27 noyabr tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində mülki müdafiənin təşkili mövzusunda konfrans keçirildi. Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfransda Xocalı rayon İH-nın başçıcı cənab Şahmar Usubov, FHN-nin Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov konfransı giriş sözü ilə açaraq gündəlikdə duran məsələni diqqətə çatdırdı. Konfransda məruzə ilə çıxış edən Mirəli Feyziyev mülki müdafiənin təşkili istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, ötən dövr ərzində Xocalı rayonunda 61 obyektdə mülkü müdafiə planı tərtib olunub. Mülki müdafiə tərtib olunmuş planların əksəriyyəti təhsil müəssisələridir. İdarə və müəssisələr hər biri hesabat verməlidir. Mülki müdafiə özümüzün və əmlakımızın mühafizəsinin təşkili məqsədilə görülmüş tədbirlər kompleksidir. Mülki müdafiə düşmən hücumu zamanı əhalinin müdafiə edilməsi, habelə fövqəladə hallar baş verdikdə əhalinin müdafiəsi, təhlükəsiz ərazilərə təxliyyəsi məqsədilə görüləcək tədbirlərdir.
Sonra konfrans iştirakçıları FHN-nin Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyevə suallar ünvanladılar. Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov əhalinin müdafiəsi üçün istehkam qurğularının hazırlanması, alternativ yolların çəkilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ödənilməsini hansı struktur təmin etməlidir sualını verdi. Xocalı rayon 1 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Aydın Nəcəfov bildirdi ki, çalışdığı məktəbin zirzəmizisi torpaqla örtülüb. O, gələcəkdə tikilməsi nəzərdə tutulan məktəb binalarında zirzəmilərin tikilməsininin nəzərdə saxlanılmasını və orta məktəblərdə şagirdlərə fövqəladə hallar zamanı ilkin tədbirləri öyrətmək üçün əlehqazların verilməsini təklifini verdi.
Mirəli Feyziyev verilən sualları cavablandırdı və təkliflərə münasibət bildirdi. Qeyd etdi ki, qaldırılan məsələlərlə bağlı aidiyyatı strukturlara məlumat veriləcək.
Xocalı rayon Fövqəladə Hallar Komissiyasının sədri Vahid Əliyev çıxışında vurğuladı ki, mülki müdafiə hər birimizin həyatı ilə bağlı olan məsələdir. Texnogen hadisələr, təbii fəlakətlər və müharibə şəraitində fövqəladə vəziyyət elan edilir. Bu hadisələrin qarşısını almaq mümkün olmasa da, dəymiş zərərin miqyasını azaltmaq mümkündür.
Yaxşı olar ki, mülki müdafiənin təşkili üçün regionun spesifik xüsusiyyəti nəzərə alınmaqla ixtisaslı mütəxəssislər tərəfindən analizlər aparılsın və həmin ərazidə baş verə biləcək hadisələrin miqyasını azaltmaq üçün lazımı tədbirlərin həyata keçirilməsi üçün mütəxəssis yanaşması ortaya qoyulsun. Bizim müvəqqəti məskunlaşdığımız ərazi cəbhəboyu ərazidə yerləşir. Burada əsas vəzifə hərbi vəziyyət yaranarsa, müharibə şəraitində mülkü vətəndaşların müdafiəsinin təmin olunması zəruriliyidir. Bunun üçün sığınacaqların hazırlanması, yaşayış məntəqələrindən insanların təxliyyə olunması üçün alternativ yolların çəkilməsi məsələləri icra olunmalıdır.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov gündəlikdə duran məsələnin əhəmiyyətini diqqətə çatdırdı. Rayon rəhbəri qeyd etdi ki, fövqəladə hadisələrin dinc dövrdə də baş verməsi mümkündür. Biz o zaman məsələlərin kompleks həllinə nail ola bilərik ki, bir yerdə işləyək. Baş verə biləcək fövqəladə hadisələrə qarşı hazırlıqlı olmalıyıq. Mülki müdafiənin təşkili mövzusunda mütəmadi maarifləndirici tədbirlər aparılmalıdır.
27 Kasım 2018 Salı
Homepage
» Mülki müdafiənin təşkili mövzusunda keçirilən konfrasda mühüm təkliflər səsləndirildi
Mülki müdafiənin təşkili mövzusunda keçirilən konfrasda mühüm təkliflər səsləndirildi
Posted at 11/27/2018 |  in Ümumi hadisələr
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi
-
15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
XOCALININ İGİD POLİSİ
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
LAYLAM, XOCALIM, LAYLAY
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: