Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Cəmilli kəndinin işğalından 27 il ötür

        Cəmilli kəndinin işğalının 27-ci ildönümü münasibətilə Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbində tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon İH-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov, Milli Qəhrəman Şakir Salahovun qardaşı Yaşar Salahov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər. 
        Tədbirdə çıxış edən Ramiz Qəhrəmanov Cəmillinin coğrafi mövqeyi, təbiəti, eyni zamanda  Cəmilli və ətraf bölgələrdə gedən döyüşlər haqqında məlumat verdi. Bildirdi ki, Xocalının dilbər guşələrindən biri olan Cəmilli kəndinin işğalından 27 il ötür. Cəmilli 15 dekabr 1991-ci ildə erməni quldurları tərəfindən işğal edilib. Dağlıq ərazidə yerləşən Cəmilli kəndi bir tərəfdən sıldırımlı qayalarla, digər tərəflərdən isə meşə zolağı ilə əhatə olunmuşdur. Cəmilli kəndinin əsas yolu ermənilərin yaşadığı Xənəzək kəndindən keçməklə Xankəndinə idi. Bu yol düşmənlərin çəmbərində olduğu üçün Cəmilli sakinlərinin yolu sıldırım qayalardan aşaraq Kosalar kəndinə, oradan isə Şuşaya olmuşdur. Dağlıq Qarabağ müharibəsində Cəmilli kəndi 12 şəhid vermişdir. Onlardan 3 nəfər - Mehdiyev Fikrət Buruzu oğlu, İsmayılov Bəhram Mətləb oğlu, Mehdiyev Cavanşir İsak oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Salahov Şakir Şamil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Hadisələr zamanı 4 nəfər ayağını, 1 nəfər isə həm ayaq, həm də ki, qolunu itirmişdir. 32 nəfər güllə yarası almışdır. 156 nəfər Milli münaqişə zəminində əlil olmuşdur. Cəmillinin işğalı zamanı kənddə 120 ailə, 526 sakin yaşayırdı. Hal-hazırda Cəmillinin əhalisinin böyük hissəsi Goranboy rayon Aşağı Ağcakənd, Börü qəsəbəsində və Bərdə şəhərində məskunlaşmışdır. Cəmilli kənd sakinləri respublikanın 20-yə qədər şəhər və rayonlarına pənah aparmışdır.
        Çıxışlarda vurğulandı ki, Şanlı Aprel qələbəmiz, uğurlu Günnüt əməliyyatı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yağı tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad edəcəyimiz gün yaxındır.

       Cəmilli kənd şəhidi Əhməd Cavadovun adını daşıyan məktəbin şagirdləri Xocalı şəhər 3№li uşaq musiqi məktəbinin direktoru Rüstəm Hümbətovun ifa etdiyi tar sədaları altında vətənpərvər ruhda yazılmış şeirər səsləndirdilər. 
        Cəmillilər doğma torpaqlarımızın azad olunacağı günü səbrsizliklə gözləyirlər.
                                                                                     Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi