Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalılar Yeni il şənliyini doğma torpaqlara qayıtmaq arzusu ilə qeyd etdilər

        28 dekabrda Xocalı rayon Mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İHB-nın müavinləri Vahid Əliyev, Lamiyə Qarayeva, hüquq-mühafizə orqanları əməkdaşları rayon ziyalıları, "N" saylı hərbi hissənin əsgərləri və məktəb şagirdləri iştirak etdilər. 

        Tədbirdə çıxış edən natiqlər ölkəmizin 2018-ci ildə əldə etdiyi uğurlardan danışdılar. Bildirildi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. İyun ayının 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə, möhtəşəm Hərbi Parad təşkil olunmaqla qeyd edildi. Azərbaycan Ordusunun 100 illiyinə ən böyük töhfə isə Naxçıvanın Cünnüt kəndinin erməni işğalından azad edilməsi, ermənilərə, Ermənistana 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, böyük sarsıdıcı zərbə endirildi. Sentyabr ayının 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərədfindən işğaldan azad edilməsinin 100 illiyi Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Senyabr ayının 21-də isə “Cümhuriyyət İli” çərçivəsində Müsəlman-Şərq aləmində ilk dəfə yaradılan parlamentin - AXC Parlamentinin 100 illiyi Milli Məclisin xüsusi və təntənəli iclası ilə qeyd olundu. Dünyanın 50-yə yaxın ölkəsinin, nüfuzlu beynəlxalq təşkilatların parlament nümayəndə heyətlərinin iştirakı ilə AXC Parlamentinin 100 yaşı ən yüksək səviyyədə qeyd edildi. AXC-nin 100-cü ildönümünün səhərisi günü, may ayının 29-da Səngəçal terminalında Azərbaycan prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi keçirildi.  İyun ayının 12-də Türkiyənin Əksişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə TANAP-ın rəsmi açılış mərasimi oldu.  İyul ayında Azərbaycan Prezidentinin Brüsselə növbəti səfəri olub və bu, siyasi tariximizə “Brüssel zəfəri” kimi düşüb. Həmin səfərdə “Brüssel zəfəri”ndə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında böyük uğura imza atmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edilib. Avqust ayının 12-də məhz Azərbaycanın, zamanında eks-prezident, mərhum Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin gərgin və yorulmaz fəaliyyətləri nəticəsində 1996-cı ildən davam edən 22 illik Xəzər müzakirələri, danışıqları öz müsbət sonluğu ilə nəticələnib. 31-ci ilini artıq geridə qoymaqda olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli bu il də baş tutmasa, Ermənistanın destruktivliyi, təxribatçılıq əməlləri davam etsə belə, Qarabağ probleminin çözümü istiqamətində Azərbaycan dövlətinin, ölkə liderinin ardıcıl səyləri davam etdirilib.

        Şaxta babanın Yeni il sərgüzəştləri və məktəb şagirdlərinin hazırladıqları gülməli səhnəciklər tədbir iştirakçılarının ovqatını artırdı.

        Tədbirdə Xocalı rayon mədəniyyət işçiləri bir-birindən gözəl şən mahnılar ifa etdilər.

        Yeni il şənliyi düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yekunlaşdı. 






















Paylaşın:

Kərkicahan qəsəbəsinin işğalının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

        28 dekabr tarixdə Gəncə şəhərində fəaliyyət göstərən Kərkicahan qəsəbə klubunda Kərkicahan qəsəbəsinin işğalının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Ərazi iderəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vaqif Həsənov,  Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndə Dərgah Haqverdiyev, qəsəbə sakinləri və məktəblilər iştirak etdilər. 
        Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
        Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndə Dərgah Haqverdiyev çıxış edərək 27 il əvvəl mənfur ermənilərin havadarlarının köməyi ilə Kərkicahan qəsəbəsini işğal etmələri haqqında məlumat verdi. Bədxah qonuşularımız ermənilərin istəyi ilə SSR-i dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası Kərkicahana tuşlanmışdı. Qaz kəmərləri partladılır, evlər atılan mərmirlərlə yandırılırdı. 1988-ci ilin sentyabrında ermənilər Xocalıya və Kərkicahana hücum etməyə başladılar. Qorxmaz kərkicahanlılar daş-kəsəklə hücuma keçən kütlənin qarşısını igidliklə ala bildilər. Heç zaman düşməndən qorxmayan kərkicahanlılar düşmənə qarşı ciddi müqavimət göstərib. Kərkicahanın qadınları da, kişiləri qədər igidlik göstəriblər. 1991-ci ilin dekabr ayı kərkicahanlılar üçün ən ağır və həlledici ay oldu. Dekabr ayının 2-dən ermənilər aramsız hücuma keçdilər. Silahsız və köməksiz qalan camaat 366-cı motoatıcı alayın hərbi texnikası qarşısında tab gətirə bilmədi. 
        Kərkicahan camaatı işğala qədər 34 nəfər şəhid verdi. İşğal günündən sonra da kərkicahanlılar düşmənlərə qarşı igidliklə döyüşdülər.
        Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradav adına 6№li Kərkicahan qəsəbə  tam orta məktəbin direktoru Arzu Hacıyeva rəhbərlik etdiyi məktəbdə şagirdlərə mütamadi olaraq Qarabağın qədim tarixi, mədəniyyəti, Xocalı soyqırımı, işğal olunmuş rayonlarımız haqqında məlumatlar verildiyini qeyd etdi.
        Xocalı rayon İH-nin məsul şəxsləri - Səxavət Hüseynov, Vaqif Həsənov öz çıxışlarında Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində doğma torpaqlarımıza qayıdacağımız günün yaxın olduğunu vurğuladılar. Bunu Aprel döyüşləri, uğurlu Cünnüt əməliyyatı və dövlətimizin, Ordumuzun gücü deməyə əsas verdiyini bildirdilər. 
        Sonda məktəb şagirdləri Qarabağ həsrətli, mübariz ruhda yazılmış şeirlər 
səsləndirdilər. 




Paylaşın:

"Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə və "Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında voleybol yarışı keçirildi

         27 dekabrda Xocalı rayon Kosalar kənd tam orta məktəbinin idman zalında Xocalı rayon Gənclər və İdman İdarəsinin və "Xocalının səsi" qəzetinin birgə təşkilatçılığı ilə "Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə və "Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında Xocalı rayon məktəbliləri arasında voleybol yarışı keçirildi. Yarışda Kəlbəcər rayon 99 saylı tam orta məktəbin şagirdlərindən ibarət yığma komanda da iştirak etdi.
        Yarışdan əvvəl Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov və baş məsləhətçi Ramiz Alıyev çıxış edərək narkomaniyanın və digər zərərli vərdişlərin insan həyatına mənfi təsirindən danışdılar. Zərərli vərdişlərdən gəncləri çəkindirmək üçün və bu bəlanın fəsadları haqqında ətraflı məlumatlar verdilər. "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu qəzetin yaranma tarixindən və fəaliyyətindən söz açdı. Xocalı rayonunun yeganə mətbuat orqanının səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında mütəmadi yazılar verildiyini vurğuladı. 
         Yarışın nəticəsinə əsasən, I yerə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin komandası, II yerə Xocalı rayon Yaloba kənd tam orta məktəbinin komandası, III yerə isə Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin komandası sahib oldu. 
                              



















Paylaşın:

Zamin ləqəbli qəhrəman - Füzuli Rüstəmov

Tərtərdən Xocalıya
Füzuli Saleh oğlu Rüstəmov 1965-ci il dekabr ayının 25-də Tərtərin Hüsənli kəndində dünaya göz açıb. Sonradan taleyi onu Xocalıya gətirib. Hər iki valideyinin vaxtsız itirən Füzuli bacısı Fiqurə ilə birlikdə babası Kərim kişinin himayəsi altında böyüyür, məktəbə gedir. Müxtəlif səbəblərdən tam orta təhsil ala bilmir. Səkkizillik təhsillə Sovxozda əmək fəaliyyətinə başlayan Füzuli az vaxtda kollektivin hörmətini qazanır.
                               Ən qaynar nöqtələrə
           Elimizin-obamızın başı üstünü qara buludlar alanda Füzuli dinc dayana bilmədi. İlk gənclik illəri qanlı-qadalı müharibəyə təsadüf edən gənc çox ciddi cəhdlə Xocalı Özünümüdafiə batalyonuna yazıldı. Doğma torpaqları  hansı tərəfdən təhlükə  gözləyirdisə, Füzuli dərhal həmin nöqtəyə atılrdı. Qəlbi qisas almaq istəyi ilə dolu olan gənc vətənpərvər döyüşçü ermənilərin  daha çox toplaşdığı və təhlükə mənbəyinə çevrilmiş “86” adı ilə tanınan Erməni postunu dağıtmağa nail olur. Hətta bu əməlinə görə dörd ay həbs cəzası da alır.
Blokada şəraitində yaşayan Xocalıya heç yerdən silah, güllə gətirmək mümkün olmadığından vəziyyət dah da pisləşir, təhlükə dah da yaxınlaşırdı. Belə anlarda Füzuli gecə at belində meşə yolu ilə  Ağdama keçərək xeyli silah gətirir. Həmin vaxtlarda Xocalı aeraportunu partlatmaq zərurəti yaranmışdı. Füzuli də təkidlə həmin əməliyyatda iştirak etmək istəyini bildirir və olduqca böyük məsuliyyət tələb edən əməliyyat çox böyük uğurla həyata keçilir.
Xocalı yanırdı                             
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər müxtəlif istiqamətlərdən ən müasir texnika və silah1lardan istifadə edərək Xocalıya od vurdular. Şəhər od tutub yanırdı. O qarlı, şaxtalı qış gecəsində xocalılar çöllərə səpələnmişdi. Onları bu bəladan qurtarmaq üçün özünü odun içinə atan gənc döyüşçünün sayıqlığı nəticəsində çoxlu sayda Xocalı sakini Ağdama keçə bildi. Füzuli bildirdi ki, arxada qalanlar da var və onları da xilas etmək lazımdı. Odur ki, o, eyni hərəkətini bir neçə dəfə təkrarlamalı oldu. Növbəti cəhtində isə...
                                                    Füzulini vurdular.
Dinc sakinləri qorumaq üçün sinəsini sipər edən Füzuli Rüstəmov bu dəfə düşmən gülləsinə tuş gəldi. Ağır yaralanan igid döyüşçü xəstaxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmadı.
Tərtərin  Hüsənli kəndindən Xocalıya köçən məsum bir uşaq 26 yaşında yenidən doğulduğu kəndə aparılır. Bu dəfə dəfn olunmağa.
        Füzuli Saleh oğlu Rüstəmova Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. İndi bu ad, bu ünvan təkcə xocalıların və tərtərlilərin deyil, bütün Azərbaycan xalqının and yeri, iman mənbəyidir.

Maqsud Ülvi
Araşdırmaçı jurnalist

Paylaşın:

27 ildir Meşəlidə həzn səsli meşəlilər nəğmə oxumurlar

        Xocalı rayon Meşəli kəndinin erməni qəsbkarları tərəfindən işğal edilməsinin 27-ci ildönümündə Goranboy rayonunda fəaliyyət göstərən Xocalı rayon Meşəli kənd tam orta məktəbində tədbir keçirildi.
        Tədbirdə Xocalı rayon Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlham Kazımov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
        Əvvəlcə Vətən torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
        Tədbirdə çıxış edən natiqlər 
Meşəli kəndinin coğrafi mövqeyi, füsunkar təbiəti, tarixi haqqında məlumat verdilər. Meşəli kəndinə ermənilərin hücum planından danışdılar. Bildirildi ki, Cəmilli kəndinin işğalından sonra qəsbkar ermənilər Meşəli kəndinin işğal planını həyata keçirdillər. 1991-ci il 23 dekabr saat 07:00 radələrində qəflətən hücuma keçən erməni və rus birləşmələri hər cür silahdan atəş açaraq dinc sakinləri qətlə yetirirdilər. Həmin gün qeyri-barəbər qüvvələrin olmasına baxmayaraq, kəndin cəsur oğulları ermənilərin kəndə girməyinə imkan vermədilər. Bir neçə saat atışmadan sonra artıq silah-sursat azalırdı. Belə vəziyyətə əhali kəndi tərk etməyə məcbur oldu. Erməni quldur dəstələri kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vururdular. Qaragav kəndi tərəfdən möhkəm durun köməyə gəlirik qışqırtıları gəldi. Kosalar döyüşçüləri, Xocalıdan Əlif Hacıyevin dəstəsi və Şuşadan "OMON" üzvləri köməyə çatdılar. Birlikdə kəndi quldurlardan azad etdilər. Erməni quldurlarının Meşəli kəndinə təcavüzü nəticəsində 23 dekabr 1991-ci il tarixdə 25 nəfər şəhidimiz oldu. Onlardan 20-si Meşəli sakini, 5 nəfəri isə kənardan köməyə gələn döyüşçülər idi. Meşəli kəndi Vətən uğrunda ümumilikdə 28 nəfər şəhid verib.
        Çıxışlarda vurğulandı ki, ovaxtkı səriştəsiz hakimiyyətin laqeydliyindən Meşəli faciəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımız işğala məruz qaldı. Xalqa dayaq olan rəhbərimiz olmadı. Ermənilərin törətdiyi vəhşiliklər mətbuatda işıqlandırılmırdı. Torpaqlarımıza hücum edən ermənilər təpədən-dırnağa sılahlandırılmışdı.
       Xain düşmənlərimiz Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım aktları keçirmişdir. Bu soyqırım aktlarından biri də Meşəli kəndində törədilmişdir.
       Daha sonra məktəb şagirdləri Meşəli faciəsi haqqında və vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.
      


Paylaşın:

Qürurumuz, fəxrimiz, Ümummilli liderimiz Heydər Əliyev dühasının yetirməsi, onun inandığı şəxsiyyət – Ramil Usubov

Qədim Xocalı mədəniyyət abidələri ilə zəngin, bərəkətli torpaqlara məxsus, Azərbaycanın dilbər guşələrindən biridir. İndi doğma yurd-yuvamız düşmən tapdağı altında inildəyir.  XX əsrin ən dəhşətli soyqırımını yaşayan xocalıların başına gətirilən müsibətlərin ağrı-acısı, doğma yurd həsrəti daim onları narahat edir, ən xoş günlərində belə yaxın keçmişin acı təəssüratı onların gözlərinin qarşısına gəlir. Bu ağrı – acı, dədə-baba torpağının həsrəti doğma yurd yerlərimizi yağı düşmənin tapdağından azad etdiyimiz gün sakitləşəcək. O zaman şəhidlərimizin ruhu da rahatlıq tapacaqdır.    
Xocalı rayon sakinləri daim dövlətimizə və dövlətçiliyimizə sədaqət nümayiş etdirirlər. Dövlətimizə, torpağımıza, xalqımıza olan sədaqətin və bağlılığın ən yüksək nümunəsi yüzlərlə Xocalı sakininin şəhidlik zirvəsinə ucalmasıdır. Xocalılar şəhidləri, igid oğul və qızları, qəhrəman övladları ilə fəxr etmələri ilə yanaşı, ziyalı insanları ilə də hər zaman fəxr edirlər. Məhz bu fəxr hissi dövlətimizin və Cənab Prezidentimizin diqqət və qayğısı qədər Xocalı soyqırımının dəhşətlərini az da olsa, ürəklərdə səngidir, xocalılara qürur və sevinc hissi yaşadır. Hər bir xocalılının qüruru, özünə mənəvi dayaq bildiyi həmyerlisi, Ümummilli liderimiz Heydər Əliyev dühasının yetirməsi, onun inandığı şəxsiyyət - Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubovdur. Azərbaycanın ən uzun müddətli Daxili İşlər naziri olan general-polkovnik Ramil Usubovun xidmət yoluna nəzər yetirək.
 Usubov Ramil İdris oğlu 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ  DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin edilmiş, 1989-cu ilədək həmin vəzifədə işləmişdir.
1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi,  1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə  Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin olunmuşdur.
Ramil Usubovun peşəkarlığı və sadiqliyi hələ o vaxtlar mərhum dövlət başçısı Heydər Əliyevin diqqətini cəlb etmişdi. Məhz buna görə də Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra Ramil Usubovu Bakıya daha yüksək vəzifəyə gətirir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili işlər naziri təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və  əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli  41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur.
Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində, transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş, bu sahədə uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə Azərbaycanın və xarici ölkələrin çoxlu sayda yüksək mükafatlarına layiq görülmüşdür.
Ailəlidir. Üç övladı var.
Bu il Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi keçirildi. Azərbaycan polisinin xidmətləri Azərbaycan dövlətçiliyi tarixində danılmazdır. Hələ Qarabağ müharibəsi başlayan zaman Milli Ordunun formalaşmadığı zamanda milis dəstələrindən ibarət könüllü şəxslər Vətənin müdafiəsində iştirak edib. Bu gün də Azərbaycan polisi ictimai asayişin qorunmasında və sabitliyin uzun müddət qorunmasında əvəzsiz xidmətlər göstərir. Təbii ki, belə bir məsuliyyətli işin qurulmasında və təmin edilməsində Daxili İşlər nazirinin çiyinlərinə böyük yük və məsuliyyət düşür.
Ramil Usubov çətin və məsuliyyətli işinin öhdəsindən hələ Ümummilli lider Heydər Əliyevin vaxtında gəlmişdir. Ulu öndərimizin etimadını doğrultduğu üçün nazir vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan xalqının dəyərli oğlu Ramil Usubovun  dövlətçilik yolunda dönməz əqidəsi, böyük məsuliyyəti, Vətəninə və xalqına bağlılığı nəzərə alınaraq o, indi də Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsini icra edir.
Həyatda elə insanlar var ki, bütün ömrünü xalqın xoşbəxt yaşaması uğrunda mübarizəyə həsr edir. Xalqın dinc, sülh şəraitində yaşaması üçün öz işini şərəflə yerinə yetirir. Ramil Usubov da belə şəxsiyyətlərdən biridir. O, bütün həyat fəaliyyəti boyunca xalqımızın asayişi yolunda yorulmadan çalışır. Daxili İşlər Nazirliyinə, o  cümlədən Cənab nazirimizə ünvanlanan bütün məktublara, müraciətlərə vaxtlı-vaxtında baxılır, hər vətəndaşın problemi araşdırılıb həll edilir. Polkovnik - leytenant Ramil Usubov yüksək insani keyfiyyətlərinə görə hər bir vətəndaşın dərin hörmətini qazanıb. Ata-ana tərbiyəsinin, doğma torpağa, Vətənə sevgisinin və bağlılığının ona verdiyi böyük mənəvi paklıq, yüksək insani keyfiyyətlər, vətənpərvərlik ruhu bu gün xalqımızın hər vətəndaşının həyatına sirayət edir. Çünki bu gün ölkəmizdə sabitlik hökm sürür. Bunun da başlıca səbəblərindən biri uzun illər dövlətimizin və dövlətçiliyimizin möhkəmliyi uğrunda böyük təcrübəsi olan Cənab Ramil Usubovun Azərbaycan Respublikasının Daxili İşlər naziri kimi öz vəzifəsini məsuliyylətlə, qətiyyətlə, vicdanla yerinə yetirməsidir. Cənab Ramil Usubov daxili işlər orqanlarında çalışan bütün işçilərə, gənclərə əsl vətəndaş kimi nümunədir.
Öz xalqına, Vətəninə şərəflə xidmət edən Cənab nazir Ramil Usubovu yubiley yaşı münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırıq. Arzu edirik ki, elimizin çox hörmətli ziyalı oğlu Ramil Usubovun növbəti doğum gününü doğma Xocalıda qeyd edək. Bu arzuya bütün Xocalı rayon ictimaiyyəti qoşulur.
Qalib BƏYMƏMMƏDOĞLU 


