BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

26 Mart 2018 Pazartesi

XOCALILAR YAP-IN SEÇKİQABAĞI TƏŞVİQAT MİTİNQİNDƏ BÖYÜK COŞQU İLƏ İŞTİRAK ETDİLƏR

Posted at  3/26/2018  |  in  Ümumi hadisələr

26.03.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində YAP-ın seçkiqabağı təşviqat mitinqi keçirildi.
Mitinqdə Milli Məslisin deputatı cənab Elman Məmmədov, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri cənab Vahid Əliyev və rayon sakinləri iştirak etdilər.
Mitinq iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Ulu öndərin büstü önünə tər çiçəklər düzdülər. 
Mitinq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev mitinqdə giriş sözü ilə çıxış edərək bildirdi ki, Prezident seçkiləri tək Azərbaycanda deyil, dünyanın hər yerində həmin dövlətin ictimai-siyasi həyatında olduqca mühüm hadisədir. Biz də öz dövlətimizin gələcək taleyini müəyyənləşdirəcək şəxsin seçki ilə bağlı təbliğat kampaniyasına başlamışıq. 
     Xocalılar artıq naşı rəhbərlərin millətə gətirdiyi faciələri yaşayıblar. Bu gün xalqın böyük inam bəslədiyi Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə qüdrətlənir, xalqımızın rifah halı yüksəlir. 
        Əminəm ki, xalqımız və xalqımızın bir hissəsi olan xocalılar mütəşəkillik göstərərək seçkilərdə iştirak edəcək və özünün layiqli bildiyi namizədə səs verəcəklər. Yeni Azərbaycan Partiyasının üzvləri olaraq, onun təbliğat qrupunun üzvləri kimi 11 apreldə keçiriləcək Prezident seçkilərində Partiyamızın layiqli namizədi Cənab Prezident İlham Əliyevin lehinə səs verməyə çağırıram.   
Sonra  təbliğat kampaniyası çərçivəsində yerlərə ezam olunmuş Milli Məclisin deputatı cənab Elman Məmmədova söz verildi. Elman Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2018-ci illərdə Azərbaycanın möhtəşəm tarixi nailiyyətlərinə nəzər salaraq onun verdiyi sözlərin hər birinin mərhələ-mərhələ icra olunduğunu vurğuladı. Azərbaycanın bütün sahələrdə böyük inkişafa nail olduğunu qeyd etdi. Bildirdi ki, Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın beynəlxalq layihələrdə aparıcı rol oynaması, Avropanın enerji təhlükəsizliyində iştirak etməsi ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. İndi Azərbaycanın qaşısında daha böyük hədəflər vardır. Buna görə də biz 11 aprel Prezident seçkilərində gələcəyimiz üçün düzgün seçim etməliyik. Prezident seçkilərində ölkəmizdə bu əmin-amanlığı, inkişafı yaratmış, Ordumuzu gücləndirib və qələbə çalmaq üçün əmrə hazır edən Prezidentə səs verməliyik. Bu Yeni Azərbaycan Partiyasının sədri, bugünkü Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevdir. 
YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynur Abışova çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən, Azərbaycanın idmanda qazandığı nailiyyətlərdən danışdı. Aynur Abışova dedi ki, bu gün qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan gəncliyi bütün sahələrdə təmsil olunur və uğurlar qazanır. Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında, demokratiyanın və sabitliyin qorunub-saxlanılmasında, inkişaf etdirilməsində iştirak edirlər. Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyev  irsinə sadiqdir və Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək parlaq Azərbaycan naminə, ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər. Bir Azərbaycan gənci kimi 11 aprel Prezident seçkilərində Cənab İlham Əliyevə ona görə səs verəcəyəm ki, onun apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. 
Seçki qərərgahının təbliğat qrupunun üzvü Məmməd Nağıyev çıxışında qeyd etdi ki, ağı qaradan seçməyi bacaran, haqqı-ədaləti haqsızlıqdan üstün tutan hər bir Azərbaycan vətəndaşı öz seçimini hələ 1993-cü ildə Azərbaycanın olum və ölüm qarşısında qaldığı, dövlətimizin dünya xəritəsindən silinəcək təhlükəsi olduğu bir vaxtda etmişdir. Həmin seçimin nəticəsi olaraq bu gün Azərbaycan böyük dövlətlər arasında öz yerini tuta bilmiş, qüdrətli bir dövlətə çevrilmişdir. Prezident İlham Əliyev bütün sahələrdə Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir  və gördüyü işlərlə Azərbaycanı  irəliyə doğru aparır. 11 aprel Prezident seçkilərində Cənab İlham Əliyevə səs verək ki, biz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edə bilək. 
Daha sonra Xocalı şəhər 4 saylı tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlunun "Verək səsimizi haqqın səsinə" şeirini mitinq iştirakçıları qarşısında söylədi. 
YAP Xocalı rayon təşkilatının təşviqat qrupunun üzvü Aqil Məmmədov çıxışışnda Azərbaycanda gedən iqtisadi inkişaf dövrünü dəyərləndirdi. Azərbaycan Ordusunun qüdrətindən söz açdı. Qeyd etdi ki, ölkəmizin iqtisadi-siyasi gücü bunu deməyə bizə rəvac verir ki, Cənab Prezidetimizin rəhbərliyi altında tezliklə doğma torpaqlarımıza qayıdacağıq. Bizim nicat yolumuz Yeni Azərbaycan Partiyası və onun namizədidir. Övladlarımızın xoşbəxt gələcəyi üçün biz seçimimizi düzgün etməliyik. 11 apreldə keçiriləcək Prezident seçkilərində hər birimiz seçki məntəqələrinə getməliyik və ürəyimizin, vicdanımızın səsinə qulaq asaraq layiqli namizədimizə səs verməliyik. Əminəm ki, dövlətə və dövlətçiliyə sadiq olan Xocalı sakinləri həmişə olduğu ki, 11 aprel Prezident seçkilərində də fəallıq nümayiş etdirəcəklər. 
Mitinq Xocalı şəhər 3 №li uşaq musiqi məktəbinin müşayiəti altında Xocalı rayon mədəniyyət işçilərinin ifa etdiyi şən musiqilərlə davam etdirildi. 























Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top