BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

23 Aralık 2018 Pazar

27 ildir Meşəlidə həzn səsli meşəlilər nəğmə oxumurlar

Posted at  12/23/2018  |  in  Ümumi hadisələr

        Xocalı rayon Meşəli kəndinin erməni qəsbkarları tərəfindən işğal edilməsinin 27-ci ildönümündə Goranboy rayonunda fəaliyyət göstərən Xocalı rayon Meşəli kənd tam orta məktəbində tədbir keçirildi.

        Tədbirdə Xocalı rayon Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlham Kazımov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
        Əvvəlcə Vətən torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
        Tədbirdə çıxış edən natiqlər 
Meşəli kəndinin coğrafi mövqeyi, füsunkar təbiəti, tarixi haqqında məlumat verdilər. Meşəli kəndinə ermənilərin hücum planından danışdılar. Bildirildi ki, Cəmilli kəndinin işğalından sonra qəsbkar ermənilər Meşəli kəndinin işğal planını həyata keçirdillər. 1991-ci il 23 dekabr saat 07:00 radələrində qəflətən hücuma keçən erməni və rus birləşmələri hər cür silahdan atəş açaraq dinc sakinləri qətlə yetirirdilər. Həmin gün qeyri-barəbər qüvvələrin olmasına baxmayaraq, kəndin cəsur oğulları ermənilərin kəndə girməyinə imkan vermədilər. Bir neçə saat atışmadan sonra artıq silah-sursat azalırdı. Belə vəziyyətə əhali kəndi tərk etməyə məcbur oldu. Erməni quldur dəstələri kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vururdular. Qaragav kəndi tərəfdən möhkəm durun köməyə gəlirik qışqırtıları gəldi. Kosalar döyüşçüləri, Xocalıdan Əlif Hacıyevin dəstəsi və Şuşadan "OMON" üzvləri köməyə çatdılar. Birlikdə kəndi quldurlardan azad etdilər. Erməni quldurlarının Meşəli kəndinə təcavüzü nəticəsində 23 dekabr 1991-ci il tarixdə 25 nəfər şəhidimiz oldu. Onlardan 20-si Meşəli sakini, 5 nəfəri isə kənardan köməyə gələn döyüşçülər idi. Meşəli kəndi Vətən uğrunda ümumilikdə 28 nəfər şəhid verib.
        Çıxışlarda vurğulandı ki, ovaxtkı səriştəsiz hakimiyyətin laqeydliyindən Meşəli faciəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımız işğala məruz qaldı. Xalqa dayaq olan rəhbərimiz olmadı. Ermənilərin törətdiyi vəhşiliklər mətbuatda işıqlandırılmırdı. Torpaqlarımıza hücum edən ermənilər təpədən-dırnağa sılahlandırılmışdı.
       Xain düşmənlərimiz Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım aktları keçirmişdir. Bu soyqırım aktlarından biri də Meşəli kəndində törədilmişdir.
       Daha sonra məktəb şagirdləri Meşəli faciəsi haqqında və vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.
      


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top