Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

            Ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 29 il ötür. Hər il olduğu kimi bu il də ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir. Bu mövzuda 29 oktyabr 2018-ci il tarixdə Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində də tədbir keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
             Məktəbin Uşaq Birliyinin Rəhbəri Məmmədov Kazım Qasım oğlu mövzu ətafında məruzə ilə geniş çıxış edərək bildirdi ki, Uşaq Hüquqları Konvensiyası - 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.
           Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.
Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər. Bu vəsaitdən istifadə edərək və öz yaradıcılıq qabiliyyətinizi əlavə edərək siz tədris prosesini lazımi istiqamətə yönəldə bilərsiniz. Giriş hissədən sonra siz Konvensiya tərəfindən qorunan hüquqların bölündüyü 4 kateqoriya ilə yaxından tanış olacaqsınız. Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir.
            İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin  51 maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 17 maddəsi göstərir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
             XX əsrdə uşaqlar daha çox təcavüz, zorakılıq, irqi ayrı-seçkilik, deportasiya və soyqırımlara məruz qalmışlar. Bu əsrdə baş verən iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, adi insani hüquqlarını kobudcasına pozmuşdur.
             Uşaqların hüququnu qorumaq üçün ilk təşəbbüs  1924 ildə Millətlər Cəmiyyəti tərəfindən 5 əsas prinsipdən ibarət bəyannamə oldu. Bu sənəd Cenevrə bəyannaməsi adlanır. 1959 ildə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu.
             Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989 il noyabrın 20 BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. Bu Konvensiyaya 189 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası Konvensiyanı 1992 ildə ratifikasiya etmişdir.
             Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraitə çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər.
            Konvensiyada hüquqlar müəyyənəlamətlətə görə qruplaşdırılmamışdır. Lakin şərti olaraq onları 4 qrupa bölmək olar:
-    I qrup: yaşamaq hüququ. - Bu qrup uşaqların yaşamaq hüququnu və bunun üçün zəruri olan tələbatları əhatə edir. Buraya müvafiq həyat standartları sığınacaq, qida və tibbi yardım almaq imkanları daxildir.
-    II qrup: inkişaf hüququ. - Bu qrup özünün ən yüksək inkişaf potensialına malik olmaq üçün uşaqların ehtiyacı olduğu şeylərdən ibarətdir. Buraya təhsil hüququ, oyunlar, asudə vaxt, mədəni fəaliyyət, informasiya almaq azadlığı, habelə söz, vicdan və dini əqidə azadlığı.
-    III qrup: müdafiə hüququ. - Uşağın pis rəftardam, hörmətsiz münasibətdən və istismardan müdafiəsini təmin edən məsələləri əhatə edir. Bu qrupa qaçqın və məcburi köçkün uşaqlara xüsusi qayğı göstərilməsi, onların silahlı münaqişələrə cəlb edilməsi, narkotik maddələrdən istifadə, uşaq əməyi kimi məsələlər daxildir.
-    IV qrup: İştirak hüququ. - Fikri sərbəst ifadə etmə, öz həyatı barəsində rəy söyləmə, ictimai təşkilatlara qoşulma, dinc yığıncaqlar keçirmə. Bu hüquqlar qrupu uşaqlara qabiliyyətləri, çatdığı qədər cəmiyyətin həyatında iştirak etmək imkanı verir, onlarda fəal vətəndaş mövqeyi formalaşdırır.
             Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu sahədə Azərbaycan Respublikasının əsas milli sənədi olan “ Uşaq hüquqları haqqında” qanun qəbul olunmuşdur.


Paylaşın:

Əlillərə hədiyyə olunan “Khazar LX” avtomobilləri açarlarının sahibləri sırasında Xocalı rayon sakinləri də var


        Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 
        Dövlətimizin başçısının tapşırığı ilə avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub. Ümumilikdə, 136 vətəndaşa Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunan “Khazar LX” avtomobilləri paylanılıb. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən Müharibəsi və Çernobıl əlilləridir.
        “Khazar LX” avtomobilləri açarlarının sahibləri sıralarında Xocalı rayon Kosalar kənd sakinləri, II qrup Qarabağ müharibəsi əlilləri - Abdullayev Elman Eldar oğlu, Məmmədov Natiq Kamal oğlu və Əhmədov Vüqar Qiyas oğlu da var. Cənab Prezidentimizin bu humanist addımından böyük sevinc və fərəh hissi keçirən avtomobil sahibləri “Xocalının səsi” qəzeti vasitəsilə öz təəssüratlarını bölüşürlər.
        Abdullayev Elman: “Ölkə prezidenti Cənab İlham Əliyev hər zaman  məcburi köçkünləri, o cümlədən Qarabağ, Böyük Vətən Müharibələri, Çernobıl əlillərini və şəhid ailələrini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün lazımi tədbirlər görür. Bizə göstərilən diqqət və qayğıya görə dövlətimizə və Cənab Prezidentimizə minnətdarlıq edirəm”.
        Natiq Məmmədov: “Biz Vətən yolunda çəkdiyimiz əziyyət-lərə görə qarşılıq gözləməsək də, dövlətimiz tərəfindən qiymətləndirildiyimiz üçün çox sevinirik. Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı nəticəsində onların sosial vəziyyəti gündən-günə yaxşılaşır. Bizə hədiyyə edilən avtomobillər göstərilən diqqət və qayğının bariz nümunəsidir.”.
        Vüqar Əhmədov: “Bizim ailənin avtomobilə ehtiyacı var idi. Avtomobilin verilməsi hər birimizi sevindirdi. Buna görə də ailə üzvlərim və öz adımdan Cənab Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik”.
Nəşrə hazırladı: Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi

           17 oktyabr tarixdə Xocalı rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirildi. Xocalı rayon İH-nin akt zalında keçirilən Şura iclasında Şuranın üzvləri, Xocalı rayon İcra Hakimiyyəti Aparatının, hüquq-müafizə orqanları əməkdaşları, yerli icra nümayəndələri və idarə, müəssisə rəhbərləri iştirak etdilər. 
          Şura iclasında iki məsələ müzakirə edildi. Gündəlikdə duran birinci məsələdə kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində görülən işlərdən, rayon baytarlıq idarəsinin apardığı müalicə və profilaktik tədbirlər barəsində, ikinci məsələdə Xocalı rayon İcra Hakimiyyəti başçısının sakinlərlə keçirdiyi səyyar qəbul görüşlər haqqında müzakirələr aparıldı.
          Rayonumuzun rəhbəri cənab Şahmar Usubov Prezident Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı keçirdiyi müşavirədə giriş və yekun nitqini məruzə ilə tədbir iştirakçılarına çatdırdı. Şahmar Usubov ölkəmizdə olan sosial-iqtisadi inkişafı rayonumuzla əlaqələndirdi. 9 ay ərzində rayonumuzda aparılan işlərlə bağlı məlumat verdi. Rayonumuzun rəhbəri qeyd etdi ki, köçkünlük şəraitində yaşamasına baxmayaraq, rayon əhalisi kənd təsərrüfatı ilə məşğul ola bilirlər. Kənd təsərrüfatının müxtəlif sahələrində artım qeydə alınmışdır. Aşağı Ağcakənd qəsəbəsi ərazisində əkilmiş tut ağaclarından bu il 500 kq barama istehsalı planına qarşı 636 kq barama istehsal edilmişdir. Yeni tut ağacı tinglərinin əkilməsi nəzərdə tutulmuşdur.
Sonra çıxışlara yer verildi. Xocalı rayon Vergilər Şöbəsinin direktoru, baş vergi xidməti müşaviri Nurəddin Allahverdiyev məruzə ilə çıxışında bildirdi ki, 01.10.2015-ci il tarixə Xocalı rayonu üzrə VÖEN verilməklə uçota alınmış vergi ödəcyicilərinin sayı 571 (38 hüquqi şəxs və 533 fiziki şəxs), faktiki faəliyyət göstərən vergi ödəyicilərinin sayı isə 129 və ya 22,6% təşkil edir. Cari ilin 9 ayında 14 fiziki şəxs olmaqla cəmi 14 vergi ödəyicisi qeydiyyata alınmışdır. Eyni zamanda cari ilin 9 ayı ərzində Xocalı rayon Vergilər Şöbəsi üzrə proqnoz tapşırıq 311,6 min manat müəyyənləşdirilmiş və proqnoz tapşırığına 101,2% əməl olunmuşdur. 2018-ci ilin 9 ayı ərzində vergi orqanında qəbul edilmiş 49 vergi ödəyicisinə 187 halda xidmət göstərilmişdir.
Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov məruzə ilə çıxış edərək Xocalı rayon Məşğulluq Mərkəzi öz işini hər il rayon icra hakimiyyətinin başcısının Sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanan Ərazi Məşğulluq Proqramı əsasında qururduğunu, Proqramın icrası ilə əlaqədar müəyyən işlər görüldüyünü vurğuladı. Qeyd etdi ki, 2018-ci ilin 9 ayı ərzində 199 nəfər vətəndaş mərkəzə müraciət etmişdir, onlardan 113 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdı. 9 ay ərzində mərkəzə daxil olmuş vakant iş yerlərinə, işlə təmin olunması üçün 55 nəfər işaxtarana göndəriş vərəqi verilmişdir. Onlardan  39 nəfəri daimi işlə təmin olunmuşdur. 2018-ci ilin 9 ayı ərzində 1 nəfərə işsizlik statusu verilib və  müavinət təyin edilmişdir. 2018-ci ilin 9 ayı ərzində 110 nəfər işaxtarana, 51 nəfər orta məktəblərin yuxarı sinif  şagirdlərinə peşəyönümü məsləhətlər verilmişdir. Peşə hazırlığı kurslarının təşkili üçün real iş yerlərininin açılması nəzərdə tutulmadığı üçün təşkil olunmamışdır gələcəkdə “Xalçaçılıq sexi”nin tikintisi başlanıldıqdan sonra xalçaçılıq kursunun təşkil olunması nəzərdə tutulub. Məlumat üçün qeyd etmək istəyirəmki 2019-cu ildə Aşağı Ağcakənd qəsəbəsində 150 nəfər işçinin çalışacağı xalça sexi sakinlərimizin istifadəsinə veriləcəkdi və fürsətdən istifadə edərək bütün təşkilat rəhbərlərindən xahiş edirəm ki, bu barədə kollektivlərini indidən məlumatlandırsınlarki, əhali arasında təbliğat işləri aparılsın ki, sex hazır olanda işçi kontingentimiz hazır olsun. İşləmək istəyən amma toxumağı bacarmayan insanlar üçün mərkəz tərəfindən kurs təşkil ediləcək və onlara kursa gəldikləri müddətdə 130 manat təhsil təqaüdü veriləcək .İşləmək istəyən şəxslər indidən məşğulluq mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilərlər. 2018-ci il üzrəXocalı rayonuna özünüməşğulluq proqramı üçün nazirlik tərəfindən 40 nəfər kvota nəzərdə tutulub özünü məşğulluq proqramına cəlb olunması nəzərdə tutulan 55 nəfər işaxtaran şəxs  kursa cəlb olunub biznes planları uğurlu hesab edilən şəxslərə aktivlərin verilməsi yaxın günlərdə nəzərdə tutulub.
          Xocalı rayon Baytarlıq İdarəsinin rəisi Əlniyaz Nəcəfov məruzə ilə çıxış edərək bildirdi ki, profilaktik tədbirlərin keçirilməsi Xocalı Rayon Baytarlıq İdarəsinin 3 sahə baytar məntəqəsi tərəfindən aparılır. Əlniyaz Nəcəfov qeyd etdi ki, iribuynuzlu heyvanlarda brüsellyoza qarşı sereloji müayinə 611 baş, tuberkulizasiya 147 baş, epididimit və brüsellyoz 155 baş olmuşdur. Bundan başqa iribuynuzlu, xırdabuynuzlu heyvanlarda, müxtəlif xəstliklərə qarşı peyvəndləmə tədbirləri həyata keçirilmişdir. Peyvəndləmə tədbirləri itlərdə quduzluğa qarşı, quşlarda taun, 1-15 günlük cücələrdə La-Sota xəstəliyinə qarşıda aparılmışdır.
          Daha sonra gündəlikdə duran ikinci məsələ ətrafında çıxışlarda Xocalı rayon İcra Hakimiyyəti  Başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramilə Xudayarova çıxış edərək Xocalı rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin 9 ayı ərzində keçirdiyi səyyari qəbulları zamanı qaldırılmış təkliflərin icra vəziyyəti haqqında məlumat verdi. Ramilə Xudayarova bildirdi ki, rayonumuzun rəhbəri tərəfindən ayda 4 dəfədən az olmayaraq sakinlərlə yerlərdə səyyar qəbul – görüşlər keçirilir. Bunun nəticəsi olaraq vətəndaşların müraciəti azalıb. Çünki, vətəndaşların problemləri yerində araşdırılır, həll olunur. 2018-ci ilin 9 ayı ərzində 29 dəfə məcburi köçkünlərin ən çox məskunlaşdığı ərazidə səyyar qəbul – görüşlər keçirilmişdir. Şəhər və rayonlarda keçirilən səyyari görüşlərin 6-sı Bakı, 5-i Gəncə, 1-i Mingəçevir, 2-si Şəki, 1-i Ağdaş, 6-sı Goranboy, 1-i Bərdə, 1-iYevlax, 1-i Tərtər, 2-si Oğuz, 1-i Ağcabədi rayonunda keçirilmişdir. Görüşlər zamanı 124 vətəndaş müraciət etmişdir. Bunlardan 26-sı iqtisadi, 71-i sosial və humanitar, 27-si infrastruktur təklifləri olmuşdur.  Ümumilikdə 9 ay ərzində qaldırılmış məsələlərin 37%-i tam olaraq həllini tapmışdır. 
        Yekun olaraq Xocalı şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Əhmədov Emin Nəsir oğlu Azərbaycanın müstəqllik tarixindən bəhs edən geniş məruzə ilə çıxış etdi.
          Sonda Şahmar Usubov rayonun müəssisə, idarə rəhbərlərinə tapşırıqlar verdi.













