Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə gənclər arasında voleybol idman növü üzrə Xocalı rayon birinciliyi keçirildi

        11 may  2018-ci il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbin idman zalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə gənclər arasında voleybol idman növü üzrə Xocalı rayon birinciliyi keçirildi.
        Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı keçirilən tədbirdə 8 komanda qalib olmaq uğrunda mübarizə apardı. Yarışın nəticəsinə əsasən, I yeri Xocalı rayon Polis Şöbəsinin, II yeri Xocalı rayon mədəniyyət işçilərinin, III yeri isə Kosalar kənd gənclərinin yığma komandaları tutdular. Yer tutan komandalar Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən Fəxri Fərman və kubokla təltif edildilər.
        Sonda yarış iştirakçıları ilə xatirə şəkli çəkdirildi.
                             





























     
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi