Vahid dövlətçiliyimizin süqutundan sonra xanlıqlar şəklində mövcud olan, sonradan Çar Rusiyasının və SSRİ-nin müstəmləkəsi altında qalan Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etdi. Qanımız bahasına əldə etdiyimiz bu müstəqilliyi itirmək təhlükəsi ilə üzləşdiyimiz bir dönəmdə xalqın təkidli tələbi nəticəsində Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi bu təhlükəni aradan qaldırdı. 15 iyun 1993-cü il tarixdən başlayan qurtuluşla ölkəmiz inkişafa, tərəqqiyə qədəm qoydu.
İlham Əliyevin ilk dəfə 2003-cü ildən Prezident seçilməsi ilə Azərbaycanda mövcud olan, ölkəmizi tərəqqiyə, inkişafa aparan Heydər Əliyev siyasəti yeni məcraya keçdi. Bu illərdə həyata keçirilmiş uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmiz müstəqillik yaşı yüz illərlə hesablanan ölkələr cərgəsinə qoşuldu. Bu reallığı müdrik və uzaqgörən xalqımız çox gözəl bilir və dərk edir. Elə buna görə də 2008, 2013-cü illərdə Azərbaycanda keçirilən Prezident seçkilərində xalqımız özünün ən layiqli namizədi İlham Əliyevə etimad göstərdi. İlham Əliyev də gördüyü işlərlə bu etimadı yüksək səviyyədə doğruldur. İlham Əliyev andına sadiq Prezidentdir. O, içdiyi andda dediyi kimi həqiqətən də hər bir vətəndaşımızın Prezidentidir. Bir sözlə İlham Əliyev-Xalq, Xalq-İlham Əliyev birliyi əbədidir.
2017-2018-ci dərs ili başlayandan rayonumuzun təhsil müəssisələrində pedaqoji kollektiv üzvləri ilə dəfələrlə ünsiyyətdə olmuşuq. Rayonumuzun təhsil işçiləri ölkəmizdə olan dinamik inkişafdan hər zaman ağızdolusu danışır və bütün bunlara İlham Əliyevin apardığı uzaqgörən, müdrik, uğurlu siyasət nəticəsində nail olunduğunu bildirirlər. Xocalı rayonunun təhsil işçiləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edərək Azərbaycanın dinamik, dayanıqlı inkişafını təmin edən İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildirirlər. Onlar İlham Əliyevin etimadı doğruldan, andına sadiq Prezident olduğunu xüsusi vurğulayırlar.
05 fevral 2018-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının növbəti qurultayında da İlham Əliyev cənablarının Prezidentliyə namizədliyi dəstəkləndi və təklif olundu. Deməli Xocalı rayonunun və respublikanın təhsil işçilərinin seçimi xalqımızın seçimi ilə tam üstüstə düşür. Biz İlham Əliyevi dəstəkləməklə Azərbaycanın xoş, işıqlı gələcəyini təmin etmiş oluruq.
9 Nisan 2018 Pazartesi
Homepage
» XOCALI RAYONUNUN TƏHSİL İŞÇİLƏRİ 11 APREL 2018-Cİ İL TARİXDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNDƏ BÖYÜK RUH YÜKSƏKLİYİ İLƏ İŞTİRAK EDƏCƏKLƏR
XOCALI RAYONUNUN TƏHSİL İŞÇİLƏRİ 11 APREL 2018-Cİ İL TARİXDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNDƏ BÖYÜK RUH YÜKSƏKLİYİ İLƏ İŞTİRAK EDƏCƏKLƏR
Posted at 4/09/2018 |  in
İsmayıl HACIYEV,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi
-
15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
XOCALININ İGİD POLİSİ
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
LAYLAM, XOCALIM, LAYLAY
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: