DOSTLUQLAR XEYRİYYƏ İŞLƏRİNƏ VƏSİLƏ OLANDA ONUN DƏYƏRİ DAHA DA ARTIR

        01.04.2018 - ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin və Gəncə şəhər “Şans" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi tibbi müayinəsi keçirildi. Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədovun təşəbbüskarlığı ilə keçirilən tibbi müayinələrdə Aşağı Ağcakənd qəsəbəsində və qəsəbəətrafı məntəqələrdə yaşayan aztəminatlı ailələr və övladları müayinə olundular.
        240-ə yaxın insanın tibbi müayinədən keçirilməsində, aztəminatlı və imkansız ailələrdən olan 5 oğlan uşağının sünnət edildilməsində lazım olan müalicə tədbirlərinin görülməsi üçün Gəncə şəhər "Şans" Tibb Mərkəzinin ixtisaslı həkim kollektivi və Xocalı RMX-nin əməkdaşları iştirak etdilər. 
"Şans" Tibb Mərkəzinin təsisçiləri Rəna Baqirovanın və Malik Abasovun rəhbərliyi altında,  baş mühasib Sədaqət Abasovanın, mərkəzin direktor müavini İlkin Həsənovun nəzarəti ilə  “Şans” Tibb Mərkəzinin baş həkimi, pediatr-cərrah Nofəl Qasımov, terapevt-qastroenteroloq Qoşqar Məhərrəmov, kardioloq Fərhad Fərhadov, ultrasonoq Cəlaləddin İmanov, nevropotoloq Muradxan Əmirov, nefroloq Mahir Mustafayev, endokrinoloq, genekoloq, oftalmoloq  həkimlər bu tədbirdə iştirak edərək əhaliyə tibbi xidmət göstərdilər.
       Gəncə şəhər "Şans" Tibb Mərkəzinin həkim heyəti ilə görüşən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov bu təqdirəlayiq xeyriyyə işinin təşkili üçün mərkəzin bütün əməkdaşlarına öz təşəkkürünü bildirdi. Tibbi müayinələrin təşəbbüskarı olan Xocalı RMX-nın baş həkimi Aqil Məmmədovun və "Şans" Tibb  Mərkəzinin əməkdaşlarının dostluğunun daim belə xeyriyyə işlərinə vəsilə olmasını arzuladı.  
        Qeyd edək ki, tibbi müayinələr 25 mart 2018-ci il tarixdə də təşkil edilmişdir. Həmin tibbi müayinələr çərçivəsində 200-ə yaxın insanın tibbi müayinədən keçmiş, 5 oğlan uşağı sünnət edilmişdir. 



                            







Yorum Gönder

Daha yeni Daha eski