Paylaşın:

Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyev: "Rayonumuzda 82 arıçının saxladığı 1982 arı ailəsinə subsidiya veriləcək"

Arıçılıq xocalıların əzəldən məşğul olduğu kənd təsərrüfatı sahələrindən biridir. Gözəl təbiətə, əlverişli iqlimə malik Xocalı rayonunda arıçılıq geniş yayılmışdı. Köçkünlük həyatı yaşayan xocalılar məskunlaşdıqları yerlərdə əmək fəaliyyətini davam etdirir, kənd təsərrüfatının digər sahələri kimi arıçılıqla da məşğul olurlar. Respublikamızın iqtisadiyyatında mühüm yer tutan arıçılığın inkişafına xocalılar da öz töhfələrini verirlər.     
        Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyevin "Xocalının səsi" qəzetinə açıqlamasına əsasən, Mərkəzin əməkdaşları və komissiya üzvləri arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğunun öyrənilməsi məqdəsilə republikamızın ayrı-ayrı rayonlarında məskunlaşan Xocalı sakinlərinin fərdi təsərüffatlarına baxış keçiriblər. Aparılan yoxlama nəticəsində 82 nəfər arıçının saxladığı 1982 arı ailəsinə (pətəyinə) “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya veriləcək. Subsidiya arıçıların bank hesabına köçürüləcək.
        Qeyd edək ki, müvafiq qərara əsasən subsidiyaların verilməsi 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.
                                   










Paylaşın:

"Biz Xocalı qadınları məişət zorakılığına yox deyirik" devizi altında tədbir keçirildi

        17 dekabr tarixdə Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayonun fəal qadınlarının iştirakı ilə  "Biz Xocalı qadınları məişət zorakılığına yox deyirik" devizi altında tədbir keçirildi. Tədbirə Xocalı rayon İHB-nın müavini Lamiyə Qarayeva, Xocalı rayon Qadınlar Şurasının sədri Ramilə Xudayarova, rayonumuzun idarə və müəssisələrində çalışan qadınlar iştirak etdilər.
        Tədbirdə əvvəlcə Xocalı rayon Qadınlar Şurasının sədri Ramilə Xudayarova məruzə ilə çıxış edərək ölkəmizdə qadınlara verilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezidentimiz İlham Əliyevin uğurlu davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə ölkə prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə diqqəti bu sahəyə daha artıq qayğının artmasına səbəb olmuşdur. Bir çox Dövlət Proqramlarında zorakılıqla mübarizə məsələləri öz əksini tapmışdır ki, bu da Cənab Prezidentin bu problemə necə həssaslıqla yanaşdığını göstərir. 
        Məişət zorakılığının qarşısının alnması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Qadınlara və uşalara qarşı zorakılığın, xüsusi ilə də hüquq bu pozuntusunun cinayət xarakterli tərəfləri tək qadınların problemi olmamalıdır. Cəmiyyət bilməlidir ki, məişət zorakılığı vətəndaş cəmiyyətinin əsaslarına ciddi zərbə vurur. Ailədə, cəmiyyətdə və dövlətarası sülhün yaradılması bir-biri ilə əlaqəli proseslərdir. 
        Xocalı şəhər 4 saylı tam orta məktəbin təşklatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva, Xocalı şəhər Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılıova öz çıxışlarında gender bərabərliyinin pozulması hallarından danışdılar. Bildirildi ki, qayınana-gəlin problemi, dünyagörüşün üst-üstə düşməməsi, kənar müdaxilə, oğlanın ailə həyatına hazır olmaması, övladın olmaması, qısqanclıq, inamsızlıq, maddi vəziyyətin ağırlığı və s. amillər ailədə problemlərin yaranmasına səbəb olur. Gənclər ailə qurmazdan əvvəl öz hüquq və vəzifələrinin nədən ibarət olduğunu bilməlidirlər.
        Paraktikada çoxsaylı hallar vardır ki, zorakılığı tətbiq edən şəxs müəyyən müddətə azadlığdan məhrum edilir. Lakin ər-arvad arasında nikah münasibətləri qalmaqda davam edir və ailənin bütün qayğıları, o cümlədən cəza çəkən şəxsə baş çəkmək qurbanın üzərinə düşür. Digər tərəfdən şikayət verən qurban nəinki qohumların, həm də əlaqəli cəmiyyət üzvlərinin (qonşular, iş yoldaşları və s.) qınaq obyektinə çevrilirlər. Hər hansı pul cəzaları da sonda qurbanın da üzv olduğu ailənin maddi vəziyyətini daha da pisləşdirir.
        Hüquq mühafizə orqanları ailədə adam öldürmə və sağlamlığa ağır və xüsusilə ağır xəsarət yetirilməsi hallarında aldıqları informasiya əsasında cinayət işinə başlayırlar, lakin əzab vermə, döymə, təhqir və s. hallarda yanaşma fərqli olur. Məhz bu səbədən mövcud Cinayət qanunvericiliyi aliə-məişət zəmnində baş verən cinayət xarakterli əməllərin təqibi üçün yeni və alternativ cəza formaları ilə zənginləşdirilməlidir.
        Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiyə Qarayevaya vurğuladı ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası  qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası  BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur.
       
        Azərbaycan Hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə etmişdir. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Komitənin əsas məqsədləri - qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır.
        Gender bərabərliyi qadın və kişilərin hüquqi cəhətdən eyni olduğu anlayışını verir. Bu Konstitusiyamızda da öz əksini tapmışdır ki, irqindən, dilindən, dinindən, cinsindən asılı olmayaraq hər bir kəs bərabər hüquq və azadlığa malikdir.
        Lamiyə Qarayeva çıxışında Azərbaycan torpaqlarına erməni quldurlarının təcavüzü nəticəsində ən böyük məişət zorakılığının baş verdiyini vurğuladı.
        Tədbir müzakirələr əsasında davam etdirildi. 













Paylaşın:

Ən çox oxunan

Blog Arşivi