Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ümumrayon tədbiri keçirildi

        28 may tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycan Xalq  Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyyətinin başçısı cənab Şahmar Usubov, hüquq-mühafizə orqanları əməkdaşları, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
        Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər.
        Xocalı rayon Mədəniyyət evində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başladı.
        Sonra tədbirdə Xocalı rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov və Xocalı rayon İcra Hakimiyyətinin İctimai - siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Anar Əliyev çıxış etdilər. Çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyənin yaranma tarixindən, Cümhuriyyət dövründə həyata keçirilən tədbirlərdən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayışıdı ilə əldə olunan uğurlardan, dövlət quruculuğundan danışdılar. Çıxışlarda bildirildi ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu Respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
        Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyəti Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
        1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elann edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəzulzadənin, Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlınsli və başqalarının böyük xidmətləri olub.
        Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə  - Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Azərbaycan Demokratik Respublikası rəsmi surətdə tanıyan ilk dövlət 4 iyun 1918-ci ildə Osmanlı dövləti olmuşdur.
        100 il əvvəlki müstəqil Azərbaycanın  taleyinə uzunömürlülük yazılmayıbmış. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920- ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
        1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu.
        1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyinin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu.
        Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov dedi ki, Çar İmperiyasının devrilməsindən sonra Azərbaycanın ziyalı şəxslərinin fəallığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Hər bir xalq üçün müstəqil dövlət əvəzolunmaz sərvət olmaqla bərabər, onun şöhrəti və şərəfidir.
        XX əsrin əvvəllərində itirilmiş müstəqilliyi Azərbaycan yenidən həmin əsrin sonlarında qazandı. Lakin tarixin bütün mərhələlərində aydın olmuşdur ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaq, ona nail olmaq daha çətin proseslərdən keçir, qarşıya müxtəlif maneələr çıxır.
        Ümummilli liderimiz, dünya siyasətçisi, böyük təcrübə və təfəkkür sahibi Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycan dövlətini, Azərbaycan xalqını silas etdi. Müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.
        Azərbaycanın xilası, inkişafı və müstəqilliyi üçün, ölkəmizi beynəlxalq arenada şərəflə təmsil edən həmişəyaşar dahi şəxsiyyət  - Heydər Əliyevi qədirbilən xalqımız tarixlər boyu unutmayacaqdır.
        Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın inkişafı yeni vüsət almışdır.
        Tədbir Xocalı rayon mədəniyyət işçilərinin hazırladığı bədii hissə ilə davam etdirildi.
        Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə münasibətilə keçiirlən ümumrayon tədbiri xoş ovqatla yekunlaşdı.

                                      

















  











Paylaşın:

Respublika Günü münasibətilə şənlik tədbiri keçirildi

Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon Kosalar kənd mədəni-maarif müəssilərinin birgə təşkilatçılığı 28 May Respublika Günü münasibətilə şənlik tədbiri keçirildi.
Şənlik tədbirində Xocalı rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Gəncə Dövlət Dram Teatrının aktrisası Rahilə Məmmədova, Nizami məqbərəsinin direktoru Gülnarə İsmayılova, qəsəbədə fəaliyyət göstərən müəssisə və idarələrdə çalışan işçilər, məktəb şagirdləri və qəsəbə sakinləri iştirak etdilər.
    Tədbirdə geniş nitq söyləyən Səxavət Hüseynov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verdi.O, bildirdi ki, 1918 - ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına  böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qebul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində dərin və zəngin iz qoymuşdur. Cəmi 23 ay yaşamasına baxmayaraq, azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Sonra Xocalı rayon 3 saylı Başkənd klubunun mədəni təşkilatçısı Ələsgər Ağayev, gənc müğənnilər Pərviz Ağayev, Tural Ələsgərov, Xocalı MKS-nin Kosalar filialının müdiri Tamilə Əliyeva, Xocalı rayon Başkənd kənd tam orta məktəbinin şagirdi Pünhan Rüstəmov, Xocalı rayon Kosalar kənd tam orta məktəbinin VIII sinif şagirdləri İsmayılova Ulduzə, Quliyeva Aytən ifa etdiyi şən mahnılarla tədbir iştirakçılarının ovqatını artırdı.
Şənlik tədbirindən sonra bilik yarışması keçirildi. Yarışın nəticəsinə əsasən, I yerə Yaloba kənd tam orta məktəbinin komandası, II yerə Laçın rayonu Ərikli kənd ümumi orta məktəbinin komandası, III yerə isə Kosalar kənd tam orta məktəbinin komandası layiq görüldü. Nizami məqbərəsinin direktoru Gülnarə İsmayılova I, II, III yerin sahiblərinə təşəkkürnamələr verdi.
     Tədbir xoş ovqatla yekunlaşdı.

Paylaşın:

Xocalı rayon məktəbləri arasında futbol turniri keçirildi

        25 may 2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Azərbaycan Xalq Cümhuriyyiətinin yaranmasının 100 illiyi" ilə əlaqədar Xocalı rayon məktəbləri arasında futbol turniri keçirildi. Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, Xocalı rayon Təhsil Şöbəsinin dəstəyi ilə keçirilən turnirdə 2005-2007-ci il təvəllüdlü şagirdlər iştirak etdilər. 
        Futbol turnirinin nəticəsinə əsasən, Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası I, Xocalı şəhər 5 saylı tam orta məktəbin komandası II, Xocalı rayon Meşəli kənd tam orta məktəbinin komandası III yerin sahibi olmuşdur. 


Paylaşın:

Xocalı uşaqları futbol sevinci yaşadılar

        15 may tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində əyləncəli futbol festivalı keçirildi. Xocalı şəhər 4 saylı tam orta məktəbin futbol meydançasında keçirilən festivalda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Milli Məclisin deputatı cənab Elman Məmmədəv, AFFA-nın vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı cənab Rauf Əliyev, Millət vəkili cənab Sabir Hacıyev və futbola marağı olan uşaqlar iştirak etdilər.
        Festivalda giriş sözü  ilə çıxış edən Şahmar Usubov ölkəmizdə idmana və dövlət gənclər siyasətinə göstərilən diqqət və qayğıdan danışdı. Azərbaycanın idmanda əldə etdiyi uğurlardan bəhs etdi. Şahmar Usubov dedi ki, keçirilən bu festivalla futbol sevinci yaşayırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində baş tutan futbol festivalı burada iştirak edən yeniyetmələrin yaddaşından silinməyəcək. Məcburi köçkünlər arasında keçirilən belə tədbirlər onların sevincinə və əhval-ruhiyyəsinin artmasına səbəb olur.
        Bu əraziyə gələn qonaqlar Azərbaycan dövlətinin iqtisadi inkişafını, xalqımızın rifah halını əhalinin həyat şəraitindən, görülən abadlıq və tikinti işlərindən görə bilirlər. Biz Cənab Prezidentimiz İlham Əliyevin ətrafında inamla sıx birləşmişik. İnanırıq ki, burada yaradılan şərait öz Xocalımızda da yaradılacaq. Dövlətimizin apardığı uğurlu daxili və siyasət, xalqla - Ordumuzun, Prezidentin birliyi bunu əminliklə deməyə əsas verir ki, biz yağı tapdağında qalan torpaqlarımızı yaxın vaxtlarda düşmən tapdağından azad edəcəyik.
        AFFA-nın vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Millət Məclisin deputatı Rauf Əliyev çıxışında bildirdi ki, belə görüşlərin təşkili ondan ibarətdir ki, istedadlı uşaqlar aşkar edilsin və onları gələcəkdə milli komandamıza namizədlər hazırlayaq.
        Ən sevimli idman növü olan futbolu uşaqlarımız sevir. Azərbaycanda həm Sovet dövründə, həm də müstəqillik əldə olunandan sonra futbolun böyük adət-ənənələri olub. Ölkəmizdə futbolun inkişafı üçün hər cür şərait yaradılır.
        Sonra Milli Məclisin deputatı Sabir Hacıyev çıxışında Xocalının dünyada soyqırıma məruz qalan bir şəhər kimi tanındığını bildirdi. O, dedi ki, istərdik ki, sizlərin arasında dünya miqyasında məşhur olan futbolçular olsun. İnanırıq ki, siz dədə-baba torpaqlarınıza qayıdacaqsınız. 
        Festivalın təşəbbüskarı Millət vəkili Elman Məmmədov dövlətimizin, ölkə rəhbərinin idmanımızın inkişafına, gənclərə olan diqqət və qayğısından söz açaraq bildirdi ki, bu festival da məhz belə diqqət və qayğının bir nümunəsidir. Gələcəyimiz, ümid yerimiz sizsiniz. Sizin sıralarınızda da istedadlı uşaqlar var. Əminik ki, tək futbolda yox, idmanının müxtəlif növlərində fərqlənənləriniz olacaq. Xocalının müxtəlif idman növləri üzrə, Respublika, MDB, Avropa, Dünya çempionları var.
        Rəsmi hissənin sonunda məktəbli şagirdlərə futbol geyimləri və toplar hədiyyə edildi.
        Uşaqlar öz istedadlarını komanda şəklində oyunlarda və penaltı vuruşlarında nümayiş etdirdilər.
        Sonda şagirdlərlə xatirə şəkilləri çəkdirildi.
     
                                     





























































Paylaşın:

Ən çox oxunan

Blog Arşivi