BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

7 Aralık 2018 Cuma

Müvəqqəti köçkün həyatı yaşayan xocalılar baramaçılığın və ipəkçiliyin inkişafına öz töhfələrini verirlər

Posted at  12/07/2018  |  in  Ümumi hadisələr

        Prezident İlham Əliyevin 2017-ci il noyabrın 27-də imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Müvəqqəti köçkün həyatı yaşayan xocalılar da müvafiq Sərəncama əsasən, baramaçılığın və ipəkçiliyin inkişafına öz töhfələrini verirlər. 

         Dekabrın 7-də Goranboy rayonunun Börü qəsəbəsinə yaxın ərazidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 4500 ədəd Çin Xalq Respublikasından gətirilmiş tut tingləri əkilib. Xocalı rayon İH-nın, Xocalı Aqrar İnkişaf Mərkəzinin, rayon idarə və müəssisələrinin əməkdaşları əkində fəal iştirak ediblər. 
        Qeyd edək ki, Börü qəsəbəsinə yaxın ərazidə buna qədər 11 mini Çindən gətirilən, 10500 ədədi yerli olmaqla ümumilikdə 21500 ədəd tut tingi əkilib. Cari ildə 500 kq barama istehsalı planına əsasən, 636 kq barama istehsal edilib.





Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top