Məlumat üçün bildirək ki, Azərbaycan dialektologiyası şöbəsi Azərbaycan dili dialekt və şivələrinin tarixi aspektdə tədqiqini, tərtib olunmuş proqramlar əsasında Azərbaycan dili dialektlərinin tarixi və coğrafi arenasını müəyyənləşdirən dialektoloji atlasların, gələcək tədqiqatlara stimul verən və Azərbaycan dialektlərini özündə əks etdirən səsli disklərin, müasir tələblərə uyğun olaraq dialektoloji elektron kitabların, müxtəlif dialektoloji lüğətlərin hazırlanmasını, dialektoloji materiallar əsasında etnolinqvistik araşdırmalar aparılmasını və onların monoqrafik nəşri, sahə terminologiyasının işlənməsi İnstitut daxilində, ümumən respublika və respublikadan kənar səviyyədə Azərbaycan dili dialektlərinin elmi, dissertantura səviyyəsində tədqiqini, onların monoqrafik nəşrini, gənc, ixtisaslı elmi kadrların ‒ dialektoloqların hazırlanmasını nəzərdə tutur.
Tags
Ümumi hadisələr