15 may tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində əyləncəli futbol festivalı keçirildi. Xocalı şəhər 4 saylı tam orta məktəbin futbol meydançasında keçirilən festivalda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Milli Məclisin deputatı cənab Elman Məmmədəv, AFFA-nın vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı cənab Rauf Əliyev, Millət vəkili cənab Sabir Hacıyev və futbola marağı olan uşaqlar iştirak etdilər.
Festivalda giriş sözü ilə çıxış edən Şahmar Usubov ölkəmizdə idmana və dövlət gənclər siyasətinə göstərilən diqqət və qayğıdan danışdı. Azərbaycanın idmanda əldə etdiyi uğurlardan bəhs etdi. Şahmar Usubov dedi ki, keçirilən bu festivalla futbol sevinci yaşayırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində baş tutan futbol festivalı burada iştirak edən yeniyetmələrin yaddaşından silinməyəcək. Məcburi köçkünlər arasında keçirilən belə tədbirlər onların sevincinə və əhval-ruhiyyəsinin artmasına səbəb olur.
Bu əraziyə gələn qonaqlar Azərbaycan dövlətinin iqtisadi inkişafını, xalqımızın rifah halını əhalinin həyat şəraitindən, görülən abadlıq və tikinti işlərindən görə bilirlər. Biz Cənab Prezidentimiz İlham Əliyevin ətrafında inamla sıx birləşmişik. İnanırıq ki, burada yaradılan şərait öz Xocalımızda da yaradılacaq. Dövlətimizin apardığı uğurlu daxili və siyasət, xalqla - Ordumuzun, Prezidentin birliyi bunu əminliklə deməyə əsas verir ki, biz yağı tapdağında qalan torpaqlarımızı yaxın vaxtlarda düşmən tapdağından azad edəcəyik.
AFFA-nın vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Millət Məclisin deputatı Rauf Əliyev çıxışında bildirdi ki, belə görüşlərin təşkili ondan ibarətdir ki, istedadlı uşaqlar aşkar edilsin və onları gələcəkdə milli komandamıza namizədlər hazırlayaq.
Ən sevimli idman növü olan futbolu uşaqlarımız sevir. Azərbaycanda həm Sovet dövründə, həm də müstəqillik əldə olunandan sonra futbolun böyük adət-ənənələri olub. Ölkəmizdə futbolun inkişafı üçün hər cür şərait yaradılır.
Sonra Milli Məclisin deputatı Sabir Hacıyev çıxışında Xocalının dünyada soyqırıma məruz qalan bir şəhər kimi tanındığını bildirdi. O, dedi ki, istərdik ki, sizlərin arasında dünya miqyasında məşhur olan futbolçular olsun. İnanırıq ki, siz dədə-baba torpaqlarınıza qayıdacaqsınız.
Festivalın təşəbbüskarı Millət vəkili Elman Məmmədov dövlətimizin, ölkə rəhbərinin idmanımızın inkişafına, gənclərə olan diqqət və qayğısından söz açaraq bildirdi ki, bu festival da məhz belə diqqət və qayğının bir nümunəsidir. Gələcəyimiz, ümid yerimiz sizsiniz. Sizin sıralarınızda da istedadlı uşaqlar var. Əminik ki, tək futbolda yox, idmanının müxtəlif növlərində fərqlənənləriniz olacaq. Xocalının müxtəlif idman növləri üzrə, Respublika, MDB, Avropa, Dünya çempionları var.
Rəsmi hissənin sonunda məktəbli şagirdlərə futbol geyimləri və toplar hədiyyə edildi.
Uşaqlar öz istedadlarını komanda şəklində oyunlarda və penaltı vuruşlarında nümayiş etdirdilər.
Sonda şagirdlərlə xatirə şəkilləri çəkdirildi.