadır. Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. 2016-cı ilin aprel hadisələri isə bütün bunlara sübutdur. Azərbaycan Ordusu artıq dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində silahlı qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyətli, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir.
Şübhəsiz ki, Xidmətin Xocalı rayon bölməsinin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu baxımdan ötən 6 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin qarşısına qoyulmuş vəzifə və tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilmişdir.
Çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi Xidmətin fəaliyyətinin digər mühüm bir istiqamətlərindəndir. Hazırda müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işi üzərimizə əlavə məsuliyyətlər qoyur. Qeyd olunan məsələlərin tələb olunan səviyyədə yerinə yetirilməsi məqsədi ilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, ilkin hərbi qeydiyyata alınması, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili istiqamətində də tərəfimizdən bir sıra işlər görülmüşdür.
Azərbaycan Respublikasinın Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi məqsədilə, Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə daha keyfiyyətli komplektləşdirilməsi üçün Xocalı rayonundan olan çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi uğurla həyata keçirilmişdir.
Daha sonra Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxış edərək rayon daxilində gənc nəsildə vətənpərvərlik tərbəyisənin yüksəldilməsi istiqamətində görülən işlərdən danışdı. Lamiyə Qarayeva qeyd etdi ki, yeniyetmə və gənclərə Milli Qəhrəmanlarımız haqqında məlumatlar verilir. Son illərdə ali hərbi məktəbə qəbul olan məzunlarımızın sayı daha artmışdır.
Xocalı RTŞ-nin müdiri Şakir Əliyev Xocalı rayon ümumtəhsil məktəblərində vətənpərvərlik hissinin artırılması istiqamətində görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, şagirdlərimiz ənənəvi keçirilən “Şahinlər” hərbi-idman oyunlarında böyük həvəs və ruh yüksəkliyi ilə iştirak edərək uğurlu nəticələr əldə edirlər. Gənclərin çağırışaqədərki hazırlığı fənni məktəblərimizdə savadlı müəllimlərimiz tərəfindən yüksək səviyyədə tədris edilir.
Xocalı MRX-nın baş həkimi Aqil Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi və bölmənin fəaliyyətini Xocalıda davam etdirməsini arzuladı.
        Xocalı RPŞ-nin rəis müavini çıxışında şöbə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi arasında sıx əməkdaşlıq olduğunu vurğuladı. Gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində, həmçinin zərərli vərdişlərin ağır nəticəsi haqqında maarifləndirici silsilə tədbirlər keçirildiyini qeyd etdi.
Xocalı şəhər İƏD-si üzrə nümayəndəsinin müavini Tacir Əzizov çıxışında qeyd etdi ki, 18.11.2015-ci il tarixdən rayonumuz üçün Xocalı rayon komissarlığı yaradıldı. Komissarlığın Xocalı rayon əhalisinin daha sıx məskunlaşdığı Goranboy rayonu ərazisində yerləşməsi və rayon sakinləri ilə işləməsi sakinlərimizin çətinliklərini aradan qaldırdı. Xocalı şəhər sakinlərinin 53 rayonda məskunlaşmasına baxmayaraq, onların işində heç bir ləngimə və ya neqativ hal olmamışdır. Hər bir çağırışçı ilə vaxtlı-vaxtında əlaqə saxlanılmışdır.
Xocalı rayon İcra Hakimiyyətini başçısı cənab Şahmar Usubov çıxışışında vurğuladı ki, Sovet hakimiyyəti dövründə əsgərlərimizə qarşı düşünülmüş şəkildə etinasızlıq edərək onlara hərbi biliklər verilmirdi.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsi daim ön plana çəkildi.  Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətimiz və dövlətçiliyimiz bərpa olundu. Silah Qüvvələrimizdə sturuktur dəyişikliyi keçirildi, ordu quruculuğunda təkmilləşdirmə prosesləri aparıldı.
Sonda xidmətdə fərqlənən əməkdaşlar və məktəblərdə gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən bəzi müəllimlər mükafatlandırıldı.

 














Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top