Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şahmar Usubov Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində eksponatlara baxış keçirdi

        Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov 02 fevralda Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşan  Kosalar kənd sakinləri ilə səyyar qəbul - görüşdən sonra qəsəbədə fəaliyyət göstərən Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində oldu.
        Muzeyin direktoru Tofiq Məmmədov muzeyin fəaliyyətindən və eksponatlardan məlumat verdi. 
        Şahmar Usubov Qarabağın, o cümlədən Xocalının qədim tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlara maraq və diqqətlə baxdı. 
        Məlumat üçün bildirək ki, Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd nümayəndəliyində yaradılmışdır.
        1992-ci ildə may ayının  9-da ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponantlar işğal zonasında qalmışdır. Kənd işğal olunmamışdan əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponantlar var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və geramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı. İndi isə muzeydə vətənpərvərlik mövzusunda stentlərdən ibarət sərgilər və Qarabağın  qədim tarixini əks etdirən çoxlu sayda eksponantlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.





















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi