BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

9 Şubat 2018 Cuma

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi

Posted at  2/09/2018  |  in  Ümumi hadisələr

       
        09.02.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələ haqqında illik hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi - təşkilat məsələləri şöbəsinin baş məsləhətçisi cənab Ağa-Əli Əhmədov, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
        Hesabat iştirakçıları əvvəlcə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində "Heydər" parkında ucaldılan Ümummilli lider Heydər Əliyevin büstü önünə dərin ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər. Ulu öndərə Allahdan rəhmət dilədilər.
        Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov geniş hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişafından, əlamətdar hadisələrdən, həmçinin rayonda görülən işlərdən danışdı.
        Şahmar Usubov bildirdi ki, Azərbaycan tarixinə dövlət müstəqilliyimizin bərpasının 26-cı ildönümü kimi daxil olmuş 2017-ci il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur.
Ötən illərdə olduğu kimi 2017-ci ildə də Azərbaycan ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir sıra beynəlxalq, humanitar və idman yarışlarına ev sahibliyi etmişdir. 2017-ci ildə keçirilmiş İslam Həmrəyliyi Oyunlarını Azərbaycanın beynəlxalq miqyasda təbliği baxımından həyata keçirilmiş ən uğurlu hadisələrdən biri kimi qiymətləndirmək olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildə ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz surətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra edilmişdir.
Hər il olduğu kimi 2017-ci ildə də rayonumuzda sosial-iqtisadi proqramlar müvəffəqiyyətlə icra olunmuşdur. Əhalinin sosial rifah halı yüksəldilmişdir. O cümlədən əhalinin mənzil məişət məsələləri daim diqqət mərkəzində saxlanılır. Belə ki, 1874 ailə (7255 nəfər) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni mənzillərlə təmin olunmuşdular. Əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də rayon sakinlərindən 49 ailə (188 nəfər) yeni mənzillərlə təmin olunmuşdular. Yeni mənzillərlə təmin olunan ailələrin sayı ümumi rayon üzrə 4199 ailənin (15922 nəfər) - 45%-ni təşkil edir.
2017-ci ildə də aztəminatlı ailələrə və pensiyaçılara müavinət və təqaüdlərin ödənilməsi diqqət mərkəzində saxlanılmış, gecikdirmə halları baş verməmişdir.
“Ərazi Məşğulluq Proqramı”nda 2017-ci il üzrə nəzərdə tutulmuş 106 nəfərə qarşı 76 nəfər işsiz vətəndaş mərkəz tərəfindən işaxtaran kimi qeydiyyata alınmışdır. İl ərzində 52 nəfərə qarşı 27 nəfər işlə təmin olunmuşdur. 9 nəfərə qarşı 7 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 43 nəfər iş axtarana və 104 nəfər orta məktəbin yuxarı sinif şagirdlərinə peşə seçiminə düzgün yönəlməsi məqsədilə peşəyönümlü məsləhətlər verilmişdir.
“Azəravtayol ASC-nin 54 saylı Yol İstismar MMC” tərəfindən 87 kilometr yerli əhəmiyyətli 4 kateqoriya avtomobil yollarına xidmət göstərilir. “Azəravtayol ASC-nin 54 saylı Yol İstismar MMC” 2017 – ci  il  ərzində  54.8 km fiziki göstərici  ilə  14.345.900 (on dörd milyon üç yüz qırx beş min doqquz yüz) manatlıq iş həcmi  yerinə  yetirmişdir. Azərbaycan Respublikası Prezindentinin məlum fərmanına əsasən Aşağı Ağcakənd – Yuxarı Ağcakənd avtomobil yollarının əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2.200.000 manat vəsait ayrılmış, həmin vəsait hesabına avtomobil yollarının təmir tikinti işləri 2017-ci ildə başa çatdırılmışdır.
Xocalı rayon sakinlərinin kompakt şəkildə yaşadığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 6500 ədəd tut tingləri bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. 2018 - ci ildə  barama istehsalı nəzərdə  tutulmuşdur. Rayon  əhalisinin kompakt şəkildə  məskunlaşdığı  ərazilərdə fındıq bağlarının salınması, şəkər çuğunduru  və  kartofçuluğun  inkişaf etdirilməsi nəzərdə  tutulmuşdur. Hal - hazırda rayon əhalisinə Goranboy  rayonunun Aşağı Ağcakənd  qəsəbəsində verilmiş pay torpaqlarda  2  hektar ərazidə  fındıq bağı salınmışdır. Gələcək illərdə daha 2 hektar  fındıq bağının salınması da nəzərdə  tutulmuşdur.
2017-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun (MKSİF-nun) xətti ilə fərdi  yaşayış evlərinə, həyətyanı sahələrə və yol təsərrüfatına daima ziyan verən sel sularının qarşısını almaq məqsədilə  selötürücü  xətt çəkilmiş qeyd olunan mövcud problem aradan qaldırılmışdır.
2018-ci ildə narahat edən bir sıra məsələlər müəyyənləşdirilmiş, həmin məsələlərin həlli   istiqamətində müvafiq qurumlarla birlikdə işlər həyata keçirilməkdədir. Belə ki, Börü və Meşəli qəsəbələrində məskunlaşmış məcburi köçkünlərin istifadəsində olan həyətyanı və əkin üçün ayrılmış torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi  məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun (MKSİF-nun) xətti ilə  suvarma su xətlərinin çəkilməsi Kərkicahan qəsəbə tam orta  məktəbinin, Yuxarı və Aşağı Ağcakənd qəsəbələrində qəsəbədaxili yolların təmir edilməsi  məqsədilə icmalar yaradılmışdır. Yaradılan bu icmaların xətti ilə Yuxarı və Aşağı Ağcakənd qəsəbələrinin qəsəbədaxili yollarında 2017 - ci  ildə təmir işləri aparılmışdır.
Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış əhali üçün  ayrılmış torpaq sahələrinin  suvarma  suyu ilə təmin edilməsi məqsədilə qəsəbədən keçən su arxlarının daxili imkanlar hesabına təmir  edilmə işləri aparılmaqdadır.
2017-ci ildə rayon İHB–sı aparatına Azərbaycan Respublikası Prezidentinin imzaladığı 26 Qanun, 27 Fərman, 27 Sərəncam daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetindən 24 Qərar daxil olmuşdur. Respublikanın dövlət hakimiyyəti orqanlarından və  digər qurumlarından 170 sənəd daxil olmuşdur. Rayonun  idarə  müəssisə  və təşkilatlarından 68 sənəd daxil olmuşdur.
2017-ci ildə rayon İHB-sı aparatına daxil olan vətəndaş müraciətlərinin icrasında heç bir problem yaranmamışdır. Daxil olan vətəndaş müraciətləri vaxtında icra olunmuşdur.
Ölkə Prezidenti Cənab İlham Əliyevi əmin edirik ki, həmişə olduğu kimi  bundan sonra da respublika prezidentinin yeritdiyi daxili və xarici siyasət Xocalı rayon ictimaiyyəti tərəfindən müdafiə ediləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar oldu.
         Xocalı MRX-nın baş həkimi Aqil Məmmədov, Xocalı rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Habil Rzaquliyev məruzə ilə çıxış edərək rəhbərlik etdikləri idarələrin fəaliyyətindən danışdılar, görülən işləri və nöqsanları diqqətə çatdırdılar. "Milli Qəhrəmanları Tanıtma" İctimai Birliyinin sədri Füqurə Rüstəmova birliyin keçirdiyi tədbirlərdən məlumat verdi.
        Xocalı şəhər 1saylı məktəbin direktoru Vidadi Rəhimov Goranboy şəhəri ərazində salınmış Yeni Yaşayış massivində xeyir-şər evindəki çatışmazlıqların aradan qaldırılmasını, Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbəyə internet xəttinin çəkilməsini, Xocalı rayon Cəmilli kənd tam orta məktəbin direktoru Məlahət İsmayılova Goranboy rayonun Börü qəsəbəsinə internet xəttinin çəkilməsini, Xocalı rayon Qaragav kənd tam orta məktəbinin direktoru Aydın Əliyev Oğuz rayonunun Azərbaycan-60 qəsəbəsinə və məktəbə təbii qazın verilməsini xahiş etdilər.
Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi - təşkilat məsələləri şöbəsinin baş məhləhətçisi cənab Ağa-Əli Əhmədov çıxış edərək  Cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda giriş və yekun nitqindən tezislər verdi.
        Ağa-Əli Əhmədov bildirdi ki, nəticə etibarı ilə Xocalı rayonunda da uğurlara nail olmuşuq. Xocalılar hər zaman işgüzar olublar, torpağa millətə və dövlətə bağlı olublar. Xocalı camaatının mərdliyinin, qəhrəmanlığının, kişilərinin qeyrəti və qadınlarının namusu qarşısında həmişə böyük hörmətlə baş əymişəm, bundan sonra baş əyəcəyəm.
Xocalı rayon Məşğulluq Mərkəzinin, Kənd Təsərrüfatı idarəsinin, Təhsil Şöbəsinin, Sənədlərlə  və vətəndaların müraciəti ilə iş şöbəsinin, İnformasiya təminatı və təhlili sektorunun fəaliyyətini daha yaxşılaşdırmasını tövsiyə etdi. Nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün irad və təkliflərini verdi.
        Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına (BMT, ATƏT, AŞPA və s.) müraciəti və Xocalı rayon fəallar yığıncağı nümayəndələrinin müraciəti heabat iştirakçıları qarşısında oxundu.
Hesabat iclasının sonunda Xocalı rayonu fəallar yığıncağının 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında qərarı dinlənildi və qərar yekdilliklə qəbul edildi.



 







Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top