Paylaşın:

"Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə "Qələmimizi süngüyə çevirək" devizi altında şeir müsabiqəsi keçirilir

        Əziz oxucular! 1991-ci ilin iyul ayının 9-da yaranan Xocalı rayon İcra Hakimiyyətinin mətbuat orqanı olan "Xocalının səsi" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. "Xocalının səsi" qəzeti 27 ildir ki, Xocalı soyqırımını, Xocalı rayonu haqqında məlumatları, ümumrayon tədbirlərini, rayonumuzun istedadlı, ziyalı insanları barədə yazıları, eləcə də Respublika əhəmiyyətli mövzuları öz səhifələrində işıqlandırır. Xocalılar kimi köçkünlük həyatı yaşayan rayon qəzeti keşməkeşli yollarda müxtəlif çətinliklərlə qarşılaşmağına baxmayaraq, bu gün haqq səsimizi gücü çatdığı qədər car etməkdədir.
        Cari ilin dekabr ayında "Xocalının səsi" qəzetinin 300-cü buraxılışı işıq üzü görəcək. Bu münasibətlə müxtəlif tədbirlərlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda redaksiya və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə Xocalı rayon məktəbliləri arasında vətənpərvəlik və Xocalı soyqırımı mövzusunda şeir müsabiqəsinə start verilir. Müsabiqədə hər iştirakçı istənilən sayda şeirlər göndərə bilər.
         Müsabiqə üçün hazırlanan şeirlər müəllifin kimliyi haqqında məlumatlarla birlikdə, həmçinin təhsil aldığı məktəbin adı, oxuduğu sinif qeyd edilərək xocalininsesi@gmail.com elektron poçtuna göndərilməlidir. Göndərilən şeirlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və nəticə dekabr ayının sonlarında açıqlanacaq. I, II, III yerə layiq görülən iştirakçılar Fəxri Fərman və hədiyyələrlə təltif olunacaqlar. I yeri tutan şagirdin şeiri şəkli ilə birlikdə qəzetdə dərc ediləcək.







Paylaşın:

Azərbaycan dialektiologiyası şöbəsinin əməkdaşları tərəfindən Qarabağ dialektinin bir şivəsi kimi Xocalı şivəsi araşdırıldı

       Dövlət başçısı Cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı əsasında təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektiologiyası şöbəsinin əməkdaşları xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd, Börü, Meşəli qəsəbələrində, Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə və digər yaşayış yerlərində sakinlərlə görüşlər təşkil edərək Xocalı şivəsini araşdırdılar. Dialektiologiya şöbəsinin müdiri Kifayət İmamquliyevanın rəhbərliyi ilə alimlər heyəti Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və dilçiliyin yeni istiqamətdə öyrənilməsi məqsədilə Qarabağ dialektinin bir şivəsi kimi Xocalı şivəsi haqqında ayrı-ayrı kəndlərin sakinləri arasında aparılan sorğular əsasında məlumatlar topladılar.
        Məlumat üçün bildirək ki, Azərbaycan dialektologiyası şöbəsi Azərbaycan dili dialekt və şivələrinin tarixi aspektdə tədqiqini, tərtib olunmuş proqramlar əsasında Azərbaycan dili dialektlərinin tarixi və coğrafi arenasını müəyyənləşdirən dialektoloji atlasların, gələcək tədqiqatlara stimul verən və Azərbaycan dialektlərini özündə əks etdirən səsli disklərin, müasir tələblərə uyğun olaraq dialektoloji elektron kitabların, müxtəlif dialektoloji lüğətlərin hazırlanmasını, dialektoloji materiallar əsasında etnolinqvistik araşdırmalar aparılmasını və onların monoqrafik nəşri, sahə terminologiyasının işlənməsi İnstitut daxilində, ümumən respublika və respublikadan kənar səviyyədə Azərbaycan dili dialektlərinin elmi, dissertantura səviyyəsində tədqiqini, onların monoqrafik nəşrini, gənc, ixtisaslı elmi kadrların ‒ dialektoloqların hazırlanmasını nəzərdə tutur.







Paylaşın:

Hər zaman səni xoş xatirələrlə anacağıq

        Məhərrəmov Təhməz  Səfi oğlu, 1937-ci il, yanvar ayının 5-də Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1945-ci ildə Kosalar kənd 7 illik məktəbinin birinci  sinfinə gedir. 1952-ci ildə həmin məktəbi bitirir. Həmin ilin sentyabr ayında Şuşa şəhər Bədən tərbiyəsi Texnikumuna daxil olur. 1956-cı ildə həmin məktəbi bitirir. Həmin ilin sentyabr ayının 1-dən Kosalar kənd 7 illik məktəbinə müəllim təyin edilir. 

        Təhməz müəllim 1960-61-ci illərdə Sovet ordusu sıralarında xidmət edir. Ordudan tərxis olunaraq, Vətənə, doğma kəndinə qayıdan Təhməz müəlim, doğma məktəbdə əmək fəaliyyətini davam etdirir. 
        O, 1963-cü ildə Azərbay-can Dövlət Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsinə daxil olur. 1969-cu ildə institutu həmin ixtisas üzrə başa vurur. 
        Təhməz müəllim pedoqoji fəaliyyəti ərzində yüksək səviyyəli dərs üsulu ilə həmişə seçilmişdir. O, həmişə nizam - intizamı ilə örnək olmuşdur. Yeni dərs ilində lazımi sənədləri ilk təsdiqlədən müəllimlərdən biri də Təhməz müəllim olardı. Onun haqqında eyni illərdə işləmiş müəllim yoldaşlarından kifayət qədər xoş sözlər eşitmək olar. 
        Təhməz müəllim 1985-ci ildə təhsildə yüksək nailiyyətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Baş müəllim” adına layiq görülmüşdür. 2008-ci ildə müəllimlər arasında keçirilən attestasiya imtahanında göstərdiyi yüksək nəticəyə görə Xocalı rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2010-cu ildə şagirdlərin təlim - tərbiyəsində yüksək xidmətlərinə görə məktəb üzrə ilin müəllimi seçilmişdir. Təhməz müəllimin şagirdləri fənn olimpiadalarında yüksək nəticələr göstərmişlər. Bu səbəbdən Təhməz müəllim və onun şagirdləri bir çox fəxri fərmanlarla təltif olunmuşdur. 
        Təhməz müəllimin təlim metodu əsl pedaqoji normalara uy-ğun təlim üsulu idi. O, heç zaman uşaqlarla münasibətini pozmazdı, eyni zamanda sinif otağında təmkinini qoruyardı. Odur ki, bu korifey müəllimin dərsini şagirdləri pozmaz və maraqla onun yeni dərsini dinləyərdilər. Təhməz müəllimin yeni mövzunu izahı şagirdlər üçün hər zaman yeni bir kəşf olardı. Budur artıq dərs danışmaq vaxtıdır...Bax bu əsl imtahan idi.
        Yaş həddi ilə əlaqədar olaraq, 2011-ci il, avqust ayının 26-da müəllimlik vəzifəsindən azad edilmişdir.  
        55 ilini şagirdlərin təlim-tərbiyəsinə həsr edən Təhməz Məhərrəmov məktəb həyatından ayrılsa da, ara-sıra əlamətdar tədbirlərdə doğma məktəbi olan Kosalar kənd tam orta məktəbinə  baş çəkir, məktəbdə əvvəllər onunla birlikdə çalışan və sonradan pedaqoji kollektivə qoşulan müəllimlərə xoş arzularını bildirərdi.
        Daim şagirdlərinə sağlamlıq haqqında tövsiyələr verən bu polad kimi insanın, xəstəliyi heç zaman yaxına buraxmayan bir adamın ölüm xəbəri hər bir tanıyanı, şagirdlərini, müəllim kollektivimizi sarsıtdı. Avqust ayının 17-də haqq dünyasına qovuşan Təhməz müəllimin vəfat xəbəri hər bi-rimizdə dərin kədər və təəssüf hissi yaratdı. 
         İllər ötəcək, ancaq çoxsa-həli bilgiyə malik olan Təhməz müəllimin yaddaşımıza həkk olmuş gülər üzünü, şirin zarafatlarını, baməzə sözlərini, insani keyfiyyətlərini daim xoş xatirələrlə anacağıq. 
        Necə də gözəl idi belə müəllimlərlə birgə işləmək...
        Məkanın cənnət olsun!
Rauf MİRZƏYEV,
Xocalı rayon Kosalar kənd tam orta məktəbinin 
təşkilati işlər üzrə direktor müavini
